Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Öz xanımını papaq əvəzi başına geyinən insan

$
0
0
Amerikalı psixiatr Oliver Saks öz kitabında bu klinik halı necə adlandırıbsa, elm dünyasında da belə qəbul edilib - "öz xanımını papaq əvəzi başına geyinən insan". Keçən əsrin 60-cı illərində Saksın "professor P" adlandırdığı məhşur musiqiçi, konservatoriya müəllimini müayinədən keçirmək üçün cənab Oliverə müraciət ediblər. Professor P. artıq cavan deyildi və bütün ömrünü qeyri-adiliklərlə zəngin bir şəxs kimi ad çıxarmışdı. Bu, onu əvvəl məhşur musiqiçi, sonra isə hörmətli konservatoriya pedaqoqu və həm də əla həyat yoldaşı etmişdi. Elə bu həyat yoldaşı professor P.-nin davranışlarının qəribəliyini ilk sezən insan olmuşdu. Saks musiqiçi ilə danışandan sonra onda yalnız bir eksentristik davranışdan başqa heç bir qəribəlik görməmişdi. Sağollaşdılar. Və bu an professor çox qəribə bir şey etdi. Xanımına yaxınlaşanda onun başını papaq götürən vaxtı edilən jestlə yoxladı və onu öz başına geyinməyə cəhd etdi. Həyat yoldaşı onun əlinin altından çəkildi, professor barmaqları ilə havada hərəkət elədi və fikrə getdi. Bundan sonra Saks professoru öz nəzarətinə aldı və mütəmadi olaraq görüşüb, müxtəlif testlər etdilər . Aşağıdakılar müəyyən olunub: Professorun dünyanı dərk etməsi katastrofik deşiklərdən əziyyət çəkir. O, qaralıq dolaba zəif fənərlə baxan insanı xatırladırdı. O, praktiki olaraq, insanları görüntü ilə seçə bilmirdi. Ən pisi isə o, insanları cansız predmetlərlə səhv salırdı. O, detalları yadında saxlaya bilirdi - bığlar, siqar, böyük dişlər, lakin tam insan sifətini yadında saxlaya bilmirdi və çox asanlıqla lampa və ya kələmi insan sifəti kimi qəbul edə bilərdi. Peyzaja baxarkən evləri, insanları və insan fiqurlarını görmürdü - onlar sanki kor ləkə kimi idilər. Saks stolun üstünə bir neçə predmet qoyanda professor onlardan birini təyin edə bilirdi, başqalarını isə sadəcə görmürdü və digər predmetlərin də olduğunu deyəndə o təəccüblənirdi. Yalnız bu predmetlərə toxunandan sonra onların reallığını qəbul edirdi. Saks professora qızılgül verib, onu təsvir etməsini xahiş edəndə professor P. gülü "tün yaşıl rəngli uzun çubuq və ucunda açılmış qırmızı rəng" kimi təsvir etmişdi. Gülü qoxlayandan sonra onun qızılgül olduğunu anlamışdı. Görmə qabiliyyəti qaydasında idi. Lakin vizuallıq üçün ötürülən siqnalların yalnız 10%-ni beyin qəbul edirdi. Nəticədə, Saks professor P.-də anadangəlmə aqnoziya - dərketmənin patoloji pozuntusu - diaqnozunu təyin etdi. Əlbəttə ki, xəstənin zəngin dünyagörüşü və təhsili onu bu xaostik predmetlər içində onun uğurlu sosial fiqura çevrilməsinə xidmət edib. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş