Vaxtsız saç ağarma bəzən genetik, bəzən də qidalarda çatışmayan maddələrin nəticəsində baş verir. Həmçinin, vaxtından tez kimyəvi boyalarla saçları müxtəlif rənglərə boyanması da saçların tez ağarmasına təsir edir. Gəlin, çox maraqlı və sadə bir reseptlə saçların qaralma üsuluna diqqət edək. Bu üsul tez və effektli təsir göstərir. Lazım olacaq: - 1ç.q bal - 1ç.q gənəgərçək yağı - 1ç.q konyak - Yumurta sarısı Qarışdırılır, 5 dəqiqə ərzində saçların diblərinə yaxılır. Başa torba keçirilir, üstündən də papaq qoyulur ki baş isti olsun. Beləcə 2-3 saat saxlanılır. Sonra şampunla yuyulur. Bunu həftədə 2 dəfə edilməsi məsləhətdir. Artıq 3-4 dəfədən sonra nəticə sizi də heyrətləndirəcək.
↧