1) - Basketbol ulduzu Michael Jordan liseydəykən basketbol komandasından atılmışdı.. 2) - Aleksandr Graham Bell 1876-cı ildə telefonu icad etdiyində, kimsə telefonu istifadə etmək istəməmişdi. Başçı Rutherford Hayes isə bu mövzuda bunları dilə gətirmişdi: "Çox gülünc bir ixtiradır. Belə bir aləti kim istifadə edər ki?" 3) - Eşitmə qabiliyyətini get gedə itirən Ludvig Van Beethoven, 46 yaşında tamamilə kar olmuşdu. Ancaq, ən böyük bəstələrini-bu bəstələr arasında beş əhəmiyyətli simfoniya vardır- həyatının son illərində bəstəlmişdir. 4) -Tomas Edison elektrik lampasını icad etdiyi zaman, lampanın işləməsi üçün 2000-dən çox təcrübə etmək məcburiyyətində qalmışdı. Bir jurnalist özünə bu qədər müvəffəqiyyətsizliyə uğradıqdan sonra nələr hiss etdiyini soruşduqda, onu belə cavablamışdı: "Heç vaxt müvəffəqiyyətsizliyə uğramamışam ki . Mən elektrik lampasını icad etdim və bu icad yalnız 2000 mərhələli bir müddət idi." 5) - Decca val şirkəti, məşhur İngilis rok qrupu Beatles ilə işləməyi rədd etdiyində belə bir şərh bildirmişdi: "Tərzlərindən heç xoşumuz gəlmədi. Onlardan çox daha yaxşı qruplar var." 6) - Albert Eynşteyn 9 yaşına qədər danışa bilməmişdi. Oxumağı isə yeddi yaşında öyrənə bilmişdi. Müəllimi Eynşteyni haqqında bu ifadələri istifadə edib: "Başı çox yavaş işləyir. Üstəlik çox asosyal və axmaqca xülyaların arzusunda olan bir avaradır." Məktəbdən atıldığı üçün də Zürih Politeknik Məktəbinə qəbul edilməmişdi. 7) - Grand Ola Opryin menejeri Jimmy Denny 1954-cü ildə ilk performansından sonra Elvis Presleyi işdən qovmuşdu. Presleyə isə bunları söyləmişdi: "Heç bir işə yaramazsan, oğulum. Sən get yük maşını sürücülüyünə qayıt !"... Mir.Az
↧