Bill Qeyts 1955-ci ildə Vaşinqtonda doğulub. Onun ailəsi sosial baxımdan orta sinfə mənsub olsa da, yüksək nüfuza malik olub. Billin atası dövrünün görkəmli vəkillərindən olub. Billin iki bacısı var. 1994-cü ildə Bill Qeyts Melinda Frenç Qeytslə evlənib. Hazırda onların üç övladı var. Cennifer Ketrin Qeyts 1996-cı ildə, Rori Con Qeyts 1999-cu ildə, Foebe Adeli Qeyts isə 2002-ci ildə dünyaya gəlib. “Microsoft”un qurucusu Bill Qeyts dünya tarixinin ilk trilyoneri ola bilər. Maliyyə ekspertlərinin söylədiklərinə görə, hazırda 85 milyard dollara yaxın sərvətə sahib olan Bill Qeyts 25 il sonra sərvətini 1 trilyon dollara çıxarmış olacaq. Bu məbləğ onu dünyanın ilk trilyoneri edəcək və 2042-ci ilə adını qızıl hərflərlə yazdıracaq. Təbii ki, bunların reallaşması üçün onun 25 il daha yaşaması lazımdır. Bunu isə zaman göstərəcək. DÜNYADAKI HƏR KƏSƏ 140 DOLLAR 1 trilyon dollar, indiki zamanda Yer üzərində yaşayan hər bir insana 140 dollardan bölünərək verilə bilər. Eyni zamanda Londonun mərkəzində bütün əmlakları almağa yetər. Hazırda dünyanın ən varlı insanlarından olan Bill Qeytsin sərvəti haqqında maraqlı iddialar var. Musavat.com xarici mətbuata istinadən Bill Qeyts haqqında yeni maraqlı faktları diqqətinizə çatdırır. Bill Qeyts 2006-ci ildə “Microsoft”dakı vəzifəsini sonlandırdığı zaman sərvəti 50 milyard dollar idi. 2016-ci ildə aparılan araşdırmalara görə sərvəti 75 milyard dollara qədər çıxıb. Hazırda onun 85 milyard dollara yaxın sərvəti olduğu düşünülür. Bill Qeyts 88 yaşına gəldiyi zaman sahib olacağı sərvət onu dünyanın ilk trilyoneri edəcək. Lakin bunun reallaşması tamamilə Bill Qeytsin iqtisadi vəziyyətinə bağlı deyil. Təxminin reallaşması üçün Hindistan və Çin kimi inkişaf edən iqtisadi bazarların dəstəklədiyi zənginlik böyüməsinin davam etməsi lazımdır. “Oxfam” adlı bir təşkilat apardığı araşdırmalardan sonra Bill Qeytsə bunları söyləyib: “Belə bir mühitdə onsuz da zənginsiniz, daha çox zəngin olmamaq üçün xüsusi bir səy sərf etməniz lazımdır”. Dünyanın ən zəngin 8 insanı qlobal sərvətin yarısına sahibdir. Bu 8 nəfərin lideri Bill Qeytsdir. Onların toplam sərvəti 426 milyard dollardır. Yer üzündəki 3.5 milyard insanın isə sahib olduğu məbləğ 409 milyard dollardır. Bu da o deməkdir ki, həmin 8 nəfərin sərvəti bütün dünyaya yetər. Milyarderin həyatı olduqca maraqlıdır və atdığı hər addım cəmiyyət tərəfindən izlənilir. Məşhur milyarder haqqında sizə bəzi maraqlı faktları da təqdim edirik: Bill Qeyts qurduğu “Microsoft” şirkətinə daha artıq vaxt ayıra bilmək üçün təhsilini yarıda saxlayıb. 1975-ci ildə oxuduğu "Harvard" universitetindən ayrılıb. 1977-ci ildə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə və qırmızı işıqda sürətlə keçdiyinə görə Meksikada həbs olunub. Təyyarədən qorxan milyarder 1997-ci ilə qədər “Uçuş rəhbəri” ilə birlikdə səyahət edib. 1994-cü ildə Leonardo da Vinçinin öz əliylə yazdığı kitabı 30 milyon dollara alıb. 85 milyarda yaxın sərvətə sahib olan milyarder övladlarına yalnız 10 milyon dollar miras verib. Bunun səbəbini isə belə izah edib: “ Övladlarıma çox pul verməməyimin xəsisliklə heç bir əlaqəsi yoxdur. Onlara çox pul vermək yaxşılıq demək deyil. Əksinə çox pul onlara zərər gətirər”. Bill Qeyts heç bir xarici dil bilmir və buna görə çox məyusdur. Bunu həyatının ən böyük itkisi kimi dəyərləndirir. “Microsoft”u qurmamış olsaydın, indi nə işlə məşğul olardın” sualına “Süni zəka üzərində araşdırmalar aparmağa davam edəcəkdim” deyə cavab verib. Bill Qeyt gənc yaşlarında milyarder olmağı qarşısına məqsəd qoymuşdu. 31 yaşında artıq o milyarder idi. Bill Qeytsin səhiyyə xidmətlərinə yardım etməsi sayəsində 6 milyon insanın həyatı xilas edilib. Bu günə kimi o, cəmi 28 milyard dollar yardım məqsədilə xərcələyib. Yaşadığı ev üçün ildə bir milyon dollar əmlak vergisi ödəyir. Yaşadığı ev üçün ildə bir milyon dollar əmlak vergisi ödəyir. Bill Qeytsin iddialarına görə, 2035-ci ildə dünyada kasıb insan qalmayacaq. Milyarder hər günə 1 milyon dollar xərcləsə, sərvəti 218 ilə tükənər. Məşhur “Apple” şirkətinin yaradıcılarından biri olan Stiv Cob ölümünün son anına kimi Bill Qeytsin məktubunu yatağının altında saxlayıb.Əgər Bill Qeyts tək başına bir dövlət qursaydı, bu, dünyanın ən zəngin 37-ci ölkəsi olardı. “Porshe” markalı avtomobilin həvəskarı olan milyarderin 959 maşından ibarət kolleksiyası var. 2014-cü ildə o, “Facebook”un yaradıcı Mark Zukerberqin xəstələr üçün yaratdığı “IceBucketChallenge” adlı sosial layihədə iştirak edərək, böyük bir məbləğdə yardım etmişdi. Bill Qeytsə “Ölmədən öncə etmək istədiyiniz şeylər nədir” deyə sual veriləndə “Ölməmək” deyə cavab verib.
↧
Məşhur milyarderlə bağlı maraqlı faktlar - FOTOLAR Video
↧
Zəngin qızlarının yeni FOTOLARı : duş qəbul edən, çılpaq
"Rusiyanın zəngin uşaqları" (Rich Russian Kids) hesabında yeni görüntülər yayılıb. Səhifədə yayılan rus zəngin qızların İnstaqram fotoları yenə də böyük diqqət mərkəzində olub. Eyvanda duş qəbul etmək, bahalı hədiyyələr, çılpaq pozalar, içki şənlikləri və bahalı avtomobillər kimi görüntülər qısa zaman ərzində minlərlə bəyənmə qazanıb.
