Hollywoodun məşhur aktrisası Charlize Theronun uşaqlığını keçirdiyi Cənub Afrikadakı evinin yeni sahibi işgəncə edilərək öldürüldü. Bu, Theronun anasının atasını vurduğu evdə reallaşan ikinci cinayət hadisəsi olaraq qeydlərə keçdi. Oscarlı aktrisa Charlize Theronun Cənub Afirkanın Johannesburg şəhəri yaxınlarındakı Benomi şəhərində olan uşaqlığını keçirdiyi ev vəhşi bir cinayətə səhnə oldu. 21 il əvvəl məşhur aktrisanın anası atasını eyni evdə vuraraq öldürmüşdü. İngilis Daily Mail qəzetinin xəbərinə görə Theronun evinin yeni sahibi Barry Newland 4 adam tərəfindən evində işgəncə edilərək öldürüldü. Polis, torbayla boğularaq öldürülən Newlandın bağbanlıq edərək həyatını qazandığını ifadə etdi. Bu hadisə ağıllara eyni evdə yaşanan bir başqa cinayəti gətirdi. Theronun anası Gerda Maritz 1991-ci ildə özünü və Theronu öldürməklə təhdid edən yoldaşı Charles Theronu vuraraq öldürmüşdü. Anası atasını gözləri qarşısında öldürdüyündə 15 yaşında olan "Monster"in istedadlı aktrisası illərcə bu hadisə haqqında danışmağı rədd etdi. 36 yaşındakı aktrisa susqunluğunu 2004-cü ildə ABC televiziyasına verdiyi bir reportajla pozmuşdu. Theron hadisəni bu sözlərlə izah etmişdi: "Atam evə gəldiyində sərxoş idi və məni və anamı öldürəcəyini söyləyirdi. Anam qorxduğunu söylədi və sonra bir neçə əl silah səsi eşitdim. Anam dəli kimi qışqırırdı." Theron hadisədən əvvəl ailə içi şiddət yaşadıqlarını da sözlərinə əlavə etmişdi.
↧