Daşqının ortasında qalan maşın bir neçə saniyəyə görünməz olub Pakistanda müşahidə edilən leysan sel və daşqınlara səbəb olub. İstiPress-in NTV-yə istinadla verdiyi məlumata görə, güclü yağışlar dağıdıcı fəsadlara, insan itkisinə də yol açıb. İnternetdə Pakistan əyalətlərinin birində pis hava şəraitinin səbəb olduğu dəhşətli görüntülər yayılıb. Kadrlarda görünür ki, Çəmən şəhərində içərisində insanlar olan "Cip" maşını yağış suları və palçığın yaratdığı daşqının mərkəzində qalıb. Maşındakılar qapını açaraq özlərini xilas etməyə cəhd edirlər. Lakin sel suları sürətli olduğu üçün onlar avtomobili tərk edə bilmirlər. Maşın güclü axına tab gətirə bilmir və bir neçə saniyə ərzində sel sularında görünməz olur. Qeyd edək ki, iki nəfər maşından sağ çıxmağı bacarıb. Lakin 1 nəfər dünyasını dəyişib.
↧
Ürəyi zəif olanlar baxmasın: insanların olduğu maşın yerə girdi - VİDEO
↧
Azərbaycanlı gəncdən turistlər üçün maraqlı yenilik - VİDEO
Azərbaycanda turizmin inkişafına xidmət edən bir yeniliyə imza atılıb. Belə ki, ölkəyə gələn turistlərin sərbəst hərəkətinə imkan yaradan android ve ios sistemləri üçün yeni appilcation yaradılıb. Bu yeniliyi edən isə 26 yaşlı gənc Kamal Əliyevdir. Kamal Azərbaycanın ən çox turist qəbul edən bölgələrinin biri olan-İsmayıllı rayonun Lahıc qəsəbəsindəndir. Onun təklif etdiyi bu sistem təkcə turistlərin sərbəst gəzməsinə imkan yaratmayacaq, həm də onlara otel , restoran ve homestaylər barədə məlumat verəcək. Appilcationun Demo versiyası artıq hazırdı.Bu Lahıc qəsəbəsi haqqında turistlərin özləri ile daşıya biləcəyi ən yaxşı məlumat kitabçasıdır. Programın işləmə prinsipi 3 dildədir . Azərbaycan, rus və ingilis dillərində. Proqramın fəaliyyətə başlaması üçün sadəcə Lahıc qəsəbəsində yerləşən Lahıc Tarix-Mədəniyyət Qoruğunun ərazisini wifi şəbəkəsi ilə təmin etmək lazımdır. Bu işlərin maddi tutumu isə 6 min manat təşkil edir. Hər halda bu yenilik Mədəniyyət və Turizm Nazirliyinin diqqətini cəlb etsə, bundan həm büdcəmiz qazanar, həm də ölkəmiz...
↧
↧
Bir zamanlar hicab bağlayırdı, indi "ilahiyyatçı"üçün erotik rəqs edir - FOTO
Türkiyənin A9 kanalında "ilahiyyatçı"lıq edən, dini gözdən salan Adnan Oktarın "kedicik"lərinin arxiv fotoları yayımlanıb. Fotolar arasında Yasemin Ayşe Kiriş adlı "kediciy"in fotoları diqqət çəkib. Belə ki, əvvəllər hicab bağlayan qadın hazırda çılpaq şəkillərini yayır, Adnan Oktar üçün erotik rəqs edir.
↧
Binar Opsionların Platforması
Binar opsionların sövdələşməsini cəlbedici edən nədir? İlk öncə, evi tərk etmədən pul qazanmaq mümkündür. Treyderlər dünyanın istənilən yerində müqavilə bağlaya bilər. Bunun üçün internetə çıxışı olan kompyuterin olması kifayətdir. Bu işi maksimum dərəcədə effektiv etmək və binar opsionların platformasını çalışdırmaq üçün brokerlərə keyfiyyətli proqram təminatı lazımdır. Yüksək keyfiyyətli sövdələşmə platforması necə olmalıdır? Sövdələşmə platforması treyderlərə sövdələşmə əməliyyatlarını həyata keçirməyə, binar opsionları almağa və satmağa imkan verən proqramdır. Belə bir proqram təminatının məqsədi investorlardan brokerlərin serverinə və geriyə mümkün qədər tez məlumat ötürməkdən ibarətdir. Şirkətlər 2 növ platforma ilə təchiz edir: quraşdırılabilən və onlayn. Quraşdırılabilən platformalar proqramın kompyuterə yüklənməsi və quraşdırılması deməkdir. Onlayn platformalar isə tətbiqetmələrin brauzerdə istifadəsini nəzərdə tutur. Onlayn platformalar istifadəçi sayına görə liderlik edir. Onlar brokerlərin özləri tərəfindən yaradıla və ya proqram təminatı ilə məşğul olan şirkətlərdən alına bilər. Lakin, istənilən vəziyyətdə yüksək keyfiyyətli platformalar bir neçə icbari qaydalara əməl etməlidir. Sürət və etibarlılıq hər şeydən vacibdir. Əgər sövdələşmə proqramı həddən artıq çətin və "ağırdırsa", çalışan zaman nasazlıqlar baş verəcək və bu sifarişlərin çatdırılmasında gecikmələrə səbəb olacaq. Bu isə nəticədə pul itkisinə aparıb çıxaracaq. İstifadəsi asan və intuisiyaya əsaslanan interfeys. Bəzən sövdələşmə provayderin sürətindən asılı olur və düzgün düymənin tapılması həddən artıq zaman tələb edən zaman lazımi an itirilə bilər. Analiz alətləri. Bu və ya digər aktivin dəyərinin dinamikasını tapmaqla yanaşı, dəyərli proqnoz vermək üçün, yaxşı analizetmə qabiliyyətinə malik olmaq lazımdır. Bu səbəbdən, platformada göstəricilərin və digər analiz üçün alətlərin olması çox faydalıdır. Belə olan zaman treyderin faydasını gördüyü digər əlavə proqramlardan istifadə etməsinə ehtiyac qalmır. Mobil telefonla sövdələşmə etmək. Hər zaman onlayn qalmaq üçün, mobil telefonların dəstəklədiyi sövdələşmə platformasına ehtiyac var. Əgər brokerin mobil telefonlar üçün proqram təminatı yoxdursa, bu onun üçün heç də düzgün seçim deyil. 