NASA mütəxəsisi işıqdan sürətli hərəkət edə biləcək kosmik gəminin 3D modelini təqdim edib. NASA bu layihə üzərində çalışır və Alkubiyerre deformasiya texnologiyasına (Alcubierre warp drive) yaxşı pul buraxır. Amma ortaya maraqlı bir paradoks çıxır. İnsan bir intellektual sivilizasiya kimi heç vaxt işıq sürəti ilə hərəkət edəcək bir kosmik gəmi hazırlaya bilməz. Heç işıq sürətinin 40%-i qədər hərəkət edən kosmik gəmisi olmayacaq. Bu qeyri-mümkündur. Amma insan işıqdan sürətli hərəkət edəcək bir texnologiya hazırlamaq imkanlarına malikdir. Özü də qarşıda gələn 15-20 ildə. Bu üsulla artıq insan bizim qalaktikadakı ulduzlara səyahət yox, digər qalaktikalara səyahət etmək imkanı yaranmış olar. Kosmik gəmi niyə işıq sürəti və yaxud buna yaxın sürətlə hərəkət edə bilməz? Çünki kosmosda həddindən artıq tullandılar var. İşıq sürətinin 35-40%-i qədər sürətin yığılması (məsələn, saniyədə 100min-120min km sürətlə hərəkət edən gəmi) üçün kosmik fəzada olan adi bir qum dənəciyi belə təhlükə törədə bilər. Bu sürətin qarşısında kiçik bir obyektlə toqquşma böyük problemlər yarada bilər. İndi isə təsəvvür edin ki, kosmik gəminiz saniyədə 100min km ilə hərəkət edir və 5 dəqiqə sonra getdiyiniz trayektoriyada qarşınıza nə çıxacağı bəlli deyil. Kosmosdakı asteroid, komet qırıntıları ilə dolu olduğunu təsəvvür edin. Adicə top ölçüdə bir obyekt 100min km sürətlə Yer kürəsinə düşsə, bütünlüklə bir şəhəri dağıda bilər onun toqquşma və onun yaratıdığı zərbədən. Amma nəzəri olaraq insan yaratdığı kosmik gəmi işıq sürətinin təxminən 10-20%-nə çata bilər. Lakin bunun üçün kosmik gəmi 50-60 il dayanmadan yol getməlidir. Yəni startdan başlayan kimi hər hansı kosmik gəmi bu sürəti yığa bilməz. Məsələn, ion və yaxud antimateriya ilə işləyən mühərriklərlə. Sürət tədricən artmış olacaq. Tutaq ki, kosmik gəmi ilk 5 ildə maksimum saniyədə 100km sürət yığıb. Sonrakı 5 ildə saniyədə 2min km, sonrakı 5 ildə 10km və s. Ümumiyyətlə, kosmik gəmilərin işləyə biləcəyi nüvə, antimateriya, ion mühərrikləri heç vaxt işıq sürətinə çatdıra bilməz gəmini. Kosmosda müxtəlif qravitasiya manevrləri ilə bu sürət bir neçə on illiyə işıq sürətinin 20%-i qədəri real görsənir. Həm də daha çox olması dediyim kimi toqquşma və zədələnmə təhlükəsi yaradır. Bu kimi kosmik səyahətlər 100 illik səyahətlər sayılır. Orda artıq ya kriogen kamera texnologiyası inkişaf etməlidir, hansı ki, insanlar növbə ilə bir qocalmadan yata və dura bilə. Ya da ki, kosmik gəmidə yeni nəsillər doğulacaq, hansı ki, missiyası getdiyi yer olacaq. Bu üsulla bizə ən yaxın ulduza səyahət 50-100 il çəkəcək. Bəs işıqdan sürətli hərəkət necə mümkündür? Məsələn, NASA-nın təqdim etdiyi warp drive texnologiyasına əsasən kosmik gəmi heç hərəkət etmir. Əgər siz belə bir kosmik gəminin içində olsaz, heç bir hərəkət hiss etməyəcəksiz. Bir müddət sonra lazımı koordinatlara çatmış olarsız. Elə biləcəksiz hansısa bir otağın içindəsiz və heç nə baş vermədi. Lakin bir müddətdən sonra Yerdən minlərlə işıq ili uzaqlıqda olacaqsız. Bu texnologiyanın mexanizmi məkanın deformasiyaya uğraması ilə hərəkətdir. Burda artıq gəmi yox, məkan özü deformasiyaya uğrayaraq hərəkət edir. Bir növ məkan deformasiyası nəticəsində qabarcıq yaranır və siz bu qabarcığın içindəsiz. Bununla siz məkan-zamanda yox, hyperspace-də olmuş sayılırsız. Bəzi fantastik kinolardakı hyperspace ilə hərəkəti yadınıza salın. Bu yolla siz işığın 1 ilə getdiyi məsafəni 1 dəqiqəyə keçə bilərsiz. İşıq məkan-zaman üzərində hərəkət edir, siz