Quantcast
Viewing all articles
Browse latest Browse all 2950

Heç zaman qonaq qəbul etməyən 10 min nömrəli mehmanxana - FOTOLAR

Bu otelin heç zaman daimi sakinləri olmayıb. Bunun özünə məxsus dəhşətli səbəbləri var. Almaniyanın Rügen adasının geniş qumlu çimərliyində dünyanın ən nəhəng oteli yerləşir. Onun mənzərəsi dənizə açılan sayı 10 mini ötən nömrələri var. Otel sahil boyu beş kilometrdən çox məsafəni əhatə edir. Nə qədər qəribə görünsə də artıq 70 ildir ki, otel boşdur. Səbəb isə ondan ibarətdir ki, Prora adlı bu dəniz kurortu Hitlerin əmri ilə nasistlər tərəfindən 1936-1939-cu illərdə tikilib. Bu müddətdə Hitler müharibəyə hazırlaşıb. Otelin istifadə məqsədləri də bu üzdən dəyişib. Tikinti layihəsi sona qədər icra olunmayıb. Prora oteli Yasmunder-Bodden dəniz körfəzini Baltik dənizindən ayıran insanların məskunlaşmadığı dar torpaq sahəsində, iki alman vilayəti Zasnits və Bintsin arasında yerləşir. 5 kilometr uzunluqda olan otel binası dənizdən 150 metr məsafədədir. Bir neçə il ərzində Reyxin bütün nəhəng tikinti şirkətləri və təxminən doqquz min işçi bu layihəyə cəlb edilib. İkinci dünya müharibəsinin başlanması ilə tikinti dayandırılıb, bütün işçilər isə silah zavodlarında işə cəlb olunub. Müttəfiqlərin kütləvi bombardımanı zamanı Hamburqdan olan bir çox insanlar yaşayış bloklarından birində sığınacaq tapıblar. Müharibədən sonra Prora oteli Şərqi Almaniya ordusu üçün hərbi forpost qismində istifadə edilib. 20 min nəfərin istirahəti üçün nəzərdə tutulan geniş kompleks ″Sevincdən keçən güc″ nasist proqramının bir parçası olub. Bu proqramın məqsədi almaniyalı işçilərə istirahət üçün şərait yaratmaq və nasist təbliğatını yaymaqdan ibarət olub. Üçüncü reyxin bütün memarlığı üçün xarakterik olan əzəmətlilik və amiranəlik, yaxından baxarkən ağrılı hisslər gətirən bu oteldə əksini tapıb.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş