AVRO 2016-dakı ilk matçında Ukraynanı 2-0 məğlub edən Almaniyanın baş məşqçisi Yoahim Löv mətbuatın gündəminə düşüb. Məşqçi oyun zamanı əlini şalvarından içəri salaraq qəribə hərəkətlər edib. Lövün oyun zamanı çəkilən görüntüləri qısa zamanda internetdə yayılmağa başlayıb. "Qalatasaray"ın almaniyalı ulduzu Lukas Podolski isə məşqçinin hərəkətlərini münasibət bildirib. bu gün keçirilən mətbuat konfransında danışan Podolski, Lövə dəstək verib. Futbolçunun "Sizin də çoxunuz bu hərəkətləri edirsiniz, hətta mən də" sözləri jurnalistləri güldürüb.
↧