Yayın ən isti günlərində köməyə ancaq güclü kondisioner gələ bilər. Əminik ki, çoxlarımız yolda isti havanın təsirindən qurtarmaq və sərinləmək üçün supermarketlərə, yaxud başqa mağazalara girmişik. Ancaq, kondisioner təhlükəli də ola bilərmiş. FaktXeber.com olaraq bu gün bu barədə məlüumat verəcəyik. …Bu hadisə 1976-cı ildə Amerikada baş verib. O zaman ölkədə pnevmaniyadan eyni anda 220 nəfər xəstələndi. Onlardan 34-nü xilas etmək mümkün olmadı. Bunun səbəbi isə ancaq yarım ildən sonra məlum oldu. Xəstəliyin törədicisinin kondisatda uzun müddət qalan Legionella bakteriyasının olduğu müəyyənləşdi. «Çirkli kondisioner xəstəliyi» - o dövrdən bəri leqionellez məhz bu cür adlanır. Həmin xəstəliyə yoluxmaq üçün bu çöplə dolu havanı ciyərlərə çəkmək kifayətdir. Bu səbəbdən ofisdə kondisioner çoxdan təmizlənmirsə, bilin ki, səhhətiniz ciddi risq altındadır. Evdə isə kondisioner sistemləri daha təhlükəsizdir. Kondensant tez-tez təmizəlndiyindən mikroblar çoxalmağa yer tapmırlar. Ancaq başqa təhlükələr də mövcuddur. Temperaturu çöldəki havadan çox aşağı qoymaq olmaz. Sərt şəkildə digər temperatur rejiminə keçməklə əməlli başlı xəstələnmək olar. Mütəxəssislər iddia edirlər ki, icazə verilən fərq 7 dərəcə civarında olmalıdır. Məsələn, əgər küçədə 30 dərəcədirsə, evdə sərinlik 23 olmalıdır. 40 dərəcə istidə isə ümumiyyətlə çölə çıxmaq məsləhət deyil. İstənilən halda kondişeni təmizləmək imkanı varsı, bunu edin.
↧