Bir insanın digərini 5 dəqiqə gözləməkdən yorulduğu dünyada bir canlı düşünün ki, sahinin ölümünə baxmayaraq hər gün eyni yerdə 9 il onun yolunu gözləyir... 1924-ci ildə Tokio Universitetində xidmət edən Yapon professor Doktor Hidesabura Ueno, kiçik bir it balası saxlamağa başlayıb. Professor Ueno, itinə Yapon dilində "səkkiz dənə" mənasına gələn Haçiko adını qoydu. Haçiko hər səhər universitetə getmək üçün evdən metroya gedən sahibinə müşayiət edib. Metronun xarici qapısına qədər gətirdiyi sahibini yola saldıqdan sonra da evə qayıdırdı. Çox keçmədən bir axşam universitet qayıdarkən metronun çıxışında Haçikonu onu gözləyərkən görən professor çox təəccübləndi. Bu ağıllı it sahibinin evə qayıdış saatlarını hesablayaraq və eyni yolu istifadə edəcəyini düşünərək metronun qarşısına getmişdi. Ondan sonrakı bir il ərzində, Haçiko hər səhər sahibini metroya qədər apardı, hər axşam iş çıxışında da metronun qabağında qarşıladı. Heç vaxt saatı səhv salmadan... Amma bir metroda Haçiko gözləməsinə baxmayaraq sahibi metrodan çıxmadı...Haçiko gözləri metronun qapısında gecə boyunca gözlədi. Növbəti axşam professor yenə də yox idi..Üçüncü axşam da professordan xəbəri yox idi Haçikonun...Professor isə universitetdə infarkt keçirərək həyatını itirmişdi. Haçiko hər axşam sahibim metrodan gələcək deyə inadla gözlədi. Həftələr, aylar boyu hər axşam Tokio metrosunun Shibuya stansiyanın qapısına getdi. Haçiko tam 9 il boyunca sahibinin gəlməsini gözlədi. 11 yaşında metronun qapısında öldü. Bu gün Tokioya gedənlərin Shibuya stansiyanın qapısında qarşılaşdığı it heykəli Haçikodur. Yaponlar, sədaqət və insan heyvan əlaqəsinin simvolu kimi ölümündən dərhal sonra 9 il ərzində sahibini gözlədiyi yerə Haçikonun heykəlini qoydular. II. Dünya Müharibəsindən sonra da unutmadılar və müharibə zamanı dağıdılmış olan heykəlin yerinə 1948-ci ildə yenisini tikdilər. Çox sevdiyi sahibi ilə məzarları yan-yana oldu. Bu gün Shibuya stansiyanın o qapısı Haçiko çıxışı kimi tanınır və Tokionun ən mühüm görüş mərkəzlərindən biridir. Hər il Haçikonun ölüm ildönümü olan 8 martda da bir çox heyvan sevər heykəlin qarşısında görüşürlər. Haçikonun hekayəsi 1987-ci ildə bir Yapon filminə də mövzu oldu. Türkiyədə də Yapon filmləri festivalında göstərilmişdi. 70 il əvvəl baş vermiş bu it hekayəsinin indi də Hollivud versiyası çəkildi və Haçikonun sahibi Professoru Riçard Gere canlandırdı.
↧