Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Bəzi xalqların qeyri-adi adətləri

$
0
0
Hər bir xalqın özünəməxsus milli adət-ənənələri var. Azərbaycan xalqının da həmçinin. Təbii ki, bizim üçün çox dəyərli və sevimli olan adət- ənənələrimiz, digər bir millətin nümayəndəsi üçün qəribə görünə bilər. Necə ki, indicə sizə bəhs etmək istədiyim müxtəlif xalqların özləri üçün çox normal olan adət- ənənələri bizə qəribə görünür. Belə ki, Yaponiyanın bəzi yerlərində insanın yaşı bizdə olduğu kimi onun doğulduğu gündən deyil, yeni ildən hesablanır. Məsələn, həmin əyalətlərdən birində dekabrın 31- i dünyaya gəlmiş körpənin bir gün sonra, yəni yanvarın 1-i 1 yaşı qeyd olunur. İndoneziyada isə insanın yaşı ilə bağlı qeyri- adi bir ənənə olmasa da, ona ad qoyulmasında digər ölkələrə nisbətən müəyyən maraqlı fərqlər mövcuddur. Həmin ölkədə dünyaya yenicə göz açmış körpənin bütün qohum- əqrəbaları onun ətrafına yığılır. Onların arasından biri ad qoymaq üçün seçilir. Ad qoyan şəxs uşağın başı üstündə dayanıb onun əcdadlarının adlarını sadalamağa başlayır. Uşaq hansı ad çəkildiyi an şirin- şirin qığıldasa, deməli, o adı bəyənir və elə uşağın “istəyilə” də ona həmin ad qoyulur. Hətta oranın adətinə görə, uşaq bu vaxt ağlayarsa, hamı balacanın bu ada layiq olacağına əmin olur. Lakin körpə sadalanan adlardan heç birinə “cavab” verməsə, onda oğlandırsa, sadəcə Tou Beun- təzə kişi, qızdırsa İna Beun- təzə qadın adlandırılır. Hindistanda da uşaqların məktəblərinə aid qəribə adətləri var. Əgər hər hansı bir məktəbli 1 gün dərs buraxarsa, onun cəzasını məktəbli özü yox, valideynlərindən biri çəkməli olur. Uşağın məktəbə getmədiyi günün səhəri dərsə həm də onun atası və ya anası gəlməlidir. Elə bu səbəbdəndir ki, ata və anaların sayəsində Hindistandakı bütün məktəblərdə davamiyyət əla vəziyyətdədir. Norveçin paytaxt şəhəri Osloda isə ali məktəblərdə təhsil almaq istəyənlər üçün çox təqdiredici bir adət- ənənə mövcuddur. Universitetə qəbul olunmaq istəyən hər bir şəxs bilik və bacarıq sahibi olmaqdan başqa, siqaret çəkməkdən də tamamilə imtina etməlidir. Əks halda onun adı tələbələrin adları siyahısına düşə bilmək imkanından məhrum olur. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