Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Zamanda səyahət

$
0
0
UNO-ların bizə başqa planetlərdən və ya paralel aləmlərdən uçub gəldiyi fərz edilir. Lakin çox populyar bir hipoteza da mövcuddur: UNO-lar bizim Yerin gələcəyindən uçub gəlirlər. Ufoloqlar bu haqda bəzən çox maraqlı fikirlər söyləyirlər. "Kosmopoisk" tədqiqat birliyinin koordinatoru Vadim Çernobrov ufoloji xronikanı tədqiq edərək belə bir qənaətə gəlmişdi ki, UNO-lar fəzada hərəkət etməklə bərabər, zamanda da hərəkət edə bilirlər.Ufoloji arxivlərdə UNO-ların bir-birinə "qovuşması" faktlarını qeydə almış məlumatlar saxlanılır. Bu nə deməkdir? Təssəvvür edin ki, səmada uçan iki "boşqab" bir-birinə yaxınlaşır. Və bir-birilə birləşərək vahid bir "boşqaba"çevrilirlər. Bir çox hallarda onlar ikizlər kimi bir-birinə bənzyir. Belə bir hadisə 1979-cu ilin fevralında Qorki (Nijniyy Novqorod) şəhərinin səmasında müşahidə edilmişdir. Anoloji hadisələrin təsvirinə orta əsrlərin tarixi yazılarında rast gəlinir. Beləki, uçan naməlum obyektlərin bir-birilə birləşməsini 1167-ci ildə İngiltərə səmasında, 989-cu və 1423-cü ildə Yaponiyada və 1699 cu ildə Fransanın Avinyon şəhərində müşahidə etmişlər. Fransız tədqiqatçısı Jak Berjye "Zamanın sirli sahibləri adlı" kitabında gələcəkdən gələnlərin mövcudluğunu sübut edən özünəməxsus dəlillər gətirir. O, bu kitabda "Boskopdan olan adam" haqqında geniş məlumat verir. Boskop Afrikada Transvaalda Petşefstromm vilayətinin kiçik bir kəndidir. 1913-cü ildə bu kənddə Yer kürəsindəki heç bir irqə məxsus olmayan insan skleti və kəllə sümüyü tapılmışdı.("Boskoplu adam"ın beyninin həcmi 1600 kub santimetr idi) Ola bilsin ki, gələcəyin insanlarının beyninin həcmi bu səviyyəyə çatsın. Onda belə fərz etmək olar ki, zamanda səyahət edən "boskoplu adam" gələcəkdən gəlmiş və Afrikada vəfat etmişdir. Aydındır ki, zamanda səyahət etmək üçün külli miqdarda enerji sərfi tələb olunur. Berjyenin fikincə bu fenomenin kainatda hökmən izi qalmalıdır və bu izlər kimi o, kvazarları hesab edir. (Kvazarların dərin elmi tədqiqinə ehtiyac var) Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş