"Tesla" avtomobili ən son model nəqliyyat vasitəsi, ən etibarlı və futuristik maşınlardan biri kimi tanınır, reklam edilir. Lakin bu avtomobil də qəzaya düşür, faciəyə səbəb olur. WSEMIR.COM bildirir ki, Çində 23 yaşlı Qao Yanin "Tesla" avtomobilinin avtopilotuna inanırdı və o, bu inanca qurban gedib. Avtopilot sisteminə keçirilən və yolla hərəkət edən "Tesla" qarşıda, yolun kənarında saxlanmış yük avtomobilini "görməyib". Nəticədə sürətlə hərəkət edən "Tesla" yük avtomobili ilə toqquşub, Qao Yanin də hadisə yerində həlak olub. May ayında ABŞ-ın Florida ştatında "Tesla Model S" yarımavtomatik rejimdə hərəkət edəndə qarşıdakı maşına dəymişdi. "Tesla"nın sürücüsü həlak olmuşdu. Avqust ayında isə Çində "Tesla"nın sürücüsü avtopilot rejini yanlışlıqla işə salandan sonra qəzaya düşmüş, həlak olmuşdu.
↧