Eh, boş şeydir, deyib keçməyin. Təqdim etdiyimiz psixoloji məsləhətdən yararlanmağa çalışın. Onda effektini görəcəksiniz. 1. Yorulmusansa – gül çək. 2. Ozünə qarşı qəddarlıq hiss edirsənsə - xətlər çək. 3. Ağrıyırsansa– yapma işləri gör. 4. Darıxırsansa – kağıza müxtəlif güllər kəs yapışdır. 5. Kədərlisənsə - göy qurşağı çək. 6. Qorxursansa – parçadan aplikasiya ya quramalar işlə. 7. Həyəcanlısansa – parçadan gəlincik hazırla 8. Dalaşmısansa - kağızı xırda-xırda hissələrə böl. 9. Narahatsansa- rəngli kağızlardan aksesuarlar hazırla. 10. Dincəlmək istəyirsənsə – naxışlar çək. 11. Xatırlamaq vacibdir - labirintlər çək. 12. Narazısansa – şəkillərin oxşarını çək. 13. Ümidsizlik hiss edirsənsə - yollar çək. 14. Nəyisə anlamaq üçün - mаndala çək. 15. Gücünü tez bərpa etmək üçün - mənzərələr çək. 16. Öz hisslərini anlamaq üçün - avtoportret təsviri çək. 17. Vəziyyəti yadda saxlamaq vacibdir – rəngli boyalarla kölgələr işlə. 18. Fikri bir yerə cəmləmək üçün – dairə və ya kvadratlar çək. 19. Öz-özünə aydınlaşdırmaq istəyi - kollaj et. 20. Diqqəti cəmləmək üçün - nöqtələrlə şəkil çək. 21. Vəziyyətdən optimal çıxış yolu tapmaq üçün - dalğalar və dairələr çək. 22. Hiss edirsən ki, düşündüyün cığırla irəliləmək lazımdır – spiral çək. 23. Məqsədlərə konsentrasiya olmaq istəyirsən - tor və hədəf çək. Bu şeyləri çəkmək üçün xüsusi rəssamlıq qabiliyətli olmaq lazım deyil. “Google”dan axtarış verib, baxıb çəkə də bilərsiniz Mir.Az
↧