3 ən məşhur hazır onlayn platforma 1 — SpotOption SpotOption sövdələşmə platforması nisbətən ucuz proqram təminatına malikdir və beləcə bir çox brokerlər onu seçir. Lakin, heç də həmişə brokerə uyğun olan, treyderə uyğun gəlmir. Bəs, SpotOption-ın mənfi və müsbət cəhətləri nədir? Mənfi cəhətləri: Aşağı sürət və etibarlılıq. İnvestorlar şikayətlənir ki, bu platformanın proqramı çox vaxt zəif çalışır və sifarişləri izləmək həddən artıq çox vaxt aparır. Belə olan halda, cəld sövdələşmədən necə danışa bilərik? Texniki analiz alətlərinin çatışmamazlığı. Bu o deməkdir ki, digər tətbiqetmələrin köməyilə verdiyiniz proqnozu analiz etmək imkanınız olmayacaq. Müsbət cəhətləri: İki yüz qiymətli kağız və binar opsionların onlarla növünə giriş imkanı. Mobil cihazlarda sövdələşmə etmək imkanı. Ancaq, treyderlər SpotOption-ın mobil versiyasının davamlı çalışmadığını qeyd edirlər. 2 - Tradologic Binar opsionların sövdələşməsi üçün bu ikinci ən çox istifadə olunan platformadır. Proqram təminatı provayderinin görkəmi SpotOption-ın platformasına çox bənzəyir və treyderlər onları çox zaman səhv salır. Mənfi cəhətləri: Sürət və etibarlılıq yaxşı səviyyədə deyil. Buna baxmayaraq ki, SpotOption-la müqayisədə, Tradologic daha cəld və etibarlı çalışır. Bu platformanın texniki analiz üçün hətta ən primitiv alətləri yoxdur. Müsbət cəhətləri: Sadə və intuisiyaya arxalanan interfeys. Mobil telefonlarda sövdələşmə etmək imkanı. 3 — TechFinancials Treyderlər TechFinancials haqqında müsbət fikirlər söyləyir və bu göstərir ki, bu proqram təminatı ən çox istifadə olunan platformalar arasında ən yaxşısıdır. Mənfi cəhətləri: SpotOption və Tradologic ilə müqaysədə, bu platformanın daha mürəkkəb və qarışıq interfeysi var. Müsbət cəhətləri: TechFinancials öz analoqlarını icraetmə sürətinə və serverlə bağlantının etibarlılığına görə geridə qoyur. Texniki analiz üçün alətləri var Binatex Treyderləri qane edən sövdələşmə platforması yaratmaq üçün Binatex binar opsionlarının brokeri, hazır məhsul almaq əvəzinə, özünə məxsus proqram təminatı hazırlamaq qərarına gəlib. Məhz bu səbəbdən, Binatex platforması bu günə kimi məlum olan ən rahat platformadır. Təzhizatçı şirkətlərin serverləri sövdələşmələrin artdığı zaman yüklənir. İşgüzar fəaliyyət nə qədər olur olsun, Binatex-in serveri heç vaxt yüklənmir! İntefeys rahat istifadə olunur. Binatex platforması treyderlər arasında ən məşhur sövdələşmə alətlərinə malikdir. Binatex platformasının bu cəhətləri onu nəinki təcrübəli treyderlər, həmçinin yeni başlayanlar üçün də rahat edir. Yalnız etibarlı şirkətlərlə çalışın!
↧
Milyonlar onu endirir! Baxın bu dəfə necə ekranlara gəldi
Təəccüblü səhnələriylə milyonların izlədiyi əfsanə serial Game of Thrones bu dəfə də oyun olaraq qarşımıza çıxdı. WSEMIR.COM bildirir ki, serial tarixinin bəlkə də ən çox tamaşaçıya sahib olan istehsalı digər isə oyun dünyasının fenomen istehsalı. Game of Thrones (Taht Oyunları) Total War'da yenidən həyat tapdı. Yeni versiyası ilə birlikdə oyuna istifadəçiləri Ned Stark, avro Greyjoy, Theo Greyjoy və Tormund Giantsbane kimi xarakterləri görə biləcək. Bunun yanında Free Folk, Night s Watch ilə Hornwood Hanesi kimi tərəflər da oyundakı yerlərini aldı. Oyunda oyunçular serial və kitabdan aşina olduqları döyüşləri bu dəfə də kompüter ekranında özləri həyata keçirir.
↧
↧
QIZ RƏQS ETMƏK İSTƏDİ, PƏRT OLDU, YARALANDI - VİDEO
"Rəqs təmrinlərini yerinə yetirəndə qəflətən ağrı hiss etdim. Özümü itirdim". İngiltərənin Şeffild şəhərinin sakini Bonnim-Li Braunu rəfiqələri partiyə dəvət etmişdilər. O da partidə yaxşı rəqs etmək istəyirdi. Daha doğrusu, qonaqları heyrətləndirmək niyyətində idi və bu səbəbdən də "slut drop" rəqsini nümayiş etdirmək niyyətində idi. Braun rəqsin təmrinini yerinə yetirərkən arxasındakı dəmir rəfdən bixəbərdi. O, aşağı oturanda rəfin dəmiri qıza xəsarət yetirib. Xəstəxanaya aparılmış Bonni-Li əməliyyat olunub.
