Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Saqqız udduqda nə baş verir?

$
0
0
Yəqin ki, hər kəs həyatında heç olmasa bir dəfə də olsa saqqız udub. Zaman-zaman çiynədiyiniz saqqızı zibil qabı tapa bilmədikdə və ya başqa çıxılmaz vəziyyətlər səbəbindən udursunuz. Saqqız udduqda 7-12 ay bədəndə qalması barədə tez-tez eşitmişik. Bu, nə qədər həqiqətə uyğundur? Saqqızı udduqda nə baş verir? İlk növbədə onu bildirək ki, insanın həzm sistemi çox qüvvətlidir. Sərt yeməklər həzm olunduğu kimi, saqqız da həzm olunur. Mədə hərəkətləri, turşular və fermentlər saqqızın həzm edilməsinə imkan verir. Ancaq tək fərq saqqızda olan bəzi kimyəvi maddələrin tamamilə parçalanmamasıdır. Bu zaman saqqız bir çox qidanın əmilməsinin reallaşdığı nazik bağırsaqda əmilmir. Saqqız nazik bağırsağa çatır və orada əmilmədən eyni şəkildə qalır. Saqqız bağırsaqlara yapışmır və ya udduğunuz bütün saqqızlar burada birləşərək, nəhəng bir saqqız topuna çevrilmir. Tamamilə həll olunmasa da, tullantılara qarışaraq, bağırsaq boyunca irəliləyir. Ancaq saqqız nəcislə atılır deyə udmaqda heç bir problem olmaz demək də doğru deyil. Mütəxəssislər saqqız udmamağı xəbərdarlıq edir, lakin sandığınızdan fərqli bir səbəbdən. Saqqız çeynəmənin heç bir qida dəyəri yoxdur və sağlamlıq baxımından onu udmaq olmaz. Çünki saqqız udulduğunda nəfəs borusuna qaça və boğulmanıza səbəb ola bilər. Əlbəttə ki, bu problem böyük parçalı qidalar üçün də etibarlıdır və yalnız saqqıza xas bir problem deyil.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Ayranlı aş


Gördün nə bəla çəkdi başım eşqin ucundan?


İrəvan xanlığının bölgə mətbəxindəki tarixi həqiqətlər


"Xəmsə" - sualları


Qələm Yazılı Şəkilləri (38)


Xəmsə oyunu üçün suallar paketi


Bürclər Haqqında Maraqlı Məlumatlar (412) - Foto


Tarixdən dərs nümunələri


Eşq yoxsa Ehtiras? (+18)


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


Nootroplar nədir?


Zəy maskası


Hamiləlik zamanı seks (18+)


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Qarışıq Yazılı Şəkillər (2)


Maraqlı Yazılı Şəkillər (11)


Övlad (Qızım və Oğlum) Yazılı Şəkilləri (2)


Bəzəkli hərflər