Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsi

$
0
0
İslam insanların yaddaşına uyğun olaraq göndərilən bir dindir. Qurana və Həzrəti Peyğəmbərin hədislərinə nəzər salsaq, bu uyğunluğu aydın şəkildə görə bilərik. Uyğunsuzluq kimi qələmə verilənlər isə sonradan din adına ortaya atılan mövhumat və xurafatlardır ki, bunların da İslamla heç bir aidiyyatı yoxdur. Bu gün əfsuslar olsun ki, İslama məxsus olmayan məsələlərdən biri də azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsidir. Bəzi valideynlər müxtəlif məqsədlərlə, xüsusilə də kiçik qız uşaqlarını ərə verərkən buna dindən və adət-ənənələrdən bəhanə axtarıb taparaq özlərinə bəraət qazandırırdılar. Bəs, bu bəhanələr nədən ibarətdir? İslamın bu məsələyə münasibəti necədir? Ümumiyyətlə, İslam dini insanların ailə qurmalarını istəyir. Ancaq ailə qurmalarını istəyir. Ancaq ailə qurmamışdan əvvəl insanlara bunun məsuliyyətli, ağır bir iş, möhkəm əhd-peyman olduğunu bildirərək yüz ölçüb bir biçmələrini tövsiyə edir. Belə bir ağır işi uşaqlara yükləmək mümkündürmü? Qurani-Kərimdə Uca Allah insanlara belə dua etməyi öyrənir: «Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!» («Bəqərə» surəsi, 286). Allah Quranda evliliyin ağır və məsuliyyətli müqavilə olduğunu bildirdiyi, başqa bir ayədə də bizə dua etməyi öyrətdiyi halda uşaqlara belə bir yükün yüklənməsinə olarmı? Bəziləri oğlan uşaqlarının evləndirilməsinə, qız uşaqlarının ərə verilməsinə haqq qazandırmaq üçün «Heyzdən kəsilmiş qadınların və heyz görməmiş oğlanların gözləmə (iddət) müddəti üç aydır («Talaq» surəsi, 4) ayəsini sübut kimi gətirirlər. Bu ayədə «heyz görməyənlər»in azyaşlı uşaqlar olduğunu iddia edib buna icazə verildiyini söyləyirlər. Bu fikirdə olanlara görə, ayədə ifadə edilən «iddət» məsələsinin ancaq ailə həyatından sonra ola biləcəyi və burada uşaqların ailə həyatı qurmalarına icazə verildiyi bildirilir. Lakin ayədəki «heyz görməyənlər» ifadəsinin uşaqlara şamil edilməsi düzgün deyil. Çünki böyüdüyü halda heyz görməyənlər də mövcuddur. İbn Şübrümə (v. 143/760), Əbu Bəkr əl-Asam kimi alimlər də bu fikri qəbul etməmişlər. Allah Quranda belə buyurur: «Yetimləri nigah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın». («Nisa» surəsi, 6). Bu ayədə uşaqlıq illəri nigah çağına gəlməklə məhdudlaşdırılıb. Əgər uşaqların evləndirilməsi və ya ərə verilməsinə icazə verilsəydi, təbii ki, məhdudiyyət mənasız olardı. Evlənməkdə və ərə getməkdə əsas məqsəd birlikdə yaşamaq, xoşbəxt olmaq, ailə həyatı qurmaq və dünyaya övlad gətirməkdir. Uşaqların ərə verilməsində və evləndirilməsində bunların heç biri baş verməyəcəyi kimi, böyüdükləri vaxt onlar çox böyük psixoloji sarsıntılara məruz qala bilərlər. 117. Həzrəti Peyğəmbər valideynlərə uşaqlarını 7 yaşında namaz qılmağa başlamalarını, 19 yaşında namaz qılmırlarsa, uyğun bir tərzdə cəzalandırılmalarını tövsiyə etdiyi halda, 118 uşaqların uşaqlığının əlindən alınmasına razı olardımı? Onların hələ namaz qılmağa öyrədilmə dövrü kimi ifadə etdiyi dövrdə ailə həyatı qurmalarına razılıq verməsi nə dərəcədə doğrudur? Yuxarıdakı ayələr və həzrəti Peyğəmbərin hədisləri də sübut edir ki, İslam azyaşlı uşaqların səbəbindən asılı olmayaraq ailə həyatı qurmasını qəbul etmir. Müəllif: Nisə Rafiqqızı Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