↧
↧
Masonların bilinməyən gizli sirləri
Masonlar dünyanın ən qapalı və dini baxımdan ziddiyyətli qrupu hesab edilirlər. Mason təşkilatı bir neçə yüz ildir fəaliyyət göstərir və onların dəqiq saylarını heç kim bilmir. Bu baxımdan vaxtaşırı masonlar ətrafında spekulyasiyalar baş alıb getməkdədir. Xüsusi ilə bəzən"azad bənnalar" adlandırılan masonlar barədə ağlasığmaz əfsanələr dolaşır. Buna da səbəb masonların özlərinə məxsus gizli qanun-qaydalarının olmasıdır. Məsələn, son zamanlar məlum olub ki, masonlar heç vaxt biri-birlərinin əleyhinə ifadə vermirlər. Hətta təşkilata üzv günahkar olsa belə, onu müdafiə edir və bu məqsədlə lazım gələndə yalan belə danışırlar. Masonlar bunu yalan danışma, həqiqəti gizlətmə hesab etsələr də, onlar üçün ən böyük günah özününküləri müdafiə etməmək sayılır. Masonların digər bir sirri onların əl-ələ görüşməsi ilə bağlıdır. Düzdür, masonların bir hissəsi əllə görüşmə ilə bağlı faktın sirr olmasını inkar edir. Ancaq onların əl-ələ görüşməsi həqiqətən də digər insanlardan fərqlidir və onun mənası sirr olaraq qalır. Əlsıxma zamanı işlədilən bəzi ifadələr var ki, masonlar bunu ancaq ağır vəziyyətə düşəndə, yardıma ehtiyac duyanda işlədirlər. Məsələn, masonların xaç atası Cozef Smit belə bir ifadəni yalnız ölüm qabağı işlətmişdi. Masonlar arasında bir neçə gizli parol mövcuddur. Bu çoxlarına məlum olsa da, ictimaiyyət arasında onların arasında yalnız bir parolun olduğu fikri geniş yayılıb. Əslində isə masonlar arasında müxtəlif vəziyyətləri əks etdirən fərqli parollar var. Məsələn, gizli sirrin son sözünü bilən mason üzvünün mərasim zamanı öldürülməsindən sonra, onlar bu sözü sıravi üzvlər üçün nəzərdə tutulan "mor-bon-zi" ilə əvəz etdilər. Amma hazırda bu sirli sözü yalnız bir neçə adam bilir. "Tu-bal-kayn"masonlar arasında yayılan və ən çox işlədilən gizli parollardan biri hesab edilir. Masonlar öz rituallarını ən gözəl hesab etsələr də, onların atributlarından biri ilgəkli kəndirdir. Bu ilgəkli kəndirin susmağa çağırması, sirri qoruyub saxlamağa xidmət etməsi və bununla bağlı xəbərdarlıq siqnalı ola bilməsi ehtimal edilir. Amma masonlar ilgəkli kəndiri göbəkbağı simvolu kimi qələmə verirlər. Masonlar belə hesab edirlər ki, Şərq inkişaf simvoludur. Onlar göydə hərəkət edən Günəşə tərifilər yağdırırlar. Mason lojaları da buna uyğun olaraq Şərqdən Qərbə istiqaməti əsas götürüblər. Məqsəd bu yolla günəş enerjisindən özlərinin məqsədləri üçün istifadə etmək, bu prosesi nəzarət altında saxlamaqdır. Masonlar arasında ateistlər yoxdur. Ateist heç vaxt mason ola bilməz. Masonluğun ilk tələbi ona üzv olmaq istəyn şəxsin hansı dinə mənsub olmasından asılı olmayaraq onun ali iradə sahibinə-Allaha inanmasıdır. Amma ateistlər kimi qadınların da mason üzvü olmasına qadağa qoyulub. ABŞ dollarında piramidanın başında "hər yeri görən göz"ü aşkar etmək heç də çətin deyil. "Hər yeri görən göz" masonların simvolu hesab edilir. Piramidanın altında isə masonların devizi yazılıb: "yeni dünya nizamı". Mason simvolunun dollarda əksini tapması təsadüfi deyil. Vaxtı ilə dolların dizaynını hazırlayan komitənin üzvü olan prezident Bencamin Franklin də mason olub və bu simvol onun təklifi əsasında ABŞ milli valyutasının üzərində əksini tapıb. 2011-ci ildə Norveçdə kütləvi qətllər törədən Anders Breyvik də Oslodakı müqəddəs Olaf mason lojasının üzvü olub. Ancaq bu qətldən sonra dərhal onu mason sıralarından xaric ediblər. Masonlar kosmosun öyrənilməsində önəmli rol oynayıblar. Bəziləri belə ehtimal edilər ki, masonlar dünyaya ağlaıq etmək üçün Ayı məskunlaşdırmaq istəyirlər. Aya ilk astronavtın çıxarılmasına xidmət edən "Apollon" proqramının da təşəbbüskarının masonlar olduğu söylənilir. Aya ilk dəfə ayaq basan Bazz Oldrinin də mason olduğunu çoxları bilir. Masonların öz rituallarında istifadə etdikləri bayrağın Aya çıxarıldığı və sonra geriyə gətirildiyi məlumdur. Masonların əsas məqsədlərindən biri də siyasəti və maliyyə sahəsini nəzarət altında saxlamaqdır. Bu məqsədlə onlar öz adamlarını dünyanın hər yerində mühüm siyasi postlara və maliyyə sistemlərinə yerləşdiriblər. Məsələn, İngiltərənin bank, maliyyə sahəsində, o cümlədən siyasi strukturlarında yarım milyondan yuxarı mason işləyir. Hətta İngiltərədəki əksər ali məktəblərə və xəstəxanalara nəzarət də masonların əlindədir.
↧
NORVEÇLİ QIZLARDAN TÜLKÜ ADLI RƏQS-VİDEO 18+
3 Norveçli qızların rəqsi sosial şəbəkədə kütləvi şəkildə bəyənilib.Onlar oynadıqları bu rəqsə "Tülkü rəqsi" adını veriblər. Həmin rəqsi sizə təqdim edirik.
↧
Suriya müharibəsinin qocaltığı 7 yaşlı uşaq - "Evdəki bütün güzgüləri yığışdırın" - FOTO
Suriyadakı döyüş səbəbi ilə Türkiyəyə sığınan ailənin 7 yaşlı övladında erkən yaşlanma xəstəliyi aşkarlanıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölümcül və genetik bir xəstəlik olan erkən yaşlanma kiçik Məhəmmədin həyatını alt-üst edib. Məhəmmədin xəstəliklərinin ilk əlaməti 7 aylığında büruzə verməyə başlayıb və həkimlər böyüdükcə xəstəliklərin əlamətinin daha da şiddətlənəcəyini bildiriblər. Məhəmmədin tək üzü deyil, eyni zamanda ürəyi də qocaldığından oyun oynamaqda çətinlik çəkərək tənginəfəs olur. Məhəmməd özünü güzgüdə gördükdə, əsəbiləşərək ağladığından valideyinləri evdəki güzgüləri yığışdırıblar. "Digər uşaqlar kimi yaraşıqlı olmaq istərdim və öyrənə bilmək üçün məktəbə getmək istəyirəm" deyən kiçik Məhəmməd bunları söyləyib: Küçəyə hər çıxdığımda insanlar mənə qəribə baxır. Mənə hər baxdıqlarında gülürlər, mən isə evə dönüb ağlıyıram. Müalicəsi üçün Almaniyaya getmək istəyən Məhəmmədin arzusu böyüyəndə həkim olmaqdır. Qeyd edək ki, erkən yaşlanma xəstəliyi dünyada hər 20 milyon insandan birində aşkar olunur və əksəriyyəti ürəyi vaxtından əvvəl qocaldığından 14 yaşında vəfat edir.
↧
↧
Yaponların dahiyanə tərbiyə metodu - BUNLARI BİZ NƏDƏN ETMİRİK?
Yaponiya qəribə ölkədir. Bütün dünya yaponların öz xalqı və təbiətlə harmoniyada yaşamaq arzusuna vurulur, onların inadına və səbrinə həsəd aparır. Bu, onların yeganə xarakterik xüsusiyyətləri deyil. Yaponların tərbiyə metodları da çox fərqlənir. Gündoğan ölkədə ilk olaraq nəsillər arasında qeyri-adi qarşılıqlı anlaşma nəzərə çarpır. Uşaqlar elə bil, ümumiyyətlə, naz və şıltaqlıq etmirlər. Belə yekdilliyin səbəblərindən biri - uzaq keçmişdən gələn uşaqla birgə qalmaq ənənəsidir. Belə ki, qədim zamanlardan başlayaraq analar işi ilə uşaq tərbiyəsini birləşdirirdi. Körpə anasına parça ilə bağlanır və daim yanında olurdu. Bu zaman ana daim uşağına səslənir və onunla danışırdı. Bu amil uşağa bütün proseslərdə özünü hiss etməyə imkan verir və vaxtından tez inkişaf etməsinə şərait yaradırdı. Məsələn, Yaponiyada uşaqların addımlamağa başlamazdan əvvəl danışmağı öyrənməsi tez-tez rast gəlinən adi haldır. Və bu gün Yaponiyada gənc ana hara getməsindən və nə ilə məşğul olmasından asılı olmayaraq körpəsini həmişə ya arxasında gəzdirir, ya da qucağında saxlayır. Adətən ana uşağın 3 yaşı tamam olana qədər məzuniyyət götürür və evdə oturub uşağa baxır. Bundan sonra isə onu uşaq bağçasına verirlər. Yaponlarda körpələr evi də var, amma balaca uşağın tərbiyəsinin onlara etibar etmək müsbət qarşılanmır, eləcə də nənə və babasının himayəsinə vermək yolverilməzdir. Lap erkən yaşlarından uşağa öz hisslərinə, hətta onu əhatə edən əşyalara qarşı diqqətli olmağı öyrədirlər. Əgər uşaq sevdiyi maşınını sındırmağa çalışırsa, ana heç bir şey etməyəcək, sadəcə "Sən onu incidirsən" deməklə kifayətlənəcək. Balacalarla təkcə qadınlar məşğul olmur. Kişi də öz körpəsinin qayğısına qalır, ona böyük həvəslə dayəlik edir. Uşaqlar sanki valideynlərinin diqqət və sevgi dənizində çimirlər. Burada uşaqlara səsini ucaltmaq, öyüd-nəsihət vermək qəbul olunmayıb, cismani cəzalar haqqında danışmağa ümumiyyətlə dəyməz. Bununla belə yaponlar öz uşaqlarını heç vaxt ərköyün böyütmürlər. Yaponlar belə hesab edir ki, uşağı ərköyün etmək ondan imtina etməyə bərabərdir. Uşaqlar isə əgər valideynlərinə narahatlıq veriblərsə, bir qayda olaraq, peşmançılıq və günah hissi keçirirlər. Onlara uşaqlıqdan başqalarına mane olmamaq, hər kəslə nəzakətlə davranmaq anlayışı aşılanır. Yaponlar narazılıqlarını intonasiya və baxışlarının köməyi ilə göstərir. Uşaqlar görəndə ki, valideynləri onların davranışını bəyənmir, onda özlərini müadiə etmək üçün saysız-hesabsız arqumentlər sadalamaq əvəzinə, səhvlərini düzəltməyə çalışırlar. Sözsüz ki, bütün bunlar nəsillər arasında qarşılıqlı anlaşmaya gətirib çıxarır. Yekun olaraq onu demək olar ki, Yaponiyada uşaqlar ehtiyacı olduğu valideyn sevgisini, onların isti məhəbbətini və qayğısını hiss edir, eləcə də uşaqlıqdan kollektiv cəmiyyətin prinsiplərini mənimsəyir. Əlbəttə, bu tərbiyə sistemi bizimkindən çox fərqlənir və kiməsə paradoksal görünə də bilər. Lakin o, əsrlər boyu yoxlanılıb və ölkəsinin qanunlarına tabe olan intizamlı vətəndaşlar yetişdirməyə kömək edir.
↧
Pornoulduzlardan Real Seks Məsləhətləri
Pornoulduzlar yataqda necə həzz almağı və qarşı tərəfə həzz verməyi çox yaxşı bilirlər. Bu səbəbdən onların məsləhətlərinə qulaq asmağa dəyər. Məsləhət № 1. Önsevişmə – gün boyu Qadınlar seksə özlərini gün boyu kökləyirlər. Önsevişməyə adi mesaj, yemək, söhbət, öpüşlər və hətta əyləncə daxildir. Əgər önsevişmə istənilən səviyyədə keçsə, bilin ki, seks də siz istədiyiniz kimi olacaq. Məsləhət № 2. Seksdə sürtkü kremləri çox olmur Bu kremlər mümkün ağrı hisslərini aradan qaldırır, seksi keyfiyyətli, orqazmı bol edir. Məsləhət № 3. Əminlik və kobudluq Qadınlar kinolardakı kimi romantik sekslə bərabər, pornoda olan kobud seksləri də sevirlər. Yataqda həssas sevgidən çox, keyfiyyətli seksə ehtiyac var. Qadınlar kişilərdən daha çox ehtiras, kobudluq və əminlik gözləyirlər. Sevgi və kobud seks – ideal cütlükdür. Məsləhət № 4. Klitorun stimulyasiyası Klitorun orqazma təsirini kölgədə qoymaq olmaz. Vaginal orqazm hər bir qadına nəsib olmur. Buna səbəb klitorun vaginal seks zamanı minimum dərəcədə qıcıqlanmasıdır. Klitor orqazmını isə faktiki bütün qadınlar keçirirlər. Bunu unutmayın. Məsləhət № 5. Barmaq, dil və dodaqlarınızı istifadə edin Kişilər seksdə yalnız özlərini düşünməməlidirlər. Qadın kişidən yalnız sərt daxilolmanı gözləmir. Qadınlar sığal çəkilməsini, öpülməsini də istəyirlər. Əlləriniz boş qalmasın. Məsləhət № 6. Seksdə göz təması Seksdə göz təması olduqca vacibdir. Bu olduqca intim və emosional bir haldır. Məsləhət № 7. Seksdə daha çox qeyri-adilik Klassik pozalar işləsə də, bəzən qeyri-adiliyə də ehtiyac var. Seks pozaların dəyişdirilməsi, intim əlaqələrin möhkəmlənməsinə gətirib çıxardır. Seksdə qeyri-adi və gözlənilməz olun.
