Avstraliyalı musiqiçi və bəstəkar Tonçi Makintoşun ənənəvi gəzinti məkanlarından biri Avstraliyanın qərbindəki Brum bölgəsində yerləşən Keybl Biç çimərliyidir. Makintoş srağagün okean sahilində gəzişərkən yaman qorxub. Çünki o, nəhəng su ilanını görmüşdü. WSEMIR.COM bildirir ki, "zeytunlu" adlanan bu su ilanları həddən artıq zəhərli, aqressivdir. "Zeytunlu" ilanın sancdığı insan 2 dəqiqə sonra dəhşətli ağrılarla ölür. Uzunluğu 1 metrdən artıq olan ilanı görən Makintoş sürünənin görüntülərini smartfonla çəkib. Zeytunlu ilanlar Avstraliyanın Kimberli bölgəsinin sahillərində, Böyük Sədd Rifində daha çox yayılıb.
↧