Hərbi xidmətin məcburi olduğu qanunlarda evin böyük oğulları orduya gedər, kiçik oğul isə ailəsi ilə qalıb ana və atasına yardım edərdi. Lakin bəzi ailələr var idi ki, yalnız bir oğulları var idi. Məhz sırğanı da o oğul taxırdı. Bu sırğadan onun tək oğul olduğunu anlayan komandiri orduda həmin kəsə ağır işlər tapşırmaz, onu daha çox qoruyar və ailəsinə sağ-salamat dönməsinə xüsusi diqqət yetirərdi ki, nəsilləri kəsilməsin, soyları davam etsin. Soyunun tək kişisi olanlar isə qulağında iki sırğa daşıyırdı. Qaynaq: Türklerin ve Bozkırın Eski Tarihi, Murad Adji Mir.Az
↧