Portuqaliya milli komandasının ulduz futbolçusu Kristian Ronaldonun “Euro-2016” çempionatı çərçivəsində Avstriya komandası ilə oyundan sonra qadın corabı geyindiyi fotoları yayımlanıb. İspaniyanın “Real-Madrid” klubunun ulduzu Ronaldonun internetdə yayılan bu fotoları oxucular tərəfindən də birmənalı qarşılanmayıb. Hətta, bir çox insanlar ulduz futbolçunu bu hərəkətinə görə cinsi azlığın nümayəndəsi olmaqda ittiham edib. “Euro-2016” çempionatı çərçivəsində oynanılan Portuqaliya-Avstriya matçından sonra avtobusa minərkən çəkilən fotolarda Kristian Ronaldonun ayaqlarına geyindiyi dar qadın corabları ətrafdakıların da böyük təəccübünə səbəb olub.
↧