↧
MODELİN HƏYƏCAN DOLU GÖRÜNTÜLƏRİ - VIDEO
Rusiyalı model Viki Odintkova sosial şəbəkədə maraqlı görüntülərini yayıb. Viki bu dəfə fotosessiya etdirmək üçün Dubayın hündürmərtəbəli binalarını seçib. Odintkovanın həyəcan dolu fotolarının müəllifi fotoqraf Aleksandr Tikhomirovdur.
↧
Yarıçılpaq federasiya prezidenti Bakı qarında məşq edir – VİDEO
Azərbaycanın Hapkido Federasiyasının rəhbəri Süleyman Məmmədli qılıncla və qılıncsız hərəkətlər kompleksi nümayiş etdirib. Onun məşqinin qeyri-adiliyi hərəkətlərin qarın üstündə ayaqyalın və belə qədər çılpaq vəziyyətdə nümayiş etdirməsi idi. Hapkido – Yaponiya aykidosu ilə oxşarlığı olan Koreya idman növüdür. Süleyman Məmmədli turan-do adlanan milli döyüş növünün əsasını qoyub.
↧
“Məşqə gecikən oğlan” danışdı: “Deyirsiz, gülürsüz, xoşdur, amma…” – VİDEO
Son günlər sosial mediada hər kəs “məşqə gecikən oğlan”dan danışır. Saytımızın “20 Yanvar” sorğusu zamanı müsahibə verən Sənan Ağakişiyev adlı gənc qanlı yanvar günü haqqında məlumatsızlığı ilə kəskin tənqid hədəfi olub. Həmin vaxt o, bunu məşqə gecikməsi ilə əsaslandırmışdı. Ölkənin son 10 gündə ən çox danışılanı olan gəncin ötən gün sosial mediada yeni videosunu yayıb. O, barəsində səslənən reaksiyalara özünəməxsus reaksiya verib. Həmin videonu sizə təqdim edirik:
↧
↧
GÖY FLAMASTR MİKROBLARI GÖRMƏYƏ VƏ ONLARDAN QORUNMAĞA KÖMƏK EDƏCƏK. Video
MİKROBLARI GÖRMƏYƏ VƏ ONLARDAN QORUNMAĞA KÖMƏK EDƏCƏK Kiçik hiylə ilə mümkündür. Bilmək istəyənlər üçün videonu təqdim edirik...
↧
Şok!… Bu qadınla cinsi əlaqəyə girən kişilərin ölmə ehtimalı çox yüksək!
Onlar Nigeriyanın ölüm mələkləri! HIV (AIDSə gətirib çıxaran virus) virusu yoluxmuş həyat qadınlarının çalışdığı və ildə milyonlarla adama bulaşdırıb, ölməsinə səbəb olduğu ümumi evləri göstərildi. AID cəmiyyətinin etdiyi araşdırmaya görə Nigeriyada çalışan həyat qadınlarının AIDS nisbəti% 24.3. Nigeriyanın Lagos şəhərində HİV ilə yaşayan təxminən 1,2 milyon adam var. Bu da Lagos'daki fahişəxana çalışan qadınlardan kadrlar ...
↧
Bəşəriyyəti öz zəkası ilə heyrətləndirən 10 GƏNC DAHİ
. Gənc yaşlarında bəşəriyyəti heyrətləndirmiş 10 dahini təqdim edir. Motsart Klassik musiqinin dahilərindən biri. 35 illik ömrünə 626 əsər sığdırmışdır. 15 yaşından operaları ilə hər kəsin qəlbində taxt qurmuşdur. Artur Rembo 37 il yaşayıb. Qısa həyatı kasıblıqla keçib. Cəmi 3 il şeir yazıb. 20 yaşından sonra səyahətlərə çıxıb. Dünya bu 3 illik yaradıcılığına görə ona hər zaman minnətdardır. Evaris Qalua Müasir cəbrin və qrup nəzəriyyəsinin banisidir. Özü də bu kəşfi gənc yaşlarında edib. Qaluanın qrup nəzəriyyəsi müasir kvant mexanikasında, kristalloqrafiyada və təbiətşünaslıqda öz tətbiqlərini tapmışdır. Son yüzillikdə riyaziyyatın bütün sahələrində Qaluanın ideyaları bu və ya digər şəkildə tətbiqini tapmışdır. 20 yaşında dueldə öldürülüb. Nikolay Dobrolyubov 25 yaşında gözlərini əbədiyyən yumub. Bu qısa ömürdə rus nəsrinin ən parlaq simalarından biri olmağı bacarıb. Tənqiddə, poeziyada qələmini sınayıb. İvan Qonçarovun "Oblamov" romanı haqqında yazdığı təhlil yazısı əsərin özü qədər məşhurdur. Mixail Lermontov "Zəmanəmizin qəhrəmanı" kimi mükəmməl bir romanın müəllifi. Böyük rus şairi. 26 yaşında dueldə öldürüldü. Geriyə onun hər kəsin könlündə taxt quracaq əsərləri qaldı. Otto Veyninger Avstiraya filosofu. 23 yaşında vəfat edib. "Cins və xarakter" adlı məşhur kitabı 22 yaşında yazmışdır. Şah İsmayıl Xətai Yəqin ki, heç kim onun qədər şanslı olmayacaq. 15 yaşında imperiya qurub özünü şah elan etmək hər adamın qismətinə düşmür. Albert Eynşteyn Düzdü, çox yaşayıb. 76 yaşında vəfat edib. Ancaq dünyaya səs salan Nisbilik nəzəriyyəsini 26 yaşında ortaya çıxarıb. Janna Dark Cəmi 19 illik həyat... Uşaqlıq illəri Fransa və İngiltərənin 100 illik müharibəsinə təsadüf etmişdi. 16 yaşından ingilislərə qarşı vuruşub. 19 yaşında ingilislər tərəfindən əsir götürülüb və diri-diri yandırılıb. Şellinq Klassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir. 79 il ömür sürsə də, əsas əsərlərindən sayılan "Transsendental idealizm sistemi"ni 25 yaşında yazıb. Silviya Plat 30 illik bir ömür. 8 yaşında ilk şeirini yazıb. Həyatı boyu manik depressiyadan əziyyət çəkib. İntihara cəhd etdiyi üçün ruhi xəstəxanaya yerləşdirilib. Sonra evlənir, ərinin qısqanclıqları onun həyatını zəhərə çevirir. 1963-cü ildə ikinci mərtəbədə yatan uşaqlarına süd və şirniyyat qoyduqdan sonra başını sobaya soxaraq intihar edib. Geriyə onun bir-birindən gözəl əsərləri qaldı. BONUS Mark Zukerberg 20 yaşında Facebook kimi nəhəng sosial şəbəkə yaratmaq ağlasığmazdır. 32 yaşındadır və hələ də dünyanı heyrətləndirməkdə davam edir...
