"Onlara qarşı başqa davranışı seçə bilməzdim. Hamıya hücum edir, vururdular. Nə etməliydim?!" Sosial şəbəkələrdə hərəkəti geniş müzakirə olunan macar sürücü Arpad Levente Ceddi Facebook-dakı profilində belə yazıb. WSEMIR.COM bildirir ki, səbəb ağır tonnajlı yük avtomobilinin sürücüsü olan Ceddinin Fransanın Kale şəhərinin yaxınlığında, dəniz limanına gedən yoldakı davranışıdır. Yaxın Şərq və Şimali Afrika ölkələrindən qaçaraq Avropaya pənah aparmış miqrantların toplaşdığı düşərgənin yaxınlığından keçən yolda həmişə onlarla, yüzlərlə miqrant olur. Onlar yük avtomobillərinə minərək qaçaq yolla Britaniyaya keçməyə çalışırlar. Ceddinin avtomobilini görən miqrantlar da bu maşına minmək istəyiblər. Lakin macar sürücü ağır yük maşınını miqrantların üzərinə sürüb. "Onları öldürmək niyyətim olmayıb. Sadəcə, qorxutmaq istəyirdim", - Ceddi deyib. Macarıstan prokurorluğu isə Ceddiyə qarşı cinayət işi açaraq onu məsuliyyətə cəlb etmək niyyətindədir.
↧