Gənc yaşda, istedadlı bir çox oyunçu, ən populyar vaxtlarında, başladıqları filmləri bitirmədən həyata vida etdi. Bəzi filmlər onlarsız bitirildi, bəzi filmlər isə ekrana belə girmədi. Amma onlar unudulmadı! 1. Marilyn Monroe O, bu dünyadan gedəni bəlkə də çox oldu amma öləndə onun 36 yaşın var idi. Ölüm səbəbi dozadan artıq dərman qəbulu deyilsə də, bir çoxu sui-qəsd olduğunuda söyləyirdi. Öldüyü zaman "Somethings qot to Give" filmi üçün çəkilişlər davam edirdi. Ancaq ölümündən sonra onun film heç sona çatdırılmadı. 2. Heath Ledger 2008 ildə tam 28 yaşında artıq dozadan həyata vida edən aktyor, dövrünün ən mühüm oyunçusu olmaq üzrə pillələri sürətlə dırmaşırdı. Öldüyü zaman, "The Imaginarium of Doctor Parnassus" filmindı iştirak edirdi. Quruluş müvəqqəti olaraq dayandırıldı. Sonra oyunçuya valeh olan digər aktyor dostları dövrəyə girdi və filmi bitirdilər. Bu oyunçular arasında, Jude Law, Kolin Farrell və Johnny Depp vardı. 3. Aaliyah Gözəl müğənni və aktyor 2001-ci ildə bir təyyarə qəzasında həyatını itirib. 22 yaşlı oyunçu "Queen of the Damned" filmini çəkilirdi. Həmçinin iki Matrix filmində yer alacaqdı. 4. Paul Walker Çox yaxın bir zamanda yol qəzasında itirdiyimiz aktyor, "Faust and Furious 7"çəkilişlərini bitirməmişdi. Ancaq son qalan səhnələrini kompüter effektləri istifadə edərək tamamladılar və filmin sonunu da ona hesr elədilər.. 5. Bruce Lee 1973-ci ildə, 32 yaşında baş ağrısı şikayəti ilə yatan Lee, bir daha oyanmadı. Ölümündən iki ay əvvəl beyin travması keçirən oyunçunun, ölümündən sonra beynində bir şiş olduğu məlum oldu. Ölüm səbəbinin bunların birləşməsi olduğu deyilmişdi. "Game of Death" filminin çəkilişləri bitməmiş olsada, 1978-ci ildə mövcud çekimlerle film bitirildi və viziona girdi. 6. Brandon Lee Bəli, özü Bruce Leenin tək oğludur. Atası kimi o da yaxşı bir aktyor idi ancaq atasının taleyini yaşamaq məcburiyyətində qaldı. "The Crow" filminin çəkilişləri əsnasında, kameraların qarşısında qarınından vurularaq həyatını itirdi. Filmdə istifadə edilən silaha səhvən gerçək güllə qoyulduğu üçün bu faciəli qazanın yaşandığı deyildi. Rolu gərəyi üzü bütöv makiyajlı olduğundan, ölümündən sonra ona bənzəyən birinə edilən makiyaj ilə film tamamlandı. 1993-cü ildə ölən aktyor 28 yaşında idi. 7. James Dean Bir dövrün ilahı, məşhur aktyoru 1955-ci ildə bir avtomobil qəzası nəticəsində həyatını itirmişdi. 24 yaşında idi və o yaşında dünyanı arxasından sürüyən asi bir uşaq idi. Öldüyü sırada "Giant" filminin çəkilişlərinin bitməsinə az qalmışdı. Film bir şəkildə tamamlandı və aktyorun vəfatından sonra Oscar qazandı. Mir.Az
↧