Sosial şəbəkələrdə ateistlərin irəli sürdükləri saxta iddialardan biri guya müsəlmanların xeyriyyə fəaliyyəti ilə məşğul olmamalarıdır. Halbuki ICM araşdırma mərkəzi tərəfindən Britaniyada aparılmış sorğunun nəticələrinə əsasən müsəlmanlar digər insanlara nisbətən xeyriyyəçilik üçün daha çox pul verirlər. 4036 nəfər arasında aparılan sorğunun nəticələrinə görə 2012-ci ildə xeyriyyəçilik məqsədilə xərclənmiş adambaşına düşən orta illik məbləğ belədir: – Müsəlmanlar 567 $ – Yəhudilər 412 $ – Protestantlar 308 $ – Katoliklər 272 $ – Ateistlər 177 $ 2012-ci ildə Amerikanın Pew Research Center elmi-tədqiqat və araşdırmalar mərkəzinin 39 müxtəlif ölkədə 38 000 müsəlman arasında apardığı sorğunun nəticələrinə görə müsəlmanların 77 faizi xeyriyyəçiliklə məşğul olurlar. Dünyanın aparıcı onlayn xeyriyyə platformalarından biri olan JustGiving.com-dan alınan məlumatlara əsasən müsəlmanlar zəkat vermək üçün onlayn vasitələrdən get-gedə daha çox istifadə edirlər və istifadəçi müsəlmanların sayı son iki ildə 70 faiz artmışdır. JustGiving.com-un baş icraçı direktoru deyir ki, “bizim rəqəmlər göstərir ki, Britaniyadakı müsəlman cəmiyyətlər onlayn xeyriyyəçilikdə ön sırada olmaqla Zəkat bağışlamalarını artırırlar.” Təkcə ABŞ-da yerləşən bəzi müsəlman xeyriyyə təşkilatları: Al-Ehsan Charitable Relief Organization Care International Help the Needy Health Resource Center for Palestine, Inc Jerrahi Order of America Albanian Islamic Cultural Center – Kosova Relief HOPE International Relief and Development Agency Algerian Relief Foundation American Bosnia-Herzegovina Relief Fund Al-Nasr International Badr for Relief and Developement American Red Crescent, Inc. The Bosnia Relief Fund, USA Inc. Charitable Society for Social Welfare (CCSW) Chechen-Ingush Society of America (CISA) – Chechen Relief Consultative Committee of Indian Muslims (CCIM) Fund for Afghan Relief and Development (under ICNA) Bosnian-American Cultural Association Gulf Medical Relief Fund, Inc. HOPE International Relief and Development Agency IKRE Fund (NY Branch) International Relief Association (IRA) International Relief Organization Islamic African Relief Agency – USA (IARA-USA) Islamic-American Zakat Foundation Islamic Call Organization və s. və ilaxır. Bu ABŞ-dakı müsəlman xeyriyyə təşkilatlarinin tam siyahısi deyil. Siyahını uzatmaq da olar. Hələ başqa ölkələrdə fəaliyyət göstərən digər müsəlman xeyriyyə təşkilatlarını da siyahıya əlavə etmək olar. Nəhayət Qurani Kərimdə xeyriyyəçilik fəaliyyəti ilə bağlı Allah Təala (c.c) buyurur: – Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir! (Bəqərə, 254) – Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tə’rifə) layiqdir! (Bəqərə, 267) – Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (Bəqərə surəsi, 177-ci ayə).
↧