Azərbaycanda mobil telefon rabitəsindən 190 milyon manata yaxın gəlir əldə edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 372,8 milyon manatlıq xidmət göstərib. Onun da 71,6 faizi əhali sektoruna aid olub. 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 8,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə olunmuş gəlirlərin 50,8 faizi və ya 189,3 milyon manatı mobil telefon rabitəsindən yaranıb.
↧