Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

19 yaşında milyarder olan qızı siz də tanıyın - FOTOLAR

$
0
0
Norveç sakininin cəmi 19 yaşı var, ancaq onun ümumi sərvəti 1,2 milyard dollardır "Forbes" jurnalı bir müddət öncə 30-cu sayında Norveçdə yaşayan Aleksandra Anderseni dünyanın ən gənc milyarderi adlandırdı. Aleksandra Norveçdə yaşayan peşəkar atlıdır. Andersenin ailəsi tütün sayəsində var-dövlət qazana bilir. Onun ulu babasının 1849-cu ildə qurduğu şirkət Norveçdə siqaret üzrə aparıcı istehsalçıya çevrilib. 2005-ci ildə Andersenlər şirkəti etik səbəblərə görə 500 milyon dollara satıblar. Bu pullar isə birbaşa investisiyalar və hedcinq fondlarına yatırıldı. 2007-ci ildə Aleksandranın atası "Ferd Holding"şirkətinin səhmlərinin 80 faizini qızının adına köçürdü. Buna baxmayaraq, ata qızlarının şirkətlərinə nəzarət edir və onlara yalnız köhnə avtomobillər sürməyə icazə verir. "Mənim şirkəti idarə etməyim üçün ambisiyalarım var idi. Ancaq, mən əmin deyiləm ki, bu ambisiyalar uşaqlarımda da var. Mən onlara insan kimi, robot kimi yox, seçim imkanı verdim", - deyə ata qeyd edir. İkinci milyarder isə Aleksandranın 20 yaşlı bacısı Katerinadır. Aleksandra bildirir ki, skandinav ölkələrində böyüyən nəslin ailə biznesində iştirakı gözlənilir. "Mən nə edirdim - hər zaman boş şeylərə pul xərcləməməyə çalışır, qazandığım mükafat pullarını, ad günümdə aldığım pulları isə ayırıb saxlayırdım. Bu, mənə istədiyim əşyaları almağa imkan verirdi və mən anamdan pul istəmirdim", - deyə Aleksandra müsahibələrindən birində deyib. Aleksandra peşəkar olaraq atçılıq idmanı ilə məşğul olur və 2013-cü ildə Avropa çempionatında gənclər arasında bürünc, 2014-də isə gümüş medal qazana bilib. Onun sevgilisi isə qarışıq döyüş növləri ilə məşğul olur. "Ömrümün qalan hissəsini yalnız atçılıq idmanına həsr etmək arzusundayam", - deyə Aleksandra inamla əlavə edib.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