↧
Yas mağarında yeddi gün toyu oldu - FOTOLAR
İçindəki vətən sevgisi onu rahat nəfəs almağa qoymurdu İçindəki vətən sevgisi onu rahat nəfəs almağa qoymurdu. Toyuna bir ay qalmış - 1992-ci ilin mart ayında böyük qardaşı - Namiq Yusifovun da müharibədə olmasına baxmayaraq, Naiq evdən gizlin qaçaraq könüllülər sırasına qoşulur. Hərbi qeydiyyatdan keçmədən belə döyüşlərə atılır. Ən ağır əməliyyatlarda qəhrəmanlıqlar göstərirdi. Son nəfəsində belə dostlarını buraxmır, onlarla ermənini məhv edir... Ailə, yoxsa vətən? Naiq Nəsir oğlu Yusifov 1970-ci ildə yanvarın 5-də Tovuz rayonunun Ağdam kəndində dünyaya göz açıb. 1987-ci ildə orta məktəbi bitirən Naiq Sovet Ordusu sıralarında hərbi xidmətini Gürcüstanda başa vurub. Evə dönər-dönməz, valideynləri, etirazına baxmayaraq, onu qonşuluqdakı qızla nişanlayırlar. Müharibənin bu cür qızğın çağında nişandan-toydan danışmağı özünə ar bilən Naiqin ürəyində bu toyun, bu vüsalın baş tutmayacağıyla bağlı hiss varıydı. Buna görə də anasını qınayan Naiq onun nahaq bu cür iş tutduğunu deyirdi. O, döyüşlərdən salamat qayıtmayacağından, qızın onu gözləyib bədbəxt olacağından qorxurdu. Bir tərəfdən bu fikirlərdən yorulur, digər tərəfdən isə bir addımlığında baş verən dəhşətli hadisələrə tab gətirə bilmirdi. Beləcə, 1992-ci ilin mart ayında evdən gizlin qaçaraq könüllülər sırasına qoşulur. O zamanlarda hələ ordu tam formalaşmadığından, əsgərlər silahla təchiz olunmadığından hərbçilər hətta ov silahlarıyla vuruşur, geri çəkilmək bilmirdilər. Çənlibel əməliyyatı Naiqin iştirakı ilə aparılan ən uğurlu döyüşlərdən olub. Ana-atanın böyük ürəyi! 1992-ci il martın 24-də səhər tezdən döyüş əmri verilir. Tovuzun Koxa Nəbi kəndində gedən hücum əməliyyatında Naiqin də olduğu dəstə erməni mühasirəsinə düşür. Onları qorumaq, xilas etmək üçün qumbaraatanı düşmənin PDM-nə tuşlayaraq işə salır. Qəlpədən yara alan Naiq ona yaxınlaşan ermənilərə avtomatla atəş açır, əlindəki qumbaranı köksünə sıxır, özünü ölümə atmaqla dostlarını mühasirədən çıxarır. Son nəfəsində belə on nəfərə yaxın düşməni məhv edərək ali, zirvələrin ən ucası olan şəhidlik zirvəsinə qalxır. Yusifovların məhləsində bu günlərdə qurulacaq al-qırmızı lentli, bər-bəzəkli toy mağarı yasa dönür, Naiqin xoş günü üçün edilən ərzaq tədarükü, nə qədər ağır da olsa, yasına sərf olunur. Naiq Yusifova ölümündən sonra Azərbaycanın Milli Qəhrəman adı verilir. Anası Xədicə xanımdan Naiqin Bakıda - Şəhidlər xiyabanında dəfn olunması üçün icazə istəyirlər. Lakin ana oğlunun məzarının ona yaxın olmasını arzulayır, uzaq ellərə, qəribliyə getməsinə razılıq vermir. Nişanlısı Naiqdən sonra başqasıyla ailə qurmaqdan imtina etsə də, Naiqin ata-anası ağbirçəklik, ağsaqqallıq edərək, ona kəndlərindən başqa bir oğlan üçün elçilik edir, özləri yenidən nişanlayır, toy-büsat qururlar... Bu rayonun sakinləri bir qarış olsun torpağını düşmənə verməyiblər! Məhz bu cür tale, bu cür döyüş yolu məni Naiqi araşdırmağa sövq etdi. Qəhrəmanımızın doğulduğu Ağdam kəndinə gedişimlə bağlı bir qədər sonra danışacağam. Hələlik indi bir haşiyə çıxmaq istəyirəm. Uşaqlıqdan bir neçə məsələ hər zaman məni narahat edib. Məsələn, Allahın kim olduğu, necə, harada yaşadığı, fiziki görünüşünün necə olduğu kimi... Dünyanı, böyük şəhərləri araşdırmaq, gedib gəzməkdənsə əlimin içi qədər yaxın olan iki şəhər haqda hər zaman düşünmüşəm. Bunlardan biri Tovuz, digəri isə Türkiyənin İzmir şəhəri olub. Bəlkə də düşünəcəksiniz ki, bunların Naiqə nə dəxli var? Haqlısınız, düşünün, amma istərdim ki, qəhrəmanımızla bağlı yazıya başlamazdan əvvəl bu gün yaşayıb, suyunu içdiyim Tovuz haqda bir neçə kəlməni sizinlə bölüşüm. Elə uşaqlığımdan qohumların (əmioğullarım) Tovuzla bağlı əhvalatları, buranın gözəl insanlarının olması barədə söylədikləri məndə bu rayona xüsusi maraq oyadıb. Tale mənə hər iki şəhərdə yaşamağı nəsib elədi. Mənə görə, torpağına ayaq basıb, suyunu içdiyin yerin qədrini bilməsən, burada yaşamağa haqqın çatmır. Hələ 1988-ci ildə erməni qəsbkarları Azərbaycana torpaq iddiasına başlayanda düşmən Tovuz rayonu haqda da böyük xəyallar qururdu. Təbii ki, buranın igidləri buna biganə qala bilməzdi. Onu da deyim ki, Tovuzun özünümüdafiə batalyonu ermənilərə bir qarış olsun torpaq verməyib. Çoxlu şəhid qanı bahasına da olsa, öz torpaqları üçün sonuna qədər döyüşüblər. Uşaqlıqdan bəri xəyalını qurduğum bu torpaq düşündüyümdən daha artıq maraq doğuracaq ərazi imiş. Bu gün o marağı, o sevgini Tovuza Naiq kimi qəhrəmanlar yaradıb. Baxmayaraq ki, qarlı havada, xarabaya çevrilən yollarla Ağdam kəndinə getmək bir qədər çətin oldu. Amma onun müəllimlərinin və ailəsinin danışdıqları bizə bu çətinliyi unutdurdu. Əvvəlcə Naiqin adını daşıyan Ağdam kənd orta məktəbinə üz tutduq. Burada düşmənlə burun-buruna, heç bir şey olmamış kimi, hər gün top-silah səsi sədaları altında dərs keçən müəllimlər və şagirdlərinin üzlərindəki gülüşü gördük. Naiq şagird kimi... Məktəb direktoru Şahnaz Əyyubova (Naiqin müəllimi olub) şagirdi Naiqi belə xatırlayır: - Naiq Yusuifovun sayəsində bu kəndi də kimlərinsə xatirlaması məni sevindirdi. Naiq mənim şagirdim olduğu üçün çox sevinirəm və onunla qürur duyuram. Onu deyim ki, Naiq qısa həyat yolu keçib, buna baxmayaraq, ən yüksək zirvədə durur. Bu gün biz bütün şagirdlərə Naiqi nümunə gətirərək milli vətənpərvərlik ruhunda təhsil veririk. Gördüyünüz bu dağın (məktəbin qabağındakı dağları göstərir) ətəyində erməni quldurlarının postu yerləşir. Biz, demək olar ki, hər gün silah səsləri ilə oyanıb, dərslərimizi keçirik. Amma bundan zərrə qədər qorxmuruq. Bu coğrafiyada yaşamağımız bizi hər an hər şeyə hazır olmağa vadar edir. Bu, ailəmə xəyanət olardı! Şahnaz xanım davam edir: - Naiq uşaqlıqdan fərqli idi. Dərslərini yüksək səviyyədə oxumasa da, nizam-intizamlı şagird idi. Sonralar Naiq böyüdü, amma bizə olan hörmətini itirmədi. Sizə bir xatirə danışım: Bir gün rayondan gəlirdim. Küçənin başında Naiqi gördüm. Soruşdum ki, bəs Rusiyada idin, niyə qayıtdın? Dedi ki, iki gün əvvəl gəldim və könüllü olaraq vuruşmaq üçün ərizə yazmışam. İndi mənim Rusiyada olmağım vətənimə, ailəmə xəyanət olar. Mən, doğrudan da, düşündüm ki, axı Naiqin böyük qardaşı da vuruşur. Buna görə də onun vuruşması mütləqdir? Belə oğulları olan Tovuz işğal edilə bilməz. Naiqin ölümündən sonra pedaqoji şuranın qərarına əsasən məktəbimizə onun adı verildi. Məktəb kollektivi, şagirdlərimiz indi onun adına layiq olmağa çalışır. Naiqə verdiyim sözü tuta bilmədim... Naiqin dil-ədəbiyyat müəllimi Məlahət Hacıyeva söhbətə qoşulur: - Bir az əvvəl dedilər ki, Naiqlə bağlı müsahibə almağa gəliblər, düzü məni, həyəcan bürüdü. Çoxdandır belə bir fürsət axtarırdım ki, gələn olsa, mən də bir neçə kəlmə danışım. 