Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Bankomat kartdan məbləği çıxıb, pulu vermədikdə nə etmək lazımdır?

$
0
0
Vətəndaşlar çox tez-tez bankomatlarda yaranan texniki xətalardan şikayət edirlər. Bu texniki xətalar bir mənalı şəkildə vətəndaşların ciblərinə ziyan da yetirir. Bankomatlarda yaranan texniki xətalardan ən tez-tez rast gəlinəni bankomatın kartdan tələb olunan məbləği çıxdığı halda, nağd pulu verməməsidir. Bu halda nə etmək lazımdır? Vətəndaş əlverişli şəraitdə hadisə yerinə mütəxəssis çağırmalı və banka öz iradını yazmalıdır. Maliyyə təşkilatl bankomatdakı nağd vəsaitləri saydıqda artıq pulların olduğu aşkar edəcək və artıq olan məbləği vətəndaşın hesabına köçürəcək. Lakin bu ən yaxşı halda belədir. Daha qəliz vəziyyətlərdə kart sahibi mütəxəssisi gözləmədən bankomatın yanından ayrılır. Bankomat isə öz növbəsində bir müddətdən sonra pulları çıxarır. Vəsaitlərin başqa bir şəxsin əlinə keçməsi halında artıq o pulları geri qaytarmaq çətindir. Bankın nöqteyi-nəzərindən pullar verilib, kart sahibi pullarını sonuna qədər gözləməyibsə bunda maliyyə təşkilatının heç bir günahı yoxdur. Pul itkisi ilə üzləşməmək üçün mütəxəssislər bankomatın yanından uzaqlaşmadan öncə bir sıra proseduru həyata keçirməyi məsləhət görür. İlk olaraq bankın qaynar xətti ilə əlaqə saxlamaq lazımdır. Adətn qaynar xəttin nömrəsi kartın digər üzündə göstərilir. Bu zaman bank əməkdaşlarına vəziyyəti izah etməyə çalışın, bundan sonra nə edə biləcəyiniz barədə məsləhət alın və texniki xidmət mütəxəssisini çağırmağa çalışın. Bundan əlavə, bankomatın ekranının, cihazın nömrəsinin, bankomatın yerləşdiyi ünvanın şəklini çəkmək lazımdır. Bankomatın verdiyi bütün qəbzləri də saxlayın. Həmçinin hər ehtimala qarşı hadisə şahidlərinin telefon nömrələrini də özünüz üçün qeyd edə bilərsiniz. Görülən tədbirlərin nəticəsi olaraq pullarınızı əldə edə bilməsəniz dərhal olaraq banka öz iradınızı yazmalısınız. Yazılan iradda vəziyyəti tam olaraq işıqlandırmalı olduğunuzu unutmayın. Bank iradın aradan qaldırılması prosesini uzadarsa və yaxud imtina edərsə məhkəməyə müraciət etməlisiniz.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