Kəndlərin birində, bir qadın gecə vaxtı tarlada işləyir. Bu tarla qarğıdalı tarlası olur. Yenə həmin gecələrdən birində qadın işləyərkən, qolunu qarğıdalı kötüyü kəsir və qan axmağa başlayır. Qanı görən qadın huşunu itirir və ürəyi gedir. Bir neçə saatdan sonra yoldaşı onu tapır və dərhal xəstəxanaya aparır. Xəstəxanaya çatırlar və həkim tikiş qoyub deyir ki, 1 həftə sonra gəlin tikişi açaq. Qadın yoldaşı ilə evə qayıdırlar və hadisə üstündən 1 həftə keçir. Bu bir həftə içində qadının qolu şişir və dəhşət ağrılar verir. Həkimə getdikdə həkim tikişi açarkən, qadının qolunun içindən 7 ədəd əqrəb balası çıxır. Bu hadisəyə hər kəs şok olur. Həkim araşdırdıqdan sonra anlayır ki, qadının qolu kəsiləndə huşunu itirib və bu zaman əqrəb bunun kəsilmiş qolunun dəri altına yumurtalarını qoyub. Bir həftəyə yumurtadan çıxan əqrəb balaları qadının bütün qolunda gəzişməyə başlayıblar. Mir.Az
↧