Bu gün dünya gündəmindəki xəbərlərdən biri də İŞİD’dir. Günü gündən daha da qəddar üsullardan istifadə edərək əsirləri və nəzarətlərində olan ərazilərdəki insanları edam edirlər. İŞİD’in tərkibində vuruşanların bir çoxu xarici ölkələrdən, bir çoxu nəzarətlərindəki ərazilərdən, digər hissəsi isə Səddam Hüseyn zamanı İraq ordusunda xidmət etmiş əsgər və generallardan ibarətdir. İraqın devrilmiş lideri Səddam Hüseyn İran-İraq və Körfəz müharibələrindən məğlubiyyətlə ayrıldıqdan sonra ölkədəki gücünü itirməmək və İraqa yenidən hücum olunacağını bildiyi üçün xüsusi təlim görmüş birləşmələr yaratdı. Bundan əlavə Səddam Hüseyn, xalqı əlində saxlamaq üçün özünü dindar göstərməyə çalışdı. Öz qanından 2 il müddətinə Quran kitabı yazdırtdı, İraq bayrağına öz xətti ilə “Allahu Əkbər” yazısını qeyd etdirdi. Səddam Hüseynin 424 min nəfərlik xüsusi təlimdən keçmiş ordu birləşmələrindən ən vacib birləşmələri bunlar idi: [/b]Respublika Mühafizəçiləri: Orta Şərqdə ən yaxşı təlim keçmiş xüsusi birləşmələrdən biri idi. Bu birləşməyə əsasən könüllülər götürülürdü və yüksək maaş verilirdi. Bu birləşməyə qoşulmaq istəyənlər Sünni olmalı idi. “Etibarsız” sayılan Kürdlər və Şiələr bu birləşməyə qəbul edilmirdilər. Amerikalı General Stanley McChrystal, Əl-Mədinədə hücuma uğrayan Cümhuriyyət Gözətçilərinin ən yaxşı və güclü diviziya olduğunu söyləmişdi. Bu birləşmənin tərkibində 500 top, 800 tank və 1100 zirehli artileriya olduğu bildirilirdi. İlk vaxtlar Səddam Hüseynin xüsusi mühafizə dəstəsi olan Cümhuriyyət Gözətçiləri İran-İraq müharibəsindən sonra daha da inkişaf etdirilmiş və əsgərlərin sayı 150 minə qədər qaldırılmışdı. [b]Xüsusi Respublika Mühafizəçiləri: Respublika Mühafizəçilərinə çox etibar etməyən Səddam Hüseyn şəhər daxilində xidmət edəcək 15 min nəfərlik Xüsusi Respublika Mühafizəçilərini yaratmışdı. Xüsusi Respublika Mühafizəçilərinin əsas vəzifələrindən biri Səddam Hüseynin saraylarını qorumaq idi. Qərbin bir çox mütəxəssisləri bu birləşməni çox təhlükəli birləşmə olduğunu bildirirdilər. 1990-cı illərdə qurulan bu birləşmə əsasən Səddam Hüseynin doğulduğu Tikrit və ona yaxın ərazilərdən olan sünnilərdən ibarət birləşmə idi. Xüsusi Respublika Birləşmələri digər birləşmələrdən də yüksək maaş alırdırlar, digər əsgərlərə nisbətən bu birləşmədəki əsgərlərin daha çox vəzifələri və haqları var idi. Səddam Hüseyn bu birləşmənin yetişdirilməsi ilə şəxsən maraqlanırdı bu səbəbdən də bu birləşmənin başına oğlu Qusay Hüseyni gətirmişdi. Bu əsgərlər Səddamın son sığınacaq yeri olan Tikritə də cavabdeh idilər. Səddam Fədailəri: Səddam Hüseynin böyük oğlu Uday Hüseynin tabeçiliyində bu birləşmə lazım olduqda Səddam Hüseyn üçün ölümə getməli idil. Tərkibində 15 min döyüşçü var idi. İraq ordusunun tərkib hissəsi hesab edilmirdi. Vəzifələrindən biri isə prezident sarayını mühafizə etmək idi. Təlimlərdə və əməliyyatlarda çox zaman ağır silahlardan istifadə etmirdilər. Burda da döyüşçülər sünnilərdən ibarət idi. İranın Bəsij və Suriyanın Şabiha birləşməsinə bənzəyirdi. Əl Muhaberat (Gizli Servis): 1953-cü ildə Mişel Eflakın Ərəb Diriliş Partiyası ilə Əkrəm Havraninin Ərəb Sosialist Partiyasının birləşmələrilə qurulan BƏƏS rejimi tərəfindən qurulmuşdur. Əsası İraq və Suriyada qoyulmuş, məqsədi isə Ərəb Birliyini qorumaq idi. Suriyada 1970-ci ildə çevrilişdən sonra 1971-ci ildə BƏƏS partiyasından Hafiz Əsəd hakimiyyətə gəldi və BƏƏS rejimi tərəfindən hakimiyyəti qorumaqdan ötrü istifadə edilmişdir. ABŞ-ın İraqa müdaxiləsinə qədər isə İraqda da Səddam Hüseyn hakimiyyətini qorumaq üçün də bu qruplaşmadan istifadə edilmişdir.
↧