Mən bu yazımda insanın ictimai varlıq kimi mənəvi-bəşəri -insani duyğularından yazmaq istəyirəm .İnsan göründüyü kimi yalnız cismdən ibarət deyil, həm də cismi yaşadan ruhdan ibarətdir. Yəni Tanrı onu maddivə mənəvi dəyərlərin daşıyıcısı kimi yaradıb.O həm bioloji, həm də ictimai varlıqdı.O, içərisində bir çox insani keyfiyyətləri daşıyır.Bir fərd kimi tək görünsədə əslində daxilində muxtəliff missiyaları daşıyan və həyata keçirən bütöv bir şəxsiyyəti təmsil edir.O,dünyaya övlad kimi gəlir, amma əslində o artıq bir neçe insan olur .Kişi cinsindən danışsaq o ,həm oğul olur,qardaş olur,əmi olur,dayı olur,qohum olur,bir ailənın nümayəndəsi olur,bir sevgili,bir ər olur,vətəni qoruyan əsgər olur,dövlətə xidmət edən vətandaş olur, ən əsası isə o bir ATA,ailə başçısı və bir BABA olur!Bu qədər insanı daxilində saxlayan bir varlıq mümükün deyil ki ,bu qədər misiyalarının hamısını laiqincə yerinə yetirə bilə.Əsas odur ki, onun tərəziyə qoyulan əməlləri içində yaxşiliqlar daha ağır olsun.Mən bu bir çox şəxsiyyəti içində daşıyan və ən əsası ATA missiyasını laiqincə yerinə yetirən ATA haqqında yazacağam.Ata övaldın bu dünyada yeganə həmışə güvənə biləcəyi bir dağıdır.Bu dağın bəzən qoynu daş -qaya olsa da unutmayın, yolunu itirmiş hər kəs özünü müdafiyə üçün bu qayaları səngər edirsə ,insan da həmişə dar ayaqda atanın köməyini beləcə səngər edər özünə.Ata uca ,amma başı qarlı bir zirvədir!.. Bir çox missiyaları daşıyan və onları çox laiqincə yerinə yetirən ATAM haqqında yazmaq istədim.Mən əvvəlcə onu deyim ki, mən atamı bu dünyada çox -lap çox sevirəm.!Mənim atam həm yaxşı oğuldur,həm yaxşı qohumdur, yaxsı vətəndaşdır, dürüst insandır.Anamdan öyrəndiyimə görə həm də yaxşı sevgilidir,yaxşı ərdir və ən əsası yaxşı ATA və yaxşı BABADIR. Atam və ANAM mənim həyatımda sahib olduğum ən dəyərli varlığımdır.Atam mənim uca yaradanın bu dünyada göndərdiyi qoruyucu mələyimdir.Atam mənim həm dostum,sirdaşım həyat yolumdakı GENRALIMDIR.Onun əmirləri mənim üçün həmışə qanun və keçərlidir.Atam mənim üçün bir ümandır,bir dünyadır ki ,o dünyada həmişə ruhuma dinclik tapmışam.Atam mənim həmişə insan kimi, şəxsiyyət kimi təqdim edəcyim bir qürür yerimdir.Atam həmişə bizlərə bu dünyada dürüst və alnıaçıq yaşamağı öyrətdi.Onun arzuladığı və nail olduğu tək bir şey balalarının insan kimi, şəxsiyyət kimi dürüst və imanlı olmalarıdır.Atam bizlərə həmişə insanlara hörmətlə yanaşmağı öyrətdi,təkkəbürlü olmamağı bizlərə təLqin etdi. Mən bilirəm ki ,bu dünyada heç bir şey əbədi deyil!.. Gələn bir gün gedəcək!..Mən də atamı itirəcəyəm ,yaxud da atam məni itirəcək və biz cismən ayrılacağıq.Bu itkini yaşayanlardan duyduğuma görə çox ağrılı-acılı olduğunu bilirəm.Həmışə ALLAHIMA dua edib deyirəm ki: ,.İlahi sən bu ayrılığın vaxtını mənə və atama gec yaşat!.Zamana deyirem :,,Ey zaman həmişə tələsmisən,yalvarıram bizim yolumuzu - bu ata bala yolunu tələsmə, asta gəl!"Hərdən də düşünürəm ki ,dünya fanidir və bəzən də acımasız qanunları ilə dövr edir...Atam məni birinci itirsə halı nece olar?!Mən düşünürəm ki, mən onu itirsəm sanki döyüşdə genralını itirmış və yaralanmış bir əsgər olaram.Bəs atam?! Atam isə məncə yaralı aslan olar,ürəyinin bir parçası qopub parçalanmış aslan kimi...O zaman ruhum atama deyəcək:,.Bax ATA sən dağsan, bu dağ həmişə uca və vüqarlıdır!Bu dağ zamanın ağrılı-acılı yükü ilə yaranıb.SƏN də bu itkini ağır bir yük bil və sinə gər!Bilirəm ,səni çox incitmişəm ,amma sən məni həmişə sevmisən... Haqqını halal et!!! .Və əbədi dünyamızdakı görüşümüzü düşün və səbrlə ruhumuzun qovuşacağı anı gözlə!"Əziz atam, səni çox istəyirəm!Deyirlər,o böyük YARADAN insanlara bu dünyada bəzi seçim hüqüqları verir. AMMA bütün seçimlər onun süzgəcindən keçdiyini bilirəm.İnsan taleyini ,valideyin ,övlad seçiminin qərarını özü verib !Mən buna görə uca YARADANA əl açıb deyirəm:,.ALLAHIM sənə şükür edirəm ki,mənə bu ATA və ANANI seçmısən! Bu seçimindən şərəf duyuram.Deməli mən sənin sevimli bəndələrindən biriyəm.." Mən burdan ATASINI itirmış bütün dostlarıma ALLAHDAN səbr diləyirəm.. Qalanlarına isə ATA və ANALARININ dəyərini bilməyini tövsiyyə edirəm!!Bir də ATA olmuşlara və olacaqlara öz övladlarının qədrini bilməyi arzulayıram!Övlad onların sabaha bir sığortasıdır. Müəllif: Xuraman Nuru
↧