"Maliyyəçiyəm, məşhur şirkətlərdən birində işləyirdim. Hər gün səhər oyanıb işə yollanır, axşam evə qayıdırdım. Günlərin birində anladım ki, bu rutin, yeknəsək həyat məni bezdirib. İşdən çıxdım, sevgilimlə danışdım. Həyatımızı səyahətlərdə keçirməyə qərar verdik". ABŞ-ın şərqində yaşayan 25 yaşlı Cill DeKonti indi sevgilisi Patrik ilə dünyanı dolaşır, heç bir yerdə çalışmır. Mir.Az bildirir ki, "TheLuxeTravelers" adlı bloqu olan Cill işsiz olsa da, işlədiyi vaxtdan daha çox pul qazanır. O, internetdə onlayn alış-veriş, marketinq platformalarında autsorsinqlə məşğuldur. 25 yaşlı Cillin sözlərinə görə, əvvəllər gündə 14-16 saat çalışırdısa, indi 4-5 saat işləyir. "MacBook həmişə yanımdadır. Gündə 4-5 saat işləyirəm və bu, yetərli olur. Çünki əvvəlki vaxtlardan fərqli olaraq iş vaxtımı daha effektiv planlaşdırıram", - Cill De Konti söyləyib. Onun sözlərinə görə, evini və mənzilini satıb səyahətə çıxmaq qərarına gələndə pul itkisinə məruz qalacağını düşünürdü. Lakin indi o, satdığı mənzilin dəyərindən 4 dəfə artıq pul qazanıb.
↧