Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Güclü xarakterə sahib olmaq üçün dəyişməyimiz lazım olan xüsusiyyətimiz

$
0
0
Güclü bir xarakterə sahib olmağı hər kəs istəyər, çünki incinməyə qarşı bir tədbir görmək insanın təbiətində var. Mir.Az bizi güclü olmaqdan çəkindirən müəyyən hərəkət və davranışları təqdim edir. 1. Etmək istəyib etmədiyimiz şeylərin məsuliyyətini başqa insanlara və ya şərtlərə yükləmək. Vəziyyət nə qədər çətin olsada, yaşadığımız hər şeyin məsuliyyəti bizim üzərimizə düşür. "O belə etdi ona görə bacarmadım", "Pulum olmadığı üçün istədiyim həyatı yaşamadım" və buna bənzər bəhanələr heç bir fayda gətirmədiyi kimi, özümüzü daha da gücsüz hiss etməyimizə səbəb olur. 2. Həyatımıza daxil etdiyimiz insanlar məsələsində kifayət qədər seçici olmamaq. Xoşumuz gəlməyən, bizə heç bir fayda verməyən və bunlar da azmış kimi bizi bədbəxt edən insanlara çox xoş davranırıq. Dəqiq olmağımız və qəti qərarlar verməyimiz lazım olan ən vacib məsələlərdən biri bu dostlardı. Bu tip insanları həyatımızdan çıxararaq yola onlarsız davam etməliyi. Artıq yüklərimizi atsaq daha surətli irəlləyərik. 3.Həddindən artıq kübar olmaq və bizi narahat edən hallara qarşı səsimizi yüksəltməmək. İnsanlar bizi sevsin deyə, həddindən artıq çalışırıq. Əhəmiyyətli olan xarakterimizi olduğu kimi ortaya qoymaq və buna hörmət edən insanlarla vaxt keçirməyə çalışırıq. Əks halda sizə olan sevgiləri yüksəlməyəcəyi kimi, bir də sizdən istifadə etməyə çalışacaqlar. 4. Dinləməyi bacarmamaq. Güclü bir xarakterə sahib olmaq istəyiriksə dinləməyi bilmək məcburiyyətindəyik. Fərqli düşüncə tərzlərini müşahidə etmək və impatiya edə bilmək, həyatı daha yaxşı tanımağımızı və daha möhkəm olmağıma kömək olur. 5. Davamlı diqqət mərkəzində olmaq istəmək. Əgər öz dəyərimizi biliriksə, digər insanların diqqəti bizim üzərimizdə olmuş yada olmamış mühüm deyil. Özümüzü kiməsə göstərməyə və ya sübut etməyə çalışmaq da özümüzü kifayətsiz hiss etməyimizə səbəb olur. 6. Qorxularımızın bizi həyatdan ayırmasına icazə vermək. Cəsarət deyilən şey, heç bir şeydən qorxmamaq deyil əslində. Cəsarət, qorxu olmasına baxmayaraq bu qorxulara göz yumaraq davam etməkdir. 7. İnanclarımızda dəstək görməyəndə geri çəkilmək. İnandığımız və bilmək istədiyimiz şeylər başqalarına məntiqli gəlmək məcburiyyətində deyil. Əmin olun ki, bu günə qədər dünyanı dəyişən insanların çoxu da bu dəstəyi görməyib. Buna görədə mövzu nə olarsa olsun, inanması lazım olan tək adam sizsiniz. 8. Mənəvi baxımdan başqa insanlardan asılı olmaq. Bəlli bir sıra insanlar yanınızda olmasa, həyatınızı sağlam bir şəkildə idarə edə bilməyəcəyinizi düşünürsünüz? Belə olduqda həyatınızın bütün gücünü əlinizdə tutmursunuz və öz səadətinizi başqalarının üzərinə inşa edirsiniz. Heç kim daima yanınızda olmayacaq, həyatınıza bu reallıqları qəbul edərək davam etməlisiniz.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş