Onlar həm gözəl qadın, həm də peşəkar voleybolçudurlar. İdmanla məşğul olmaları bu qadınlar xüsusi cazibə bəxş etmiş və hər dəfə onların peşəkar oyunlarını izlədikdə də, gözəlliklərinə də heyran oluruq. Mir.Az sizə dünyada ən gözəl hesab edilən 10 qadın voleybolçunu təqdim edir: 10. Sara Goller 2008 və 2012-ci ildə keçirilən Olimpiadalarında Almaniya mill komandasının üzvlərindən biri olan Goller 32 yaşındadır. Peşəkar voleybol karyerası qədər, gözəlliyiylə də diqqət çəkən Sara Goller Hertha Berlin’də oynayır. 9. Neslihan Demir Türkiyə Milli Komandasının 32 yaşlı üzvü Neslihan Demir gözəlliyiylə bir çox modelləri qısqandıracaq dərəcədə mükəmməldir. O, dünya çempionatlarında ard-arda 2 dəfə ən çox xal toplayan yeganə oyunçudur. 8. Zara Dampney Zara Dampney İngiltərə Olmpiya Komandasının oyunçusu, Sheffield Universitetinin Hüquq fakultəsinin məzunudur. 7. Jennifer Kessy İlk əvvəl partnyoru April Ross ilə Dünya Çempionu, daha sonra isə 2012-ci ildə Londonda baş tutmuş Olimpiadada gümüş medal alan Jennifer Kessy çimərlik voleybolundan öncə də üzgüçülüklə məşğul olub. 6. Sheilla Castro Bu gözəl brazilyalı artıq yarışlarda Türkiyəni təmsil edəcək. Bundan əvvəl isə doğma ölkəsini təmsil edərək, olimpiadalarda iştirak etmiş və Braziliyada “İlin Ən Dəyərli İdmançısı” seçilib. 5. Siri Bjorkesett Modellərin bir çoxundan daha mükəmməl vücuda sahib olan norveçli voleybolçu da daha çox çimərlik voleybolu ilə məşğuldur. 4. Sannie Keizer 1996-ci ildən bəri professional olaraq həm qapalı, həm də çimərlik voleyboluyla məşğul olan hollandiyalı idmançı London Olimpiadasında 1-ci turu keçə bilməmişdi. 3. Marta Menegatti İtalyanın ən gözəl və uğurlu voleybolçularından Marta! 2. Rachel Wacholder Amerikalı voleybolçu ən yaxşı müdafiəçilərindən biridir. Bundan başqa bu gözəl xanım həm də model kimi fəaliyyət göstərir. Bu gözəlliklə burada təəccüblü heç nə yoxdur! 1. Gabrielle Reece Artıq aktiv voleybol karyerasını bitirsə də, siyahıda mütləq olmalı olduğunu düşündüyümüz voleybol tarixinin ən gözəl və uğurlu oyunçularından biri.
↧