Aparılan son tədqiqat və modelləşdirməyə əsasən (Avstraliya Milli Universitetinin) Fermi paradoksu ona görə mövcuddur ki, əslində Yerdənkənar həyat, sivilizasiyalar çoxdan məhv olub. Məhz buna görə biz yerdənkənar sivilizasiyalarla kontakta girə bilmirik. Bu tədqiqata alternativ bir fikir yürütmək istərdim. Hansı ki, Fermi paradoksunun da burdan qaynaqlandığını düşünürəm. Düşünürəm ki, bizim Yerdən kənarda hər hansı intellektual sivilizasiya izləri tapa bilməməyimizə səbəb hər şeyə antropik prinsiplə yanaşmağımızdır. Yəni bizim axtardığımız siqnallar da bizim özümüzün buraxdığı kimi informasiyadır, axtaracağımız həyat da bizdəkinə oxşar olduğunu düşünürük. Düşünürəm ki, başqa ulduz sistemində axtaracağımız intellektual canlını təsvir etmək üçün biz öz planetimizdəki intellektual canlıları misal çəkməli deyilik. Biz öz DNT quruluşumuzu misal çəkməli deyilik. Biz öz hesabalma sistemləri, şüurlü formaları misal çəkməli deyilik. Ümumiyyətlə, intelektual varlıq, şüur bizim təsəvvür etdiyimiz kimi olması mütləq deyil. Canlı dediyimiz bizim təsəvvür edə bilməcəyimiz qədər mürəkkəb və mürəkkəb olduqca da sadə ola bilər. Şüur dediyin bizim düşündüyümüz beyində cəmləşməyə bilər. Neyronal əlaqələr dediyiniz bizim düşündüyümüz təbiətə malik olmağa, bizim şüur sistemimiz kimi işləməsi mütləq deyil. Bizim riyaziyyat, fizika təsəvvürlərimizi də biz özümüz yaratmışıq. Hər hansı siqnal sistemi də başqa ulduz sistemlərində fərqli ola bilər. Həyat dediyin mütləq olaraq nəfəs almaq, qidalanmaq hesab olunmalı deyil. Həyat dediyin özü-özünü dərk edən obyekt nəzərdə tutulmalıdır və bu obyekt mütləq olaraq bizim təsəvvür edəcəyimiz formalara malik olmalı da deyil. Məsələn, biz axtarırıq ki, hər hansı yüksək inkişaf etmiş sivilizasiya kosmik gəmilər yaratmalıdır, planetini tam mənimsəməlidir, yüksək texnologiyalar yaratmalıdır. Amma məsələn, elə öz ulduzunun (işıq) enerjisi ilə qidalanan bir canlı üçün yüksək texnologiyaya ehtiyac yoxdur. Hər hansı bir planetin səthini örtən mamır-şibyə formasında olacaq bir canlı bizdən daha intellektual ola bilər. Məsələn, vahid bir neyronal tor əmələ gətirməklə. İntellektual canlı üçün instinktlərə yer olmamalıdır. Bizim kimi çoxalma, qidalanma, sağ qalması üçün egoist davranışlar göstərməyi vacib deyil. Hətta planetin səthini tam örtən bizdən 1000 dəfə artıq intellektə sahib olacaq, superintellektual bir canlı sisteminin kainata siqnal göndərməsi nə qədər axmaqlıq olduğunu özləri kimi dərk edir. Onların nəyinə lazımdır ki, öz varlığını məhv edəcək bir riskə salsınlar? Hətta belə yüksək zəka sahibi özünü maksimum maskalamağa, gizlətməyə çalışacaq. Əgər biz kosmosda hər hansı həyat izləri axtarmaq üçün atmosferində baş verən dəyişikliyi, yüksək enerjili dəyişiklər baş verən bir planet axtarırıqsa, bu kimi intellektə sahib planet sahibləri kosmosdakı başqalarının gözündən gizlənməsi üçün ümimiyyətlə planeti ölü göstərməyə çalışacaq. Bizim yaratdığımız hesablama sistemləri, fiziki qanunlar belə bizim ixtiramızdır, bizim kəşfimizdir. Bizim kimya, biologiya haqqında olan biliklərimiz də fundamental deyil. Bunlar ancaq bizim üçün keçərlidir. Məsələn, biz kosmosa səyahət etməyimiz üçün kosmik gəmilər hazırlayırıq, radiasiyadan, soyuqdan qorunmağımız üçün skafandrlar hazırlayırıq. Amma başqa planetdəki yüksək sivilizasiya eyni addımı atması üçün öz kimyasında dəyişiklik edərək bu funksiyaları əldə edə bilər. Məsələn, radiasiyadan qorunacaq örtüyə sahib olmaq və yaxud radiasiyanı öz xeyrinə istifadə edəcək bir canlı sistemi. Soyuqdan qorunması üçün daxilində baş verəcək qida, enerji mübadiləsi. Bizim biotexnologiyalardan istifadə edərək əldə edə biləcəyimiz nəaliyyətlərə onlar genetik modifikasiya ilə əldə etmiş olacaqlar. Biz əslində kimya, biologiya, fizika, kosmologiya sahəsində çox şeyləri bilmədikcə, mövcud ola biləcək intellekt sahibləri, sistemləri, formaları, biologiyası haqqında ancaq öz gördüyümüz formada danışa biləcəyik. Biz ətraf aləmi dərk etməyimiz üçün ilk olaraq özümüzə baxırıq. Bütün problemlər də burdan qaynaqlanır. Ortaya ata biləcəyim yüksək zəkali canlılar bu tipdə olmalıdı: 1. Mütləq olaraq vahid tor şəbəkəsi formasında daha yüksək intellektual mexanizm yaratmalıdır. Fərd olaraq yox, növ olaraq öz varlığını qorumalıdır. 2. Altruist davranmalı və bütün mənəvi keyfiyyətlərini tam itirməlidir. 3. Özlərini kiməsə göstərmək yox, özlərini hər kəsdən gizlətməyə çalışmalıdır. 4. Mövcud olacaq bütün resurslardan maksimum istifadə etməyi qarşılarına əsas məqsəd qoymalıdır. Lakin bu məqsədin də qarşısında ilk əvvəl bunu izsiz, kimsənin xəbəri tutmadan baş verməsinə diqqət yetirməlidir. 5. Atacağı addımlarla minimal itki ilə çıxması üçün 1000 ölçüb, bir biçməlidirlər. Gələcəyi planlaşdırmalı və “görməlidir”. 6. Onlar üçün əsas məqsəd vahid şüurun mövcudluğunu təmin etmək olacaq. Bunun üçün isə bioloji organizmə ehtiyac yoxdur. Belə bir zəka sahibi maksimum öz bioloji təbiətini itirməsi, azaltması, enerji sərfiyyatını minimuma endirməklə, maksimum özdərki üçün çalışacaq. 7. Yüksək zəka sahibi qarşı tərəf onu incitmədikcə onlarla işi olmamalıdır. Lakin dərk etsə ki, qarşı tərəfin məqsədi onu məhv etməkdir, o zaman daha dəhşətli addımlar atmağa bir göz qırpında qərar verəcək. 8. Əgər yüksək zəka sahibi intellektual canlılardan söhbət gedirsə, onlar daha çox qarşıqa və arı kimi özlərini aparmalıdırlar.
↧