Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Seks Təriqəti olan MISA’nın lideri – Gregorian Bivolaru

$
0
0
Avropa ölkələrində polisin uzun müddətdir izində olduğu “ən təhlükəli” cinayətkarlar sırasında yer alan rumıniyalı seks təriqəti MISA’nın lideri Gregorian Bivolaru keçən həftə Parisdə ələ keçirildi. Rumıniyada insan alveri və azyaşlı qızları istismar etməkdə günahlandırılan Bivolaru istintaq əsnasında qaçmışdı. 6 illik həbsə məhkum edilsə də, ancaq keçən həftə Parisdə bir kitab səgrgisində ələ keçirilə bilmişdi. Bivolaru Avropada qurduğu təriqət ilə qızları fahişəlik etmək məcburiyyətində qoymaqda günahlandırılır. Rumıniyalı yoqa qurusu 1.000 bakirə qadın ilə sekslə məşğul olaraq, “yüksək mənəvi səviyyə”yə yüksəldiyini düşünür. O, ilk dəfə İsveçdə həbs olunmuşdu, ancaq daha sonra İsveç ona sığınacaq vermiş və Bivolaru adını dəyişərək Magnus Aurolsson qoymuşdu. Bivolaru’nun qurbanı olan qadınlardan biri olan Agnes Arabela Marques, hal-hazırda Portuqaliyada yaşayır. O, 15 yaşı olduğunda Bivolaru ilə intim münasibətdə olub. İndi 31 yaşı olan portuqaliyalı xanım həmin günləri belə xatırlayır: “Bivolaru sekslə məşğul olduğum halda, yüksək mənəvi səviyyəyə yüksələcəyimi demişdi. Evində mütəmadi olaraq onunla münasibətdə olan qızlar var idi. Mənzilində yaşayan qızlar orada bir neçə gün və ya bir neçə həftə qalırdı. Daha sonra onları yeniləri əvəz edirdi. Bivolarunun 1000 bakirə qızla münasibətdə olacağı təqdirdə yüksək mənəvi səviyyəyə yüksələcəyini iddia etdiyini deyən Marques, yoqa qurusunun bir Hind əfsanəsiylə yaxından maraqlandığını deyirdi. Marques, Bivolaru’nun bütün yoqa tələbələrinin fotolarını çəkərək, arxa tərəflərinə doğum tarixinə yazdığını və beləliklə kiminlə sekslə məşğul olduğunu qərar verdiyini deyir. O, qurduğu MISA adlı (Mənəvi Bütünləşmə Hərəkatı) seks təriqəti ilə Avropa ölkələrində təşkilatlanmış şəkildə qadınları prostitusiyaya məcbur etməkdə günahlandırır. Europol’un izlədiyi Bivolaru Avropanın “ən təhlükəli” cinayətkarları siyahısındadır. Bivolaru ölkəsi Rumıniyanın paytaxtı Buxarestdə yoqa dərsləri verirdi. Kursunda ard-arda seks skandallarının yaşanmasından sonra, həmin dövrün prezidenti Nikolay Çauşeski onun dərslərə girməsini qadağan etmişdi. Bundan sonra xaricə gedərək təriqətini genişləndirən Bivolaru yüzlərlə qadını prostitutsiyaya məcbur etmişdi. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