U-boat-Almancada denizaltı mənasını verir, ancaq başqa bəzi dillərdə Alman dəniz qüvvələrində istifadə edilən sualtı qayıqları ifadə edir. II Dünya müharibəsin də istifadə edilmişdir. Fotoşəkildə bir təyyarə tərəfindən batırılmış U-534 model bir sualtı qayıq görünür. Son versiyası 2006-ci ildə hazırlanan u-34 tipli 212-a adlı modeldir. Horten Ho-IX II Dünya müharibəsinin sonuna doğru Almaniya tərəfindən inkişaf etdirilmiş prototip uçan qanad təyyarə. Qırıcı-bombardman təyyarəsi olaraq hazırlanmışdır. Luftwaffe şefi Reichsmarsc Hllhermann Göringin favorit təyyarəsidir. Göringin məşhur performans gözləntilərini qarşılayan yeganə təyyarədir. Heinkelhe 111- II Dünya müharibəsi zamanı bombardıman təyyarəsi idi. 1942-ci illərdə Alman Hava Qüvvələrinin birinci bombardıman təyyarəsi olub. Xüsusilə Britaniya Müharibəsi zamanı ən çox istehsal edilən və istifadə edilən bombardman təyyarəsi idi. Müharibə ərzində bir çox fərqli versiyası istehsal edilmiş, gövdə quruluşu, mühərrik variantları, hava müdafiəsi gövdənin müxtəlif hissələrinə yerləşdirilən ağır silahların və plimyotların mövqeləri dəyişdirilmişdir. Bu top II Dünya Müharibəsi zamanı istehsal edilən ən təsirli, həmçinin ən çox qorxulan tank toplarından biri idi. Bu topun güllə orbiti o qədər qüsursuzdur ki, səhv bir hesablama aparılmasa hədəfi ikinci dəfədə eyni nöqtədən vura blirdi. Junkers Ju 87 ya da digər adıyla Stuka (Sturzkampfflugzeug), Junkers firması tərəfindən istehsal olunan və II Dünya Müharibəsində Alman Hava Qüvvələri tərəfindən istifadə edilən yüngül bombardıman təyyarəsidir. Başlıca xüsusiyyətləri qağayı şəklindəki yuxarı qalxmış formada qanadları, sabit eniş sistemi və hücum edərkən düşmənləri qorxumasına səbəb olan fit səsi çıxarmasıdır. Almanların, İldırım müharibəsi (Blitzkrieg) taktikasını tərk ettiyi1943-cü ilə qədər fəal olaraq istifadə edilmişdir.1936-1944 cü illər arasında 6.000-dən çox Stuka istehsal olunmuşdur. Bismarck- II Dünya müharibəsində iş aparmış Alman Dəniz Qüvvələri zirehlilərindən biri. Adını Almanya İmperiyasının Dəmir Şansölyəsi Otto von Bismarcktan almışdır. l Dünya müharibəsi sonunda imzalanan Versay müqaviləsi ərəfəsində Almaniyanın 35.000 tondan böyük döyüş gəmisi istehsal elemesinə icazə yox idi amma hakimiyyətə keçən Nazi Partiyası müqaviləyə tabe olmayaraq Birləşmiş krallıq ilə dəniz gücündəki fərqi bağlamaq üçün bu döyüş gəmisini istehsal etmişdir. Tikintisinə 16 Noyabr 1935-ci ildə Blohm və Voss ilə imzalanan müqavilə ilə başlanılan Bismarckın, 14 Fevral 1939-cu ildə gövdəsi dənizə endirilərək avadanlıqlarının tikintisi davam etdirilmişdir. Testləri uğurla tamamlandıqdan sonra Rheinübung Hərəkatı daxilində, Amerika Birləşmiş Ştatlarıyla İngiltərə arasında Atlantikada dəniz yolunu kəsmək üçün Atlantik Okeanına buraxılmasına və ona müşayiət etməsi üçün ağır kruvazör Prinz Eugenin yanında olmasına qərar verilib. 1941 və 1945 illəri arasında Sovet Rusiya işğalı vaxtı Brest-Litovsk və Sivastopol ordusundan istifadə etdi. Polonyalı partizanlara bomba yağdıran Karl-Gert, Varşova bombardımanında və Bulge müharibəsində müttəfiq qüvvələrini xeyli yordu Silah, hərbi texnologiyalar və avtomobil sahəsində çalışan Rheinmetall şirkəti tərəfindən istehsal edilib. Dora- Almanlar tərəfindən "Dora" olaraq da adlandırılan Schwerer Gustav, 800 mm diametrdə lüləyə malik idi. Bu miqyasda bir lülə müharibə sahəsində ilk və tək olaraq ll Dünya Müharibəsində istifadə edilmişdir. 1930-cu ildə Krupp tərəfində inkişaf etdirilən bu top, geniş sahəyə malik istehkam mövqelərini məhv etmək üçün nəzərdə tutulmuşdur. 1350 tona yaxın çəkiyə malikdi və 700 kqlıq topu 48km uzaqlıqdakı hədəfə göndərirdi. Bu qədər ağır bir silahı heç bir motorlu vasitə hərəkət etdirə bilmədiyi üçün, lazımi yerə dəmir yolu üzərində aparılırdı. Messerschmitt Me 262 Schwalbe (Almanca "Qaranquş")- II Dünya Müharibəsinin sonlarına doğru istehsal edilmiş və müharibədə fəal iştirak etmiş iki reaktiv mühərrikli Alman döyüş təyyarəsidir. İstehsala başlanmış və fəal olaraq hava döyüşlərində istifadə edilmiş ilk reaktiv təyyarə kimi tanınır. Panzerkampfwagen VI, - Alman istehsalı ağır tankdır. Adı Ferdinand Porsche tərəfindən qoyulmuşdur. Zamanındakı ən yaxşı tanklardan biri idi. Çox möhkəm zirehə və yaxşı bir topa sahib olduğu üçün düşmənlərin qorxulu yuxusu idi (xüsusən Qərb cəbhəsində). Şərq cəbhəsindəki vaxtının T-34 və KV-1/2,3 tanklarına qarşılıq inkişaf etdirilmişdir. Yer və hava hədəflərinə qarşı təsirini sübut etmiş olan 88 mmlik silahın anti tank mərmiləri istifadə edən modeli montaj edilmişdir. Müharibənin sonlarına doğru bir Tigər tankına 20 ədəd M4 Sherman tankının hücum etdiyi görülmüşdür. Tigerlərın itki verməsinin səbəbi düşmənlər deyil, mürəkkəb mexaniki quruluşu idi. Bu görə də çoxu Tigər tankı bərpa olunmaz halda olduğu üçün ekipajı tərəfindən tərk edilmiş halda tapılmışdır. Maschinengewehr (Pulemyot),- Alman istehsalı Pulemyotdur. 1942-ci ildə istehsal olunmuşdur. Çoxu müharibə tarixçilərinə görə ən yaxşı tüfəng layihələrindən biridir. 7,92 mmlik güllə istifadə edir. Atəş sürəti baxımından yüngül bir dəzgahlı tüfəngin çatacağı ən yüksək (1200/dak və ya 1800/dak) sürətə çatmışdır. Etibarlılıq, möhkəmlik dəqiq nişan alma və istifadə rahatlığının bir arada olduğu nadir silahlardır. Müharibə zamanı 400.000 dən çox MG42 istehsal olunmuşdur. Düşmən əsgərləri ona "Hitlerin Mişarı" adını vermişdilər. Bu gün ki, M60-lar bu tüfəngdən örnək alınaraq istehsal edilmişdir. Tüfəng paslanmaz poladdan hazırlanmışdır. Su, palçıq və torpaqdan ona təsir edə bilmir. V-1 raketi, - Uçan bomba olaraq da adlandırılır. ll. Dünya müharibəsi sırasında Almaniya tərəfindən təkminləşdirilən pulsejet motorlu pilotsuz bomba təyyarədi idi. Naviqasiya raketlərinin (cruise belə) atasıdır. Təxminən 30.000 ədəd V-1 istehsal olunmuşdur,13 iyun 1944- ci il və 29 mart 1945-ci illər arasında İngiltərəyə özəlliklə Londona çatmış, 6,184 adam öldürmüş və 17,981 nəfər yaralamıştır. Belçikaya da təxminən eyni sayda raket göndərilmişdir. V-2- ilk balistik raket ve kosmosa gedən ilk insan istehsalı cihazdır. Bütün müasir raketlərin atası və Aya göndərilən Saturn V raketinin bilavasitə aparıcısıdır. Alman Wehrmacht (Müdafiə Gücü) tərəfindən II. Dünya müharibəsi zamanı müttəfiq hədəflərinə 3.000-dən çox V-2 yollamışdır. V-2-lərin istehsalı zamanı 20.000 nəfər ölmüşdür, V-2-lər isə 7.000 nəfəri öldürmüşdür. Mir.Az
↧