10-cu sinfə kimi Naiqin dil-ədəbiyyat müəllimi olmuşam. Naiq birinci sırada dostu Nuru ilə otururdu. İnanın, çox maraqlı, gülərüz, zəkalı şagird idi. Bir gün Naiqlə küçədə qarşılaşdıq. Harasa tələsməsinə baxmayaraq, əlimdəki yükü alıb mənə evə qədər kömək elədi. Ona zarafatla dedim ki, söz verirəm, sənin toyunda qol açıb yaxşıca oynayacam. Qayıdıb dedi ki, müəllim, qismət olsa, oynayarsan. Amma mən Naiqə verdiyim sözü tuta bilmədim. Bu məktəbdə Naiqlər yetişir və ermənilərə bir qarış torpaq verməyəcəyik. Bir nəfər belə olsun kəndimizi tərk etməyib, gündəlik dərslərimizi davam etdiririk. Vətənimiz sağ olsun. Naiq bizi yox, savaşı seçdi... Söhbətimizi Naiqin anası Xədicə xanımla davam etdirik: - Mən anayam, mənim üçün oğullarımın hamısı əzizdir. Ancaq Naiq mənim qürur mənbəyimdir. Vallah, oğlum haqda hər şey deyilib. Mənim çox danışmağım artıq olar. Oğlumun doğulması indiki kimi yadımdadır. Naiq uşaqlıqdan qardaşlarından fərqlənirdi. Elə bil od parçası idi. Atasına deyirdim ki, bu uşağı özümüzlə saxlayaq. Qorxurdum ona nə isə ola. Adətən, çılğın uşaqlar başıbəlalı olur. Elə bu cür də oldu. Naiqi yeddi yaşından məktəbə qoyduq. Orta məktəbi bitirdikdən sonra rus ordusunda xidmətə getdi. O, gedəndə ermənilər quduzlaşmamışdılar hələ. Ancaq Naiqim qayıdanda top-tank səsindən beynimiz silkələnirdi. Açığını deyim ki, yanımdan ayrılmaması üçün onu sevdiyi qızla tez nişanladım, hətta rəsmi nikahları da bağlandı. Bir müddət sonra toyları olacaqdı. Qismət olmadı oğluma. Nə isə, biz çox dedik, o dinləmədi. Gecələri gizli şəkildə böyük qardaşının yanına, cəbhəyə qaçırdı. Axır dözmədi, könüllü ərizə yazıb vuruşmağa başladı. O sevdiyini, bizi seçmədi, savaşı, mübarizəni üstün tutdu. Heç unutmuram, gecələri bizi yuxuya verib yorğanını elə adam şəklində düzəldib döyüşə qaçardı. Sizcə, bir insanın bundan başqa hansı bilinməyən tərəfi olar? - Canından əziz bildiyi balasının yoxluğu haqqında danışmaq ana üçün ağırdır. Bilirəm, suallarımla yaranızın qaysağını qopardıram. Bəs Naiqi itirdiyiniz günü necə xatırlayırsınız? - Bir gün evdə yoldaşımla oturmuşduq, dəhşətli atışmalar başladı. İnanın, göy üzü tutuldu. Güllələr kəndin bütün evlərinə dəyirdi. Qəfildən atışma kəsildi, atası məni pəncərənin qabağına çağırıb əli ilə dağın döşünü göstərib dedi: - Görürsən, yuxarıdan bir maşın gəlir, görəsən, bu maşın hansı fağırın balasını gətirir? Bəlkə də, bizim oğlanlardan biridir... İnanın, ürəyim, onsuz da, qırılmış vəziyyətdə idi. Çünki iki oğlum döyüşürdü. Ancaq özümü sındırmayıb dedim ki, a kişi, biz seyid nəsliyik, bizim uşaqlara erməni gülləsi batmaz. Axı mən hardan bilim ki, balalarım mühasirəyə düşüb, şəhid olub. Nə isə balamı gətirdilər, bütün rayon həyətimizə töküldü. Məni uzaqlaşdırsalar da, özümü çatdırıb gördüm oğlumun kürəyi dağılıb, ciyəri qabırğalarının arasından çıxıb... Nə isə həyətdə toy mağarının yerinə yas mağarı quruldu. Onun bütün toy ədviyyatları, bağladığımız heyvanları yasına kəsdik. Yolun bir ucunu mən, yoldaşım isə o biri tərəfini kəsib kimsəni həyətdən buraxmadıq. Yalvardıq ki, onun ehsanından yesinlər. Axı bu gün onun toyu idi. Oğluma yeddi gün toy edib öz ünvanına yola saldıq. (Xədicə ana danışa bilmir, kövrəlir...) Ermənilər yas mağarına 3 bomba atdılar... Naiqin atası Nəsir kişi söhbəti davam etdirir. Onu deyim ki, Nəsir kişi olduqca məğrur adamdır. Gözləri görməsə də, bunu bizə hiss etdirmək istəmir. Ata belə xatırlayır oğlunu: - İki oğlum 27 nəfərlik könüllü dəstədə döyüşüb. Və kimin nə deməyindən asılı olmayaraq, hər kəs ana vətənini qorumalıdır. Bir oğlum şəhid olub o, birilər də şəhid olsa, ürəyim kabab olar, amma qürur duyaram. Onu deyim ki, bu kənddə hər gün düşmənlə atışmalar olub. Kənddə raket, bomba yağış kimi yağıb. Ancaq biz Ağdam sakinləri kəndi əsla tərk etməmişik. Bir dəfə tikilən sığınacaqda qadınlar gecələyib, kişilər səngərdə, yaşlılar isə evdə oturublar. Onu deyim ki, Naiqin 40 mərasimi günü ermənilər həyətdə qurulan mağara 3 bomba atdılar. İki bomba açılmadı, biri isə həyətdən kənara düşüb açıldı. Həmin vaxt camaat yemək yeyirdi. Mağarın yanına düşən bombalar partlasaydı, burada bir insan belə sağ qalmazdı. Naiqin ölümündən sonra hökumət ona Milli Qəhrəman adı verdi. Mən kimsədən bir şey ummadım. Naiqə hər ay verilən qanpulunu toplayıb, dağın başından 3 kilometrlik məsafədən su çəkdirib kəndin ortasında onun adına bulaq tikdirdim. Bu dəqiqə hamı o sudan istifadə edir. Bu günlərdə isə yenə Naiqin qanpulu ilə məktəbdə ona büst qoyduracam. Biz oğlumuzu təmənnasız qurban vermişik. Bu gün də qürur duyuram ki, bu dağlarda erməni bir qarış yüksəkliyi belə ala bilməyib. Bütün yüksəkliklər bizdədi. Ancaq narahat olduğum, qürurumu incidən tək şey var - Ağdam kəndinin yollarının bərbad olması. Milli Qəhrəmanı olan kəndin yolu belə bərbad olmamalıdır. Vətən sağ olsun Naiqlə bərabər döyüşən böyük qardaşı, Namiq Nəsirov müharibədə travmalar aldığından danışa bilmədi. Tək dediyi bu oldu: "Vətən sağ olsun! Mən bu gün də döyüşə getməyə hazıram". Onlar hər yerdə, hər kəsdə Naiqi axtarırlar! Təəssüflər olsun ki, Naiqin məzarı Azərbaycan və Ermənistan arasındakı neytral zonada yerləşdiyindən bu gün yaşlı ata-anası onu ziyarət edə bilmir. Onlar Naiqin yolunu gözləyirmiş kimi baxışlarını uzaqlara dikiblər. Naiqin və Ağdam kəndindən olan 12 şəhidin adına ehsan bulağı tikdirən ata, buranın sərinliyində az da olsa ürəyini soyutmağa, ovutmağa çalışır. Anası oğlunun adını daşıyan məktəbdə təhsil alan hər bir şagirdin canında Naiqdən də bir zərrə olduğuna inanır, onların gülüşlərində Naiqin səsini axtarır.
