Alimlərin "Taos Hum" adlandırdıqları bu uğultunu eşidənlərdə kəskin başağrıları, ürəkbulanma, başgicəllənmə başlayır. Sonra burundan qan gəlir, yuxusuzluq başlanır. İlk dəfə ABŞ-ın New Mexico ştatının Taos dağlarında eşidilən bu uğultunun miqyası getdikcə artmağa davam edir. İlk burada duyulduğu üçün də bu səsə "Taos Hum (uğultu)" adı verilib. Bu uğultunun mənbəyi heç kimə bəlli deyil. Uğultunu eşidənlər onun ən pis işgəncədən belə pis olduğunu, insanların sanki beyinlərini çıxaracaqmış kimi səs gəldiyi deyirlər. Kembric Universitetinin akustika laboratoriyasının mütəxəssislərinin dediklərinə görə, Taos dağlarında bu uğultunu eşitmiş insanlar arasında ağlını itirən və ruhi xəstəliklərə tutulanların da sayı artır.Alimlər ilk öncə bunun tektonik hadisələr və yaxud da atmosfer hadisələri ilə bağlı olduğunu düşünsələr də sonradan bu fikirlərindən daşınıblar. Taos dağlarından sonra Avstraliya və Britaniyanın da bəzi bölgələrində bu uğultular eşidilib. Uğultunu eşitmiş insanların bir çoxu psixi problemlər yaşayıblar. Bəziləri isə intihar ediblər. Taos dağlarındakı qorxulu və müəmmalı uğultu səslərini Los-Alamos Milli Laboratoriyası ilə yanaşı, Nyu-Meksiko Universitetinin alimləri də araşdırıblar. Lakin, illərdir bu səsin mənbəyi və səbəbləri hələ də tapılmayıb.
↧