Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

İndi bu ləkə necə çıxacaq?

$
0
0
QIZIL TƏMİZLİYİ Bir litr suya 15 qr. sabun rəndəsi və 100 qr. amonyak əlavə edin. Təmizləmək istədiyiniz qızıl əşyalarınızı bu qarışığın içində yarım saata qədər saxlayın. Sonra, soyuq suyla yaxalayın və bir dəri parçasıyla təmizləyin. LAMPALARIN TƏMİZLİYİ Spirt ən yaxşı təmizləyicidir. Lampanın təmizliyi bitdikdən sonra işığı yandırmadan, üzərinə bir iki damla ətir vurun. Otağınız çox gözəl qoxu verəcək. AYAQQABIDAKI LƏKƏLƏR Su ləkəsi - Rəngləmədən əvvəl vazelin sürtün. Kif ləkəsi - Qliserin sürtülmüş bir parçayla təmizləyin. İdman ayaqqabıların təmizliyi - Ayaqqabını, benzinə batırılmış köhnə bir diş fırçasıyla yüngüncə sürtün. Açıq rəng ayaqqabılardakı ləkələr - Benzinə batırılmış bir dəsmalla silin. Tünd rəng ayaqqabılardakı ləkələr - Spirtə batırılmış bir dəsmalla təmizləyin. Laklı ayaqqabılar - Süd və limon suyu tökdüyünüz bir dəsmalla təmizləyin. Laklı ayaqqabılardakı çatları önləmək - Zeytunyağı və ya vazelin sürün. İstilik laklı ayaqqabıların çatlamalarına səbəb olduğu üçün sərin yerdə saxlanmaq lazımdır. Qəhvəyi ayaqqabıları qaraya rəngləmək istəsəniz əvvəl çiy kartofla sürtün sonra qara maz sürtün. AYNA TƏMİZLİYİ Qəzet kağızını top halına gətirərək, 2 ölçü su və 1.5 ölçü sirkə qarışığına batırıb aynanızı bununla silin, arxasından quru bir dəsmalla qurulayın. Yarıya bölünmüş çiy kartofla aynanızı silin, sonra içinə az miqdarda spirt qatılmış suyla silin. Ayrıca aynanızı təmizlədiyiniz son suya spirt qatarsınızsa ağcaqanadların qonmasınıda maneələrsiniz. BOYA LƏKƏSİ Parça üzərindəki boya ləkələri üçün: Ləkə təzədirsə, ən təsirli təmizləyici maddə terebentindir. Ləkə qurumuşsa, sabunlu suyla yuyun və bir neçə saat bu suda saxlayın. Boya yaxşıca yumşalınca bir bıçaqla qaşıyın, sonra terebentinlə silin. PALÇIQ LƏKƏSİ Ləkə olan paltarı dərhal fırçalamayın. Palçıq ləkəsi qurununca yüngül bir fırçalamaqla çıxar. Əgər inadçı bir ləkədirsə, bərabər miqdardakı su və sirkə qarışığıyla silə bilərsiniz. ÇAY LƏKƏSİ Ağ parçadakı ləkəni limon suyuyla silin və soyuq suyla yaxalayın. Rəngli parçadakı təzə ləkəni yumurta sarısını suyla qarışdıraraq sürtün. Köhnə bir ləkə isə qliserinli suyla silmək yaxşı olacaq. Xalça üzərindəki çay ləkəsini, bərabər ölçükdə spirt və sirkə qarışığı ilə silin. SAQQIZ YAPIŞSA Saqqız yapışdığı yerin iç tərəfinə neylona sarılmış bir miqdar buz qoyun. Buzun təsiriylə Saqqız donduqdan sonra bir fırçayla donan saqqızı fırçalarasaz yapışdığı yerdən çıxacaq. QAN LƏKƏSİ İsti su istifadə etməyin; çünki isti su, ləkənin daha çox yayılmasına səbəb olar. Ağ parçada: Ləkəni oksigenli suyla isladın. Sonra sabunlu ilıq suda yuyun. Rəngli parçada: Nişastanı suyla qarışdıraraq bir xəmir edin. Bunu ləkəli yerə sürtərək qurumasını gözləyin. Sonra fırçalayaraq təmizləyin. Bir başqa üsul da aspirin həbini azca suyla əridib ləkəli yeri bununla örtməkdir, yaxşıca qurununca fırçalayaraq təmizlənər. Xalçada: Ləkəli yeri ağ sirkəylə təmızləyin. QƏHVƏ LƏKƏSİ Ləkə təzədirsə üzərinə bir az duz tökün. Ağ pambıqlı parçadakı ləkəni oksigenli su ilə silin, yetərli olmazsa paltar suyu istifadə etməniz lazımdır. Rəngli parçadakı ləkəli qisimə bir az qliserin sürtün və ilıq suyla yaxalayın. Xalçadakı ləkəli yeri, bərabər miqdarlardakı spirt və ağ sirkə qarışığıyla silin. MEYVƏ LƏKƏLƏRİ Ağ parçada: Ləkəni amonyaklı suyla yuyun. Çıxmazsa, paltar suyu əlavə etdiyiniz sabunlu suya batırıb ləkəli qisimi təmizləyin. Rəngli parçada: Ləkəni 90 dərəcəlik spirt ya da amonyak əlavə edilmiş oksigenli su ilə yuyun ya da turşumuş südü ləkənin üzərində 2-3 saat saxlayın. Sintetik parçada: Ləkəni limon suyu, ağ sirkə, yüngül amonyaklı su qarışığı ilə çıxara bilərsiniz. Yunlu və ipəkli parçada: Ləkəli qisimin altına su çəkən bir parça yerləşdirin və ləkəni ağ sirkəylə silin. ŞAM LƏKƏLƏRİ Qaşıyaraq mümkün olduğu qədərini çıxarın. Sonra isti suyla silin. Laklı mebeldə: Qaşıdıqdan sonra ağ neftə batırdığınız bir bezlə silin. MÜRƏKKƏB LƏKƏSİ Dəri əşyada: Bir az limon sunuyla ləkəni fırçalaın. Parça üzərindəki ləkələr Dayanıqlı parçada: Bir az limon suyu və ilıq südlə silin. Durulanınca ləkə yox olacaq. Nəzakətli parçada: Ləkə quruyununca, üzərinə talk pudrası tökün. Ləkə itənə qədər silin. Ağ paltarda: ləkənin üzərinə sulandırılmış xardal tökün. Yarım saat qədər gözləyib, süngərlə ləkəli yeri yuyun. Mebel üzərindəki ləkələr: İsti suya çiy süd (qaynadılmamış süd) və ya limon suyu əlavə edərək, ləkəni bu qarışıq ilə silin. Dəri üzərində: Barmaqlarınızdakı mürəkkəb ləkələrini pomidor suyuyla silərən çıxara bilərsiniz. Qırmızı mürəkkəb ləkəsinin üzərinə xardal sürtüb bir neçə saat eləcə saxlayın. PAS LƏKƏSİ Sintetik olmayan parçalarda : Ləkəni duzlu limon sunuyla silin sonra içərisinə bir az amonyak qatılmış suyla silin və yaxalayın. Sintetik parçalarda : Ləkəli qisimi bir az limonla ovun. SOUS VƏ KETÇUP LƏKƏSİ İsti su ilə qliserini bərabər miqdarlarda qarışdırın. Parçanı bir saat boyunca bu qarışıqda gözlətdikdən sonra hər vaxt istifadə etdiyiniz yuyucu ilə yuyun. ŞƏRAB LƏKƏSİ Ağ parçada: Parçanı bir müddət qaynamaqda olan südə batırın sonra yuyun. Örtünün üzərinə şərab tökülər tökülməz duz səpin. İlk yumada çıxacaq. Əgər çıxmazsa, suyuna bir az ariel qatın. Rəngli parçada: Ləkəli qisimi amonyaklı soyuq suya batırın. Ağ pambıqlı örtüdə: Şərab tökülər tökülməz ləkəli qisimi ağ şərabla isladın.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Pendirli Keks Resepti


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


"Xəmsə" - sualları


Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (363)


30 İyun Yazılı Şəkilləri 2018 (19)


Xəmsə oyunu üçün suallar paketi


Bəzəkli hərflər


Eşq yoxsa Ehtiras? (+18)


Məhərrəmlik Yazılı Şəkilləri (1)


Sardonik gülüş


Artikl


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Düşünən İnsan Yazılı Şəkilləri 2020 (9)


Sevilməyən Sevənlər Yazılı Şəkilləri 2020 (12)


Tarixdən dərs nümunələri


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma