Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Yüz il əvvəl verilmiş 5 dəhşətli proqnoz

$
0
0
Dünyada hər nə ki olur, olacaq. Və hər şey ki, gərək olsun, elə heylə də olasıdır. Və o şey ki, gərək olaydı, gərək elə də olsun və olan şey olasıdır. Olmayan şey də olmayacaq və ola da bilməz. Və bir şey ki, ola bilməz, o, heç vaxt olmayacaq". Əslində, "Ac həriflər"in Dərvişinin bu hikmətli kəlamlarının arxasında çox ciddi mesajlar dayanır. Təxminən bir əsr əvvəl cərəyan edən hadisələri əks etdirən teletamaşada Dərvişin verdiyi proqnozlar bu günün reallıqları ilə xeyli dərəcədə uzlaşır. Belə ki: 1) Dünyada hər nə ki olur, olacaq — devalvasiya. Ha Elman Rüstəmov desin ki, olmayacaq… 2) Və hər şey ki, gərək olsun, elə heylə də olasıdır — "Eurovision", "Youthvision", "Türkvision", "Müsəlmanvision", "İlkvision", "Formulavision" və sair. Bunların olmasına qərar verilibsə, mütləq olasıdır… 3) Və o şey ki, gərək olaydı, gərək elə də olsun və olan şey olasıdır — təhsilimizin anasının ağlaması. Dərvişin dediyindən belə çıxır ki, bu şey çoxdan olmalıydı. Sadəcə sovet dövründə, nə də olmasa da, kitaba sədaqət, elmə rəğbət, müəllimə itaət, kadr seçiminə diqqət və millətin arzularına hörmət vardı deyə, çox barmaq edə bilmirdik. Bu günə şükür… 4) Olmayan şey də olmayacaq və ola da bilməz — vətəndaşa sevgi. Ölkəmizdə doğulan uşağa görə, ödənilən birdəfəlik müavinətin məbləği 95 manat (bunun da yarısı "sənədləşmə"yə sərf olunur), doğulan hər buzova görə isə, sahibinə 100 manat ödənilir. Yaxud Hollandiyada doğulan uşağa 18 yaşadək ödənilən aylıq müavinətin məbləği 300 manat, bizdə isə 3 yaşadək uşağa qulluğa görə aylıq müavinətin məbləği 25-40 manat təşkil edir… 5) Və bir şey ki, ola bilməz, o, heç vaxt olmayacaq — Bakı bakılıların, Şəki şəkililərin, Sabirabad sabirabadlıların, Tovuz tovuzluların və sair. Niyə? Niyə-sini soruşmazlar. Axı olacağa və olmayacağa çarə yoxdur…

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