Oğlan sevgilisini borca görə küçədə kanalizasiya quyusuna salıb Çində dəhşətl ihadisə baş verib. ANS PRESS-in “DailyMail”ə istinadən verdiyi məlumata görə, gecə saatlarında gənc oğlan sevgilisini küçədə kanalizasiya quyusuna salıb. Yağışlı havada sevgilisini evə yola salan gənc, qəfildən yolda qızı quyuya itələyir. Daha sonra təpiklə qızı quyuya salır və qapağın üstünü bağlayıb. Guo adlı gənc qız 3 gün quyuda qalmalı olub. Daha sonra ərazidən keçən insanlar qızın səsini eşidib və onu kanalizasiya quyusundan çıxarıblar. “İlk gecə quyuya düşəndə öləcəyimi düşünürdüm. Qorxurdum. Yata bilmədim. Sonrakı iki günü artıq öyrəşdim. Üşüyürdm, ac və susuz qalmışdım. Qışqırmağa belə taqətim yox idi. Möcüzədir ki, mənim səsimi eşitdilər. Bilmirəm ki, o, mənim başıma niyə belə oyun gətirdi”, - deyə Guo bildirib. Polis həmin gənci yaxalayıb. Gənc törətdiyi cinayəti boynuna alıb. O, polisə verdiyi ifadədə bildirib ki, sevgilisini borc üstündə öldürüb. Belə ki