↧
"O HEÇ VAXT ALT PALTARI GEYİNMƏYİB, ADƏTİDİR" - FOTO
Bəzi qadınlar alt paltarı sevmirlər. Britaniyada populyar "Geordie Shore" teleserialının ulduzlarından olan aktrisa və model Merni Simpson ən nüfuzlu televiziya mükafatı sayılan "National Television Awards"ın təqdimat mərasiminə şəffaf libasda qatılıb.O, alt paltarsız geyimi ilə maqazin dünyasının gündəmini zəbt edib. Aktrisanın keçmiş sevgilisi Aaron Çalmers onun şəffaf libaslı geyimi ilə bağlı fikirlərini bölüşüb. "Merni üçün bu adi haldır. O heç vaxt alt paltarı geyinməyib, adətidir. "Geordie Shore"da da əsla büstqalter və alt paltarı geyinmirdi. Bəzi qadınlar alt paltarı sevmirlər. Amma bu qadınlar özlərinə güvənən qadınlardır".
↧
↧
Bu Vaxta Qədər Çəkilən Gəlmiş Keçmiş Ən Pis 9 Selfie
↧
Sürücülər bunu edərlərsə, DƏHŞƏTƏ GƏLƏCƏKLƏR - FOTO
Faraların narahatedici işıqlarına qarşı yeni üsullar tapılıb. Çinli ixtiraçılar digər sürücü və sərnişinləri narahat edən fara işıqlarının qarşısını almaq üçün tapdıqları üsul xeyli maraqlıdır. Belə ki, onlar avtomobilin arxa şüşəsinə vurmaq üçün yapışqan etiketlər (stikerlər) hazırlayıblar. Bu etiketlərdə isə əsasən hollivud və Asiya filmlərindəki qadın vampirlərin görüntüləri əks olunub. Onlar qaranlıqda diqqət çəkmir. Lakin güclü işıq qarşısında çox parlaq görünür. Çinin internet mağazalarında artıq onların satışına başlanılıb. Qiyməti 3-18 dollar arası dəyişir. Çinin bəzi əyalətlərində isə yol polisi avtomobillərdə bu stikerlərdən istifadəni qadağan edib. Pekində bununla bağlı qadağa olmasa da, qorxulu şəkillərə görə sürücülərin məsuliyyət daşıdığı da bildirilir.
↧
Köpəkbalığının yeni növü aşkarlandı
Amerikalı zooloqlar Karib dənizində çəkicbaş köpəkbalığının yeni növünü aşkar edib və onun DNT analizini aparıblar. Karib dənizindəki çəkicbaş köpəkbalığı bir neçə milyon il əvvəl Şimali Amerika yaxınlığındakı sularda eyni növdən olan balıqlardan ayrılıb və onlarla cütləşmək əlaqəsini kəsib. Florida Universitetinin mətbuat xidmətinin yaydığı məlumata görə, DNT testi üçün bioloji material verən balıq 2016-cı ildə Belizdə (əvvəlki Britaniya Hondurası) köpəkbalıqlarını nişanlamaq ekspedisiyası çərçivəsində tutulub. Balıq ABŞ sahillərində Atlantik sularında yaşayan eyni növə zahirən oxşasa da genetik cəhətdən ondan fərqlənir. Florida Universitetinin press-relizində yazılıb: "İki qrup arasında cütləşmənin kəsilməsi bir növün bölünməsini müəyyənləşdirən əlamətdir. Nyu-York ştatının Stouni-Bruk Universitetindən Endryu Fildsin apardığı DNT analizi nəticəsində Belizdə işləyən komanda sübut edib ki, bu ərazidəki çəkicbaş köpəkbalığı Meksika, ABŞ və Baham adalarında eyni növlə cütləşmə əlaqəsini çoxdan kəsib. Bu müddətdə iki qrupu ayıran genetik fərqlər formalaşıb". Ekoloji tədqiqatlarla paralel olaraq yeni köpəkbalığının qeydiyyata alınması və ona latınca ad verilməsi işi də aparılır.