isə hiperməkanda. Ən əsası isə bilirsiz maraqlı olan nədir? Əgər bu yolla siz 100min işıq ili uzaqlığa getsəniz, gələcəyə düşmərsiz. Yəni sizin üçün 1 saat vaxt keçibsə, Yerdəkilər üçün də 1 saat vaxt keçmiş olar. Təzədən Yerə qayıdanda min illər keçməz. Amma siz saniyədə 100min/km ilə 5 il hərəkət edib, təzədən Yerə qayıtsanız Yer kürəsində ən azı 1000 il keçmiş olacaq. Bəs bunun bizlərə nə kimi xeyiri var? Bu yolla bəşəriyyət təkcə bizim qalaktikadakı ulduzlara səyahət edib, ordakı resurslardan istifadə edə bilər, başqa ulduz sistemlərində olan planetlərin kolonizasiyası ilə məşğul olar. Təsəvvür edin ki, sabah biz bu kimi kosmik gəmiyə sahib olsaq, artıq Yer kürəsinin resursları maraqlı olmayacaq. Heç kim Yerin resurslarını tükənməsini belə istəməz. Bir növ yenidən ekoloji eraya girmiş olar Yer kürəsi. Yer kürəsi bir ekoloji qoruğa çevrilər. Sənə lazım olan neft, qızıl, platin kimi resursları milyonlarla başqa planet, ulduz sistemlərindən əldə edib Yerə çatdırmaq olar. Bundan əlavə, insanlar başqa planetlərin kolonizasiyası ilə məşğul olar. Məsələn, bu texnologiya sabah mövcud olsaydı, qarşıda gələn 500 ildə insan bizim qalaktikanın ən azı 100-200 planetində şəhərlər qurmuşdu. İnsanlar yeni elmi nəaliyyətlər, yeni elementlər kəşf edərdi. Başqa planetlərdə yeni canlı, bəşəriyyətə məlum olmayan yeni molekullar kəşf edərdi. Bu kimi səyahət, ümumiyyətlə, indiki insan sivilizasiyasının elmi-texnoloji inkişafını 100 il ərzində ən azı 10min il qabağı atmış olardı. Digər tərəfdən soxulcan dəlikləri (və yaxud köstəbək dəliyi) yaradaraq kolonizasiya etdikləri planetlər arasında qapılar yarada bilərdi. Bir növ Ulduz qapıları filmindəki kimi. Bildiyiniz kimi, köstəbək dəliklərinin dayanıqlı olması üçün hər iki tərəfdən açıq olmalıdır. Bunun üçün birimiz o tayda olmalıyıq, birimiz bu tayda. Məsələn, mənim əlimdə texnoloji imkanlar var və mən Yer orbiti ətrafında köstəbək dəliyi yaratdım. Amma bunun getdiyi yer bilinmir, dayanıqlığı yoxdur. İndi isə təsəvvür edin ki, mən Alfa Centavr ulduzunun yanındayam və orda bir köstəbək dəliyi yaradıram, siz isə burda. Nəticədə qısa müddətdə bu soxulcan dəliyindən istifadə edərək Yerdən AlfaCentavra qısa müddətdə hiperməkan səyahət mümkün olar. Dediyim kimi, 100 il kosmik gəmi ilə hərəkət edib, orda belə bir qapı yaratmaq real görsənmir. Amma bu kimi warp drive vasitəsi ilə hərəkət edən gəmi yaratmaqla 1000 işıq ili uzaqlıqda olan bir ulduz sistemində növbəti stansiyamızı inşa edə bilərik. Hansı ki, sonra artıq hiperməkan kosmik gəmiyə ehtiyac olmaz. Bunun üçün A və B nöqtəsindəki stansiyaları birləşdirən ulduz qapıları yaratmaq bəs edir. Hansı ki, dayanıqlı soxulcan dəliyi vasitəsi ilə Yer kürəsindən adi kosmik gəmilər belə asanlıqla həmin 1000 işıq ili uzaqlıqda olan B nöqtəsinə getmək imkanı olar. Əlbəttə ki, belə texnologiyaların inkişafı üçün bizə Yer kürəsindəki resurslar bəs etmir. Qəribə maddə, yeni elementar hissəciklər, yeni elementlər, yeni birləşmələrə ehtiyac duyuruq. Hansı ki, kosmosda heç vaxt təsəvvür etməyəcəyimiz möcuzəvi kəşflər bizi gözləyir. Əlbəttə ki, bunlar hamısı reallıqdan kənar bir fantastika kimi görsənir. Lakin warp drive texnologiyası ilə işləyən kosmik gəminin olması ilə bu fantastika qarşıda gələn 100 ildə reallığa çevrilər. Artıq insanlar üçün Mars kimi planet yeni ev hesab edilməz. İnsanlar yeni ev kimi Yerdən 1000 işıq ili uzaqlıqda olan, milyon işıq ili uzaqlıqda olan, hətta başqa qalaktikalara səyahətləri gerçəkləşdirə bilər.
↧