↧
Peyğəmbərimizin tövsiyə etdiyi şəfalı qidalar
Məhəmməd Peyğəmbərin (s.ə.v.) tövsiyə etdiyi faydalı qidaların siyahısını təqdim edirik: Qaraçörəkotu Bir çox xəstəlik üçün şəfa mənbəyi kimi göstərilən qaraçörəkotu dərman bitkisidir. Piroqlara və qoğallara həm bəzək, həm də gözəl dad verir. Qaraçörəkotunun toxumlarından yağ da hazırlanır. O, xüsusilə soyuqdəymə nəticəsində yaranan xəstəliklərin müalicəsində istifadə edilir. Qaraçörəkotu qazları yox еdir, qurdları çıxarır. Müasir tədqiqatlar nəticəsində müəyyən еdilib ki, qaraçörəkotu toxumu mikrobların inkişafının qarşısını alır. Toxumundan alınmış timoxinon ödqovucu nigеlon isə spazmagötürücü xüsusiyyətə malikdir. Əncir Qida dəyəri meyvələrin əksəriyyətindən faydalı əncir həzmi asanlaşdırır. Əncir mеyvəsi böyrək və sidik kisəsi üçün xеyirlidir. Məhəmməd Hüsеyn xan yazır ki, əncir badamla yеyilsə, insanı arıqlıqdan xilas еdir. Yеməkdən əvvəl əncir yеyilərsə, bu bədəni kökəldir və mədənin yumşaldır. Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından da istifadə еdirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvi turşular mövcuddur. Yarpaqların həlimi və cövhərini öskürək, bronxial astma və böyrək xəstəliyində qəbul еdirlər, təzə yarpaqları isə çibanların üzərinə qoyurlar. Xurma Yüksək fibrin tərkibi ilə həzm sistemini yaxşılaşdırır, mədə problemlərini aradan qaldırır. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. Beyin funksiyalarını tənzimləyir. Ürək-damar və mədə sağlamlığını qoruyucu və antioksidant xüsusiyyətə malik olan xurma xüsusilə tərkibindəki vitaminlər, minerallar və turşular sayəsində qadınlar üçün vacib qida hesab olunur. Xurmanın xüsusilə hamilə və uşaq dünyaya gətirən qadınlar üçün əhəmiyyəti və faydaları elmi cəhətdən də təsdiqlənib. Xurma ananın zəifləyən bədəninə enerji qazandırmaq, doğuşu asanlaşdırmaq kimi təsirləri ilə yanaşı, həmçinin xurmanın hamiləlik sonrası görülən və stressə bağlı saç tökülməsinə də mane olduğu deyilir. Üzüm Üzüm həm ərzaq, həm də dərman bitkisi kimi istifadə edilir. Ən çox qida dəyəri olan meyvələrin siyahısına daxildir. Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir. Bal Bal ilə əlaqədar olaraq Qurani-Kərimdə belə buyurulub: "Rəbbin bal arısına dağlarda, ağaclarda və hazırlanmış pətəklərdə yuva qur, sonra hər növ bitkidən ye; Sonra da - bal hazırlamaq üçün Rəbbinin göstərdiyi yollardan boyun əyərək get". Onların qarınlarından içki çıxacaq. Hansı ki, onda insanlar üçün şəfa var". Arılar tərəfindən bitkilərdən toplanan bal şəfaverici təsiri güclü olan qidadır. Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır. Göbələk Göbələyin həzmi çətindir, mədəyə ağırlıq verir, qulunc ağrısına səbəb olur, sidiyi çətinləşdirir, qanı çirkləndirir. Ancaq gözün görmə duyğusunu qüvvətləndirir. Göbələk suyu normal su ilə qarışdırılıb başa sürtüldükdə, saç tökülməsinə qarşı faydalıdır. Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, C, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir. Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir. Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əqli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir. Süd Südün tərkibində natrium, kalium, kalsium, maqnezium, fosfor, mis sulfat və xlor, protein, şəkər və yağ kimi elementlər mövcuddur. Bu baxımdan süd uzun müddət tox saxlayır, həm yeməyi, həm də içkini əvəz edir. Məhəmməd Peyğəmbər (s.ə.v.) Qurani-Kərimdə müxtəlif ayələrdə südü zikr edib. Peyğəmbərimiz (s.ə.v.) südü sevərdi və belə buyurardı: "Yemək və içkilərin yerini tutan, aclığı və susuzluğu aradan qaldıran süddən başqa bir qida bilmirəm. Sizə inək südünü və südündən meydana gələn yağını tövsiyə edirəm". Qarpız Qarpız hərarəti azaldır. Həzrət Aişə peyğəmbərimizin qarpızı yaş xurma ilə birlikdə yediyini və faydasını nəql edib: "Xurmanın hərarətini qarpızın soyuqluğu ilə, qarpızın soyuqluğunu da xurmanın hərarəti ilə sındırıb aradan qaldırırıq". Qarpız bədənə soyuqluq və rütubət verir. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür. Sidikqovucu xassəyə malikdir və susuzluğu aradan qaldırır. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsər. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir. O, qanı durulaşdırır. Qarpız tumu böyrək daşını salır. Qarpız qabığından şəkər və ya bal ilə bişirilmiş mürəbbəsi sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır. Zeytun Qurani-Kərimdə 6 yerdə adı çəkilən zeytun dünyanın ən sağlam ərzaqlar qrupuna daxil edilib. Bu bitki və onun yağı insan səhhəti üçün faydalıdır və qanda xolesterinin miqdarını azaltmaq qabiliyyətinə malik monodoymamış turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur; o sağlam qidalanma modeli sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir. Bu bitkinin yarpaqları antioksidantlar, E vitamini və polifenollardan ibarətdir. Ət Ət ən qiymətli qidalardan biridir. Quranı-Kərimdə ət on iki yerdə zikr edilib. Əti faydalı olan heyvanlardan dəvə, inək, keçi və qoyunun adı çəkilib. "Bunlarda sizin üçün soyuqdan qoruyucu yunlar və bir sıra mənfəətlər vardır. Onlardan bir qismini də yeyərsiniz". Səna bitkisi Dərman bitkisi olan sənanın Məkkədə yetişən növü məşhur olduğu üçün tərcümədə "Məkkə rüzgarı" mənasını verir. Əks-təsiri yoxdur, yarpaqları qurudularaq istifadə olunur. Səna çayı mədə və bağırsaqları yumşaldır. Çox miqdarda alınarsa, ishal edər. Səna əsasən xroniki atonik qəbizlik, anus çatları və babasil zamanı işlətmə vasitəsi kimi istifadə olunur. Həmçinin səna ödqovucu təsirinə malikdir. Kəklikotu Çiçəkləri, tumurcuqları və sapı qurudularaq ədviyyat kimi istifadə edilir. Bəzi növlərindən kəklikotu yağı da əldə edilir. Gözəl və xoş qoxusu vardır. Peyğəmbərimiz bir hədislərində "Evlərinizi zaman-zaman yovşan, kəklikotu və lavanda kimi gözəl ətirli otlarla tütsülədin" buyurmuşdur. Zirə Zirə gözəl qoxulu bir bitkidir. Toxumları qurudularaq ədviyyat olaraq istifadə edilir. Keçmişdə tibdə dərman bitkisi kimi istifadə edilib. Əsasən mədə-bağırsaq, qaraciyər. nəfəs yolları, böyrək, sidik kisəsi, göz, nevroz, vərəm və s. xəstəliklərə qarşı istifadə olunur. Antibakterial, antihelmint, işlədici, sidikqovucu və digər təsirə malikdir. Sarımsaq Bu bitkinin xoşa gəlməyən qoxusu olsa da, faydaları saymaqla bitmir. Məhəmməd Peyğəmbər (s.ə.v.) "Hər kim bu pis qoxulu bitkidən (sarımsaq) yesə, ağzının qoxusu gedənə qədər məscid gəlməsin" , - deyə buyurub. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsi son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri var. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Sirkə Sirkə həm qida maddəsi kimi, həm də təmizlikdə və tibdə də istifadə edilir. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində: "Sirkə nə gözəl bir qatqıdır. Allahım! Sirkəni bərəkətləndir. Çünki sirkə məndən əvvəlki peyğəmbərlərin də qatqısı idi. Sirkə olan ev korluq çəkməz". Heyva Məhəmməd Peyğəmbər (s.ə.v.) hədislərinin birində buyurub ki, "Heyva sinə ağırlarını aradan qaldırır, ürəyi rahatladır və qüvvətləndirir". Heyva ürəyi möhkəmləndirir və ağciyər iltihabının qarşısını alır. Bundan başqa, heyva sidikqovucudur, ishalı kəsir, bədən temperaturunun aşağı düşməsini qarşısını alır. Mis və sellülozla zəngin olan heyva həzm prosesləri yaxşılaşdırır, qara ciyərin və öd çıxarıcı yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir. Firni Firni düyü ununa yağ və süd qarışdırılaraq bişirilən yüngül sıyıq növüdür. Bəzən bu yeməyə bal da əlavə edilir. Südlü sıyıqla bağlı peyğəmbərimizin müxtəlif hədisləri var: "Südlü sıyıq xəstənin mədəsini qüvvətləndirib rahatlaşdırır. Bəzi narahatlıqları da aradan qaldırır".
↧
↧
Kişi arvadını zina edərkən tutarsa...
Xaricə səyahət etmək fikriniz varsa, həmin ölkə haqqında mütləq məlumat toplayın. Yoxsa pis vəziyyətdə qalarsınız. Bu, həm də sizin təhlükəsizliyiniz baxımından faydalı olar. Məsələn, cinsi həyat haqqında bilmək heç də pis fikir deyil. Ərəbistan Ərəb ölkələrində qadın ginekoloqların pasientləri müayinə etməsinə icazə verilir. Ancaq birbaşa genital bölgəsinə baxması qəti qadağandır. Vəzifələrini yerinə yetirmək üçün həkimlərin müayinə güzgüsü var. Bundan istifadə etməklə xəstələri müayinə edə bilirlər. Macarıstan Macarıstanda işıqlar yanarkən sevişmək qadağandır. Bu qanunun yaranmasının səbəbi haqqında isə heç bir məlumat yoxdur. İngiltərə - Liverpul İngiltərədə satışları yüksəltmək üçün maraqlı üsullardan istifadə edirlər. Akvarium balığı satan qadınların büstqalter taxmadan satıcılıq etməsi qanunidir. Dubay Demək olar ki, heç bir ölkədə cəmiyyət arasında cütlüklərin bir-birlərini öpməsi qadağan deyil. Lakin bu vəziyyət Dubayda bir az fərqlidir. Dubayda qadın və kişi yanaq-yanaqa belə öpüşsə, 10 gün həbsə məhkum edilir. Eyni zamanda, kişilərdən biri spirtli içki qəbul edibsə, həbs cəzası 1 ilə qədər uzadılır. Uruqvay Uruqvaylı kişilər arvadını zina edərkən tutarlarsa, onu öldürmə haqqına sahibdirlər. Hətta onlara başqa bir variant da təqdim edilir. Həyat yoldaşlarını öldürmək istəməsələr, zina etdiyi kişini xədim etmələri də qanunla təsdiqlənib.
↧
VAN DAMMIN 25 YAŞLI QIZI GÜNDƏMDƏ – FOTOLAR
Byanka Van Varenberq: Atamın döyüş sənətləri ənənənsini davam etdirmək istəyirəm Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Dammın (Jean Claude Van Damme) 25 yaşlı qızı Byanka Van Varenberq (Bianca Van Varenberg) “New York Post”a müsahibə verib (atasının əsl adı Jean-Claude Camille François Van Varenbergdir –red). Açıqlamasında bildirib: “Mən kiçik yaşda olan qızlara və oğlanlara, eyni anda həm idmançı, həm də zərif olmağın mümkün olduğunu göstərmək istərdim. Şam yeməyində ayağını ayağının üstünə aşırıb oturduqdan sonra, çox zərif və kübar şəkildə kiminsə payını vermək olar”. “Atam bizim nəsil üçün döyüş sənətlərini populyarlaşdırıb və mən bu ənənəni davam etdirmək istəyirəm”,-deyə Varenberq sözlərinə əlavə edib.
↧
KİŞİLƏRİN YATAĞINI İSİDİB 150 MANAT ALIR - FOTOLAR
Viktoriya İvaçyova sıravi peşələrdən çox fərqli bir işlə məşğuldur O dünyanın ilk "professional yataq qızdırıcısıdır". Heç kimin soyuq yatağa girməkdən xoşu gəlməz. İvaçyova kişilərin soyuq yatağını isidir və onların rahatlığını təmin edir. Oxuduğu bir kitabdakı xarakterdən ilham aldığını söyləyən rus qız bu iş üçün müştərilərdən saat başına 65 funt (təxminən 150 manat), aylıq isə 1350 funt (təxminən 3 min 100 manat) əldə edir. Müştərilər yataqları isidilərkən İvaçyova ilə eyni otaqda qala bilərlər. Ancaq yaxınlıq etməkləri qadağandır. Müştərilərdən ödəniş xaricində bir şey istəyən olsa, 21 yaşlı qız həyəcan düyməsinə toxunmaqla otağın qapısında gözləyən təhlükəsizlik işçilərini çağıra bilər.
↧
"Öpüşərkən, yatağa girərkən sərhədlər bitir" - VİDEO - FOTO
"Rejissoru həyat yoldaşım olan klipdə qızla öpüşmüşəm""ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Elvin Abdullayev olub. "Klip çəkmək mənasızdır" deyən müğənnilərə gördüyü işlərlə cavab verən müğənni bunun vacib olduğunu bildirib: "40-45 yaşına çatanda, heç olmasa, arxivini aç, gör nələr etmisən. Onsuz da, şou-biznesdə durğunluq var. Dayanmaq lazım deyil. Hər şeyi maddiyyatla bağlamaq olmaz. Məni çox ruhdan salıblar: "Neyləyirsən, toylar zəifdir" deyiblər. Hər şeyi toya bağlayırlar. Müğənni pul oldu-olmadı mütləq klip çəkdirməlidir". Daha sonra Elvin gördüyü işlərə, yaradıcılıq layihələrinə həyat yoldaşını yaxın buraxmamasının səbəblərini də dilə gətirib: "Düşünürəm ki, o, müdaxilə etməsə, daha yaxşı olar. Çünki müdaxilə etsə və problem yaransa, o, mənim xarakterimi bilir. Müharibə çıxardıram. Ona görə deyir ki, "Özün bilərsən. Yaxşı oldu, pis oldu, özün özünlə dalaşarsan"". Bəyənmədiyi, son iki-üç günün rejissoru olaraq qiymətləndirdiyi yerli klipmeykerlər nə qədər ona klip çəkmək üçün müraciət etsələr də, Elvin onların təklifini qəbul etməyib: "2-3 günün rejissorları mənə müraciət edirlər ki, gəlin sizə klip çəkək. Baxıram işlərinə, bəyənmirəm. Mənim üçün klipdə süjet xəttinin olması önəmli deyil. Sadə bir klip olsun. Mənim üçün əsas vizual görüntüdür, rənglənmə və keyfiyyətdir. Buradakı təzə rejissorları bəyənmirəm". Gürcü rejissor ilə birlikdə artıq altı klip ərsəyə gətirən ifaçının son layihəsi də elə Givi tərəfindən çəkilib. Müğənni klipi bəyənsə də, orada çəkilən qız heç ürəyincə olmayıb: "Artıq altıncı klipdir ki, Givi ilə çalışıram. Bu klipimizin rejissoru yoxdu. Sadə bir klip çəkdik. Çox xoşuma gəldi, ancaq qızı bəyənmədim. Çünki onu görməmişdim. Kadrlarımız ayrı-ayrı günlərdə çəkilib". - Elvin, klipdə sənin və tərəf-müqabilin olan xanımın görüntüləri ayrı-ayrı vaxtlartda çəkilib. Bəlkə, bunun üçün həyat yoldaşın sənə müəyyən tapşırıqlar verib? - İşin getməyi o demək deyil ki, mən hansısa xanımı öpüm, qucaqlayım. Əgər tələb olunarsa, bu da olar və o (həyat yoldaşı Afət - red.) heç nə deyə bilməz. Çünki ən azından o da rejissordur. Hətta elə bir klipim var ki, biz ortaya çıxarmadıq. Rejissoru Afət idi. Orada mən xanımı öpürəm, xanım da məni öpür, belə şeylər olub. "Sənin üçün sərhədlər harada bitir?" sualına isə müğənni bu cür cavab verib: "Dodaq-dodağa öpüşərkən, yatağa girərkən sərhədlər bitir. Belə danışırıq, tamaşaçılar elə bilər ki, biz 18+ yaratmışıq. Mənim üçün sərhəd deyilən şeylər bunlardır".
↧
↧
Bakıda toy karvanında “Galenvagen party” - VİDEO
Bakıda daha bir toy karvanında bəy-gəlin maşınını «Galenvagen»lər müşaiyət edib. Bununla bağlı video sosial şəbəkələrdə yayılıb. Toy karvanında 10-a yaxın müztəlif rəngli «Galenvagen» olub. Həmin görüntüləri təqdim edirik:
↧
Bakıda sevgililərin suyun altındakı möhtəşəm “Love Story”si – FOTO
Bakıda maraqlı fotosessiya edilib. İki gəncin suyun altındakı sevgi hekayəsi çox maraqlı alınıb. Fotoqraf Zeynal Məmmədli tərəfindən ərsəyə gələn fotosessiya digər “Love Story”lərdən bir xeyli fərqlənir. Sergey və Marina adlı cütlüyün maraqlı üslubda fotolarla əks olunan sevgisini sizə təqdim edirik.
↧
ÇILPAQ ÇALIŞAN XADİMƏ GÖRƏNLƏRİ TƏƏCCÜBLƏNDİRDİ - FOTOLAR 18+
"Kişilərdən seksual hərəkət görməmişəm"İngiltərənin Liverpool şəhərində yaşayan 25 yaşlı Emili Nikolsu görənlər təəccüblənməyə bilmir. Bir uşaq anası, evli xanım kişilərin evini təmizləməyə çılpaq gedir. O, təmizlik boyunca əlcəklərdən başqa heçnə geyinmir. Emilinin sözlərinə əsasən, o, indiyənədək evində təmizlik işləri apardığı kişilərdən heç bir seksual xarakterli hərəkət görməyib. 9 ay əvvəl qızı dünyana gəldiyi üçün ona işdən məzuniyyət veriblər. Bu səbəbdən təmizlik şirkətlərindən birində işləmək qərarına gələn Nikols çılpaq ev təmizləmək qərarına gəlib. O, hətta, kişilərin qarşısında çılpaq gəzməkdən utanmadığını da vurğulayıb. Çalışdığı şirkətin qaydalarına görə, müştərilər və işçilər arasında heç bir təmas ola bilməz. Həmçinin xanım çılpaq olduğu üçün ağır işlər görə və güclü kimyəvi maddələrdən istifadə edə bilməz. Müştəri şirkətə ilk saat üçün 65 pound, sonrakı hər saat üçün 55 pound ödəyir. Nikosa isə hər saat üçün şirkət 45 pound verir.
↧
7 oyuncaq qadınla yaşayan adam: “İntim münasibətdə olmaq üçün...” - FOTOLAR
Yeddi oyuncaq qadınla yaşayan 58 yaşlı Li Çen və oğlunun həyat hekayəsi sosial şəbəkədə marağa səbəb olub. Çinin Quizhou şəhərində yaşayan 58 yaşlı Li Çen silikon oyuncaq qadınlara qarşı asılılıqdan əziyyət çəkir. Onda bu qəribə vərdiş 2010-cu ildə həyat yoldaşından boşandıqdan sonra yaranıb. “Daily Mail”-ə açıqlama verən Li evindəki 7 oyuncaq qadına kostyumları ilə birlikdə təxminən 55 min TL (təxminən 27 min manat) xərclədiyini deyib. O, yeddi oyuncaq qadınları sekslə məşğul olmaq üçün almadığını, sadəcə qızları kimi gördüyünü ifadə edib. Gününün böyük hissəsini oyuncaq qadınlarla keçirən Çinli adam onları geyindirib bəzəyir, tətillərə aparır, hətta onların kliplərini çəkir. Li bildirib ki, oğlu Yanqyanqın 18 yaşı tamam olanda ona hədiyyə olaraq slikon qadın verib. Yanqyanq bildirib ki, anası ona bu hərəkətin manyakcasına davranış olduğunu deyərək xəbərdarlıq edib. Lakin çinli gənc oğlan oyuncaq qadınların gerçək insanlar kimi qüsurlarının olmadığını, onların əsla xəyanət etmədiyini düşündüyünü söyləyir.
↧
↧
Canlı yayımda rüsvayçılıq: kameralar idmançını yox... - VİDEO - FOTO
Britaniyanın məşhur ügzüçülərindən olan Tom Deylinin qatıldığı proqramda kuryoz yaşanıb. ABC-yə istinadən bildirir ki, İspaniyadakı "Mira quien salta" proqramına qatılan Tom Deylinin tərəf-müqabili aktrisa və model Patrisiya Martines idi. Yarış şousunun finalında Tom və Patrisiyanın açıqlaması zamanı proqramın operatoru danışan Tomu yox, onun yanında durmuş Patrisiyanın sinəsini göstərib. Sosial şəbəkələrdə bu kadrları paylaşan istifadəçilər proqramı ələ salır, lağa qoyurlar.
↧
4 il əvvəl qadın olduğuna heç kim inanmır - FOTOLAR
Hazırda bodidildinq müəllimi kimi işləyən Codinin keçmişdə qadın olduğuna heç kim inanmır ABŞ-da yaşayan Codi Harman adlı qadını 4 il əvvəl keçirdiyi əməliyyatdan sonra heç kim tanımır. KİV-ə istinadən məlumatına görə, 2008-ci ildə hamı kimi gəlinlik geyib ailə quran Codi 2012-ci ildə ərindən ayrılır. Bundan sonra cinsiyyətini dəyişdirərək kişi olmaq qərarına gələn Harman sinəsini əməliyyat elətdirib və kişi hormonları qəbul edib. O, 4 il dodibildinqlə məşğul olaraq, inanılmaz görünüşə sahib olub. Hazırda bodidildinq müəllimi kimi işləyən Codinin keçmişdə qadın olduğuna heç kim inanmır.
↧
Peçin içindən çıxanlar hərkəsi şok etdi! FOTOLAR
Otağındakı buxarını yazda bağlayan adam qış gəldiyində istifadə üçün təkrar açdığında gördüklərinə inana bilmədi. Kağızı açaraq işə başladılar. İçərisindən yanmış əşyalar çıxdı. Qazdıqca gözlərinə inanamadılar! İÇİNDƏN çıxanlar şok etdi! YAXŞI BELƏ BİR ŞEY NECƏ OLUR?
↧