↧
Alimlər iflic olmuş insanların fikirlərinin şifrini açmağa nail olublar
İsveçrəli alimlər tamamilə iflic vəziyyətinə düşmüş insanlarla ünsiyyət qurmağa imkan verən sistem yaradıblar. Neyrofizioloqlar iflic olmuş insanla ünsiyyət zamanı onun beyninin bu və ya digər sahələrinin fəallığını izləmək üçün maqnit-rezonans tomoqrafından və infraqırmızı spektroskopdan istifadə ediblər. Tamamilə iflic vəziyyətində olan dörd nəfərin iştirak etdiyi eksperiment nəticəsində alimlər müvafiq cihazlardan alınan informasiyanı "hə" və ya "yox"şəklində cavablara interpretasiya edə biliblər. Eksperiment iştirakçıları öz qohumlarını tanıyıb və sadə suallara cavab verə biliblər. Pasiyentlərdən biri hətta öz qızının ərə getməsini qadağan edib. Tədqiqat müəlliflərindən biri deyib: "Bu heyrətamiz nəticə mənim özümün yaratdığım bir nəzəriyyəni təkzib edir ki, "qapalı insan sindromu"ndan əziyyət çəkən, tamamilə iflic vəziyyətində olan insanlar prinsip etibarilə xarici aləmlə ünsiyyətə qabil deyil. Bizim təcrübələr göstərdi ki, dörd nəfər könüllünün hər biri onlara verilən şəxsi xarakterli sualları yalnız fikrin gücü hesabına cavablandıra biliblər.
↧
↧
Bələdiyyə sədri transseksual olduğunu etiraf etdi, əvvəlki halı təəccübləndirir - FOTO
ABŞ-ın Texas ştatının New Hope qəsəbəsinin bələdiyyə sədri Cess Herbst şəxsi həyatı ilə bağlı etirafları ilə bütün dünyanı təəccübləndirib. O, transseksual olduğunu etiraf edib. O, internetdə yaydığı "Bələdiyyə sədriniz olaraq sizə etiraf etmək istəyirəm" adlı məktubunda trans olduğunu qeyd edib. Ailəsinin də onun bu qərarını dəstəklədiyini bildirən Cess açıqlamasında deyib: "Bu, mənim cinsiyyətimdir, seçimim deyil. Arvadımı sevirəm, o da məni sevir. Dəyişmək fikrim də yoxdu. Qızlarım da bunu normal qəbur edir, atalarının trans olduğunu başqalarına deməkdən qürur hissi keçirirlər. Artıq həyatıma qadın kimi davam edəcəm".
↧
`Ancaq alçaqların evini yarırdım` - Məşhur `qanuni oğru`nun xatirələri
Yura Qorbatı məşhur qanuni oğru “Ded Xasan” – Aslan Usoyanın müəllimi kimi tanınır. Usoyan Qorbatı ilə təxminən eyni yaşda, eyni mastda olsa da, dünyagörüşü, təcrübə baxımından ondan xeyli şey öyrənməli olduğunu və öyrəndiyini dəfələrlə etiraf etmişdi. Yuri Qorbatı 1993-cü ildə 62 yaşında qazamat xəstəxanasında dünyasını dəyişıb. İttifaq dağılanadək Leninqradda ən hörmətli qanuni oğru kimi ad çıxarıb. Usoyan dostları ilə oturduğu məclislərdə həyatının Yura Qorbatının həyatına oxşadığı barədə danışmağı xöşlar, fəxrlə onu öz müəllimi adlandırardı. 1992-ci ildə, qazamat xəstəxanasında ölüm ayağında yatan Qorbatı müntəzəm olaraq onun görüşünə gələn Aslan Usoyana həmişə düşündüyü, lakin yaza bilmədiyi memuarlarını danışırdı: - Mən ziyalı ailəsində doğulmuşam. Üçüncü sinifdən başlayaraq ev müəllimlərim olub, ingilis və alman dillərini öyrədirdilər. Valideynlərim mənim savadlı insan kimi böyüməyim üçün xəsislik etmirdilər. Leninqradın ən tanınmış fırça ustası mənə tuşla şəkillər çəkməyi öyrədirdi. Həmişə ondan bacarıqlı, işgüzar, istedadlı olduğum barədə təriflər eşidərdim. 37-ci ildə zavodda baş mexanik vəzifəsində çalışan atam Stalin-Yejov represiya qatarının təkərləri altına düşür və onu gözümün qabağındaca həbs etdilər. Az sonra atamın güllələndiyi xəbərini aldıq. “Xalq düşməni”nin ailəsi üçün represiya illərində yaşamaq olduqca çətin idi. Bizdə də çətinliklər yaranmağa başladı. Bəzən mən iki-üç gün adicə, yavan çörəyə həsrət qalırdım. Anam həddindən ziyadə gözəl qadın olduğundan ikinci dəfə - İoann Yaroslavskinin oğluna ərə getdi. Anamın atası Admiralteystvada birinci komissar vəzifəsində çalışıb. Atamın ölümü, anamın başqa birinə ərə getməsi mənə psixioloji təsir etmişdi. Bir tərəfdən də müharibə başlayır, Leninqrad mühasirəyə düşür, insanlar acından bir-birlərinin ətlərini yeyirdilər. Öz gözümlə gördüyümü danışıram – bizdən bir mərtəbə yuxarıda yaşayan, əvvəllər mənə heykəltaraşlıq və memarlıq nəzəriyyəsi öyrədən professor - pedoqoq binamızın zirzəmisində tələlər quraraq, sıçovulları tutur, oradaca başlarını üzüb, dərilərini soyurdu. İri, balaca pişik böyüklüyündə sıçovullar bir qədər aralıdakı məzarlıqdan gəlirdilər bizim zirzəmiyə. İnsan meyitlərini doyunca yedikdən sonra - istirahət etməyə. Aclıq illərində mən oğurluq etməmişəm. 1947-ci ildə biz – bütün sinif şagirdləri bahalı xəz yaxalıq oğurladıq, puluna süd alıb içdik. Hamımızı tutmuşdular, amma nədənsə yalnız məni Strelnyadakı uşaq koloniyasına göndərdilər, “xalq düşməni”nin oğlu kimi. Uşaq koloniyası mənim ürəyımcə idi, çünki burada siyasətdən, kimin tutulub güllələdiyi barədə danışmırdılar. Strelnıdan sonra mən yenidən barmaqlıqlar arxasına düşdüm, özü də böyüklər arasına. Halbuki, hələ on dörd yaşım vardı, azyaşlı sayılırdım. Belimə iyirmi il yükləyib məni Şimali Urala, bütün məhbusların zolaqlı zek paltarları geyindiyi “Sev Ural Laq”a yatab göndərdilər. Güllələnmiş “xalq düşməni”nin oğlu olduğumdan məni xüsusi düşərgəyə yolladılar. Burada salamat qalmaq üçün sözün əsl mənasında vuruşmaq tələb olunurdu. Bir vaxtlar məni tanıyanlar adımın qarşısına “istedadlı”, “bilikli” sözləri əlavə edirdilərsə, buradakı residivistlər, qəssablar, domuşniklər, şipaçlar məni “tiqryonok” (pələng balası) adlandırdılar. Məni vertuxaylar və speslagerin kiçik çinli zabitləri pressxataya salıb sındırmaq istəyirdilər. Lakin zonada hətta xozyain və kumun da çəkindikləri “Vor” - Frol Kolımskiy mənə qahmar çıxmaqla həyatımı xilas etdi. Frol məni əqidəkarlarına tapşırmışdı. Məntəqədə iyirmi beş - otuz min zek vardı və hər gün gəmilərlə müxtəlif yerlərə etaplar olunurdu. Məni o vaxtlar ən gedər-gəlməz sayılan Kolımaya göndərdilər. Yolda ikitərəfli sətəlcəmlə xəstələnmişdim. Bəxtim yenə gətirdi – gəminin zirzəmisindəki zeklər arasında Maksim Qorkinin ölümündə təqsirləndirilən, İttifaqda tanınan alim həkimlər də vardı. Tökülüşüb quru çayla, tütünlə hazırladıqları məlhəmlərlə müalıcə elədilər. Düşdüyüm düşərgədə məhbuslar qızıl yuyurdular. Burada Sovet İttifaqı Qəhrəmanlarından tutmuş, SSRİ xalq artistlərinədək çinli, titullu zeklər beşillik planın vaxtından əvvəl yerinə yetirilməsi üçün tər tökürdülər. 8 ay Maqadanda qaldıqdan sonra bütün ətraf düşərgələrdəki zakonnikləri bir yerə toplamağa başladılar. Deyilənə görə, tezliklə onları Çukotkaya, ya da Uralda tikintisinə başlanılmış xüsusi tipli “sanatoriya”lara yatab etməli idilər. Biribirinin ardınca Çukotkaya on minlərlə dustaq doldurulmuş gəmilər hərəkətə başladı. Yayda bütün peresılkalar tez-tez dolub-boşalırdı, hər on gündən bir barjlar, gəmilər doldurulur, Lena çayı ilə şimala doğru daşınırdı. Biz Çukotkaya çatanda yayın ən isti vaxtı saydığımız avqustun sonları idi. Külək vıyıltı ilə canavar təki ulayır, qar adamın ayaqları altında pələng dişləri kimi xırçıldayırdı. Gəldiyimizin elə birinci həftəsində üç saat “vor”larla “polyak”lar arasında müharibə getdi. Hayqırtı, qışqırtı, inilti səslərindən küləyin vıyıltısı da eşidilməz olmuşdu. Çox dəhşətli saatlar idi. Vuranın kim, vurulanın kim olduğu məlum deyildi. Düşərgənin sahəsindəki ağ qar axan qandan qıp-qırmızı olmuşdu. İnsanlar yerdə kərtənkələ kimi sürünür, yaralı ayı tək ağnayır, imdad diləyirdilər. Hər tərəfdə insan bədənindən ibarət bir horra qalaqlanmışdı. Qudurmuş, qışqıraraq əllərindəki bıçaq, dəmir parçalarını yelləyən, qaçışan adamlar birdən-birə qopmuş tufanı xatırladırdı. İki gün sonra eşitdik ki, Çukotka düşərgələrində həmin gün on beş mindən çox məhbus ölüb. Burada hərəkət itlər qoşulmuş kirşələrlə idi. Qarışıqlıqdan istifadə edərək, kirşələrə doluşub Alyaskaya qaçanlar da oldu. Gör nə qədər üstündən vaxt ötüşüb, amma Çukotka axşamını xatırlayanda damarlarımda qanım donur. Sibirdə həyat ancaq yeməklə davam edir. Əgər yemək azdırsa, onda insanın gücü hətta tərpənmək üçün də qalmayanda hər şey iradədən asılı olur. Aclıqdır, tamam əldən düşmüsən, istəyirsən ki, əl-ayağını uzadıb hər şeyi öz axınına buraxasan. Çoxları proqulkadan imtina edirlər. Sənin içindən bir səs qışqırır: "Olmaz, get!" Yorğunluqdan ayaqların gizildəyir, əyilir. Gəz, gəzin barakda. Saatlarla gəzin. Uzanmaq istəyirsən... Yox! Otur! Baxma ki, ətləri tökmüş yanbızının sümükləri incidir, ağrıyır. Otur, yatsan öləcəksən! Yemək haqqında fikirləşmək istəyirsən. Olmaz! Dəmir iradəlı ol, çörək haqqında düşünməyi kənara at. Tütün çəkənsən? Batdın! Bədəni əldən düşənlərin tütün piləməyi tərgitdiyini görməmişəm. Əvvəldən atmaq, tərgitmək lazım idi, nə qədər ki, bədənindəki sümüklərdə ət vardı. Bir dəri, bir sümük qalanda, ancaq nəfəsin dayanandan sonra tütünü ata bilərsən. Çoxları ölümdən əvvəl xəstəliyə tutulardılar - ponos... Dərman verilmirdi. Batan adam saman çöpünə əl atdığı kimi, zeklər də ponosa tutulanda çörək paylarını nazik-nazik doğrayar, suxarik kimi qurudub yeyərdilər. Əgər pellegirik panosa tutulmuşdunsa, deməli həyatdan əlini üzməliydin. Bu vaxt mədə və bağırsaqların divarları sürüşkən qişa ilə örtülür, yediyin seliklə birlikdə bir saat sonra ifraz olunurdu. Pellegirik ponosa uğrayanda iki-üç günün içində şam kimi əriyib, arıqlayırdılar, yaddaşlarını itirir, bəziləri dəli olurdular. Bir, yaxud uzağı iki gün sonra "ponosçik"lər cənnət qapılarında növbəyə durmağa uçurdular. Mən Leninqrad blokadasında günlərlə ac qalmağı öyrənmişdim... Dözürdüm. Bizimlə birlikdə İvan Lvov - "Lyova” ayamalı məhbus vardı. Dostoyevskini, Bunini, Drayzeri, Tolstoyu, Gertseni oxumuşdu. Vanka mənə mütaliə etməyi, incəsənəti, əntiq əşyaları sevməyi öyrətdi. - Başıma hansı müsibətləri gətiriblər, danışsam, yəqin ki, ağlayarsan, - gülümsəyərək söhbət edirdi... Sonralar, mən yaşa dolanda hamim Tolya Çerkas oldu. O da zakonnik idi, amma Lyova ilə müqayisədə çox mizer, bəsit, yalnız tapdanmış yolla gedən axsaq adam təsiri bağışlayırdı. O insanları alçaldır, bəzən hətta əl də qaldırırdı. Bu olaylar mənə xoş gəlmədiyindən, Çerkasdan ayrıldım. Tolyada insaniyyətlikdən əsər-əlamət yox idi. Bir yerdə ki, dostluq-yoldaşlıq hissi öldü, hər şey əhəmiyyətini itirir, biganələşirdi. Belə lagerlərdə lesopovalda, filiz mədənlərində işləmək zek üçün mütləq ölüm demək idi. İşləməmək də olmazdı. Karserlərə, BUR-lara doldurub dondurur, yaxud acından öldürürdülər. Əlac yenə pula qalırdı. Pul! Pişiyi aslana, eşşəyi ərəb atına döndərən - pul! Yaxşı işləyənlərə yaxşı da pul verirdilər. Yaxşı pul almış cavan zeklər içib beyinlərini dumanlandırır, başqa məşğuliyyət olmadığı üçün qumara başlayırdılar. Şahmat, domino, hətta "durak" da pulla oynanılırdı. Bütün ömrüm boyu kimsəni alçaltmamışam. Axı onsuz da bizim ölkədə əksəriyyət alçaldılmışlar, təhqir edilmişlər zümrəsinin donunu geyənlərdir. Məhbəs yerlərində belə münasibət dustaq üçün ikiqat zərbədir. Burada yalnız blatnoylara toxunmurdular. Mujikdən aşağıda dayanan mastlarin həyatı isə cəhənnəm əzabı idi. Blatnoyların əqidəsini seçdim. Sonralar, İrkutsk lagerində oturanda İvan Lvovla yenidən görüşdük. Muzeydən oğurluq etdiyinə görə tutulmuşdu. Oğurladığı rəsm əsərlərini sataraq pulları cavan rəssamlara vermişdi. - Bu dörd ay ərzində mən azadlıqdan lazımi qədər faydalandım, - deyirdi Lyova. – Moskvanın küçələri ilə tələsmədən gəzişirdim. Üç il ərzində burada interyer dəyişməmişdi. Yalnız əvvəllər zibilxana kimi tanıdığım, itlərin qaçışdığı çöllükdə doqquzmərtəbəli binalar tikilmişdi. Palcıqlı qar lehmələri, yeni salınmış asfalt yoldakı çala-çuxurlar... yanımdan ötənlər mənə fikir vermirdilər. Bu həm xoş təsir bağışlayırdı, həm də təəccüb doğururdu. Zonadakı qəzəbli, kin-küdurətli baxışlara vərdiş etdiyimdən, birdən-birə qəlbimdə istilik duydum: - mən azadlıqdayam..., axır ki, azadam! –deyib, qışqırmaq istəyirdim. Lyova mənə başa saldı ki, adi oğurluqla iş aşmaz, əntiq şeylərin oğurluğu isə adicə hobbidir və yaxşı qazanc gətirir. Sən əntiq əşyalar sahəsində ixtisaslaş, – deyə məsləhət gördü. Azadlığa qovuşan kimi mən kiçik bir dəstə yaratdım və Leninqradın ən zəngin kolleksiya sahibləri üçün bəlaya çevrildim. Mən yalnız müftəxorların, rüşvətxorların, yaramazların mənzillərini seçirdım. LOMO zavodunun direktorunun mənzilinə girmişəm. Oradakı zənginlik hətta Ermitajda yoxdur. Yaxud da mənim yaxşı tanışım Mişa Monastırskinin qazanc yollarına nəzər salaq. Nə qədər ki, Brejnev sağ idi, Mişaya toxuna bilmədilər, çünki dostum nazirliklərdən birində çalışan zamın qızı ilə yaşayırdı. Papaşa Mişanın qıza bağışladığı yarım milyon dollarlıq “Faberje” saatını fəxrlə gəzdirirdi. 70-ci illərdə mən əsasən yəhudilərdən təşkil olunmuş “Xunta” adlı qrupa başçılıq edirdim. Dəstə Sovet İttifaqını tərk edərək İsraılə yollanan yəhudiləri qarət etməklə məşğul olurdu. Hər şey düzgün hesablanmışdı: “Vətəni “satan” adam ölkə rəhbərliyinin simpatiyasından uzaqdır”. Milis və prokurorluq orqanları soyulmuş yəhudilərin şikayət ərizələrinə barmaqarası baxır, oğruları, soyğunçuları yaxalamağa çox da can atmırdı. Qrupumun üzvləri milis və məhkəmə orqanları ilə əlbir işləyirdilər. Mən uzun illər şəhər məhkəməsinin sabiq sədr müavini Oleq Karlovla ünsiyyətdə olmuşam. Məhkəmənin sədri Yermakovla da tanışlığım vardı. Onlar mənim əvvəllər məhkum olunduğum barədə heç nə bilmirdilər - görüşürdük, incəsənətdən, əntiq şeylərdən, rəsm əsərlərindən danışır, az-az o vaxtlar çətin tapılan ətirli “Napoleon” konyakından gillədirdik. Qorbaçın yenidənqurma dövründə mən də özəlləşməyi faydalı saydım, çoxotaqlı mənzil aldım, evləndim, övladım anadan oldu. Oğurluğa olan marağım tamamılə itmişdi. İndi azadlıq məni daha çox cəzb edirdi. Xərçəng xəstəliyi bədənimi yedikcə həyat eşqim coşub-daşırdı. Son üç ildə mən “xərçəng”ə qarşı, hətta məhbəs lazaretində elə bahalı dərmanlar alırdım ki, belələrinin üzünü heç dördüncü şöbədə Kreml rəhbərləri də görməyiblər. “Oğru vicdanı” anlayışı mənim üçün həmişə əsas olub. Növbəti oğurluğa gedərkən adamlarıma volidol götürməyi də tapşırırdım. Əgər mənzili oğurlanan adanın əhvalı, vəziyyəti faniləşirdisə, ona ilk tibbi yardımı biz özümüz göstərirdik. Mən gözəl bilirdim ki, kolleksiyası əlindən alınan dodik (rüşvətxor, fırıdaqçı varlı...) heç vaxt mentovkaya qaçmayacaq, çünki belə bahalı antikvarın hansı pulla alındığına alibi tapmaq mümkün deyildi. Heç vaxt vətənimdə olan qiymətli əsərlərin, əntiq şeylərin Rusiyadan kənara aparılmasına razı olmamışam. Sonuncu dəfə bu, Ermitajdan oğurlanan 32 şəkil – 17-18-ci əsrlərə aid holland-flamand əsərləri olub. Ermitajda düz otuz il əməllı-başlı təftiş komisiyası işləməyib. Otuz il! İncəsənət institutu tələbələrini gətirirdilər ki, şəkillərin üzərindən tozu təmizləsinlər. Tələbələr də çırpışdırdıqları əşya və şəkilləri bir butılka arağa, pivəyə satırdılar. Bunların həqiqət olduğuna and içə bilərəm. Piotrovski də bunları bilməmiş deyildi. Milis rəislərinin əksəriyyəti öz vəzifələrinə Javer kimi vicdanla yanaşmırlar. Düzdür onlar çox cüzi məvacib alırlar. Müstəntiqlərin bir çoxu avans-poluçkaya beş gün qalmış bir-birlərindən borc pul istəyirlər. Milis mayorlarının düzgün işləyəni evdən çıxanda nahara qoltuqlarındakı buxanka çörəklə yollanır. Gülməli deyilmi? Məhkəmənin sədri Yermakov daim şikayət edirdi ki, ona təyin olunmuş pensiyanı tam dəqiqliklə ala bilmir. 70-ci illərin ortalarında Yəhudi bir qarının mənzilində xeyli zinyət əşyaları, antikvar ikonalar, hətta valyuta gizlədildiyi barədə milis orqanında çalışan agent-podelnikimizdən məlumat aldıq. Mentin domuşnik Bitya ilə danışığını təsadüfən eşitdim. Qapon deyirdi: - Zinyət əşyaları içərisində Qriqori Lazarovıçə məxsus brilyant daşlı boyunbağı olmalıdır, onu mütləq tapın və götürün... - Birdən vermədi?- Vitka pıçıltı ilə soruşdu. - Verməsə, lomla çiyin sümüyünə bir, iki... Mən irəli çıxaraq qətiyyətlə: - Dəli olmusunuz!? –dedim. – Əksinə, onunla mümkün qədər mülayim danışmaq gərəkdir. Qoçaların ağılı uşaqlarınkı qədər olur. Xoş rəftarla onu yola gətirəcəyik. Mənzilə girəndə qarı əlləri ilə üzünü qapadı: - Məni öldürməkmi istəyirsiniz? – titrək səslə mizildadı. - Belə şeymi olar? – dedim, ehmalca çiyinlərini qucaqladım. Sizinlə çay içəcək, pirojna yeyəcək, söhbət edəcəyik. Danışıq əsnasında məlum oldu ki, qarı həmin boyunbağını Moskvada yaşayan qardaşı qızına verib. Qızın ünvanını, hətta fotoşəklini də söhbət əsnasında əldə etdim...
↧
Rus qızlarının BİABIRÇI FOTOLARI
Sosial şəbəkələrdə yaxınlaşan 14 fevral günü ilə bağlı maraqlı şəkillər paylaşılıb. Rusların məşhur səhifələrində yayılan “romantik” fotolar xüsusi ilə diqqət çəkib. Şəkillərdə cütlüklərin məhəbbətini özünəməxsus şəkildə ifadə etməsi maraq doğurub. Sözügedən kadrları təqdim edirik:
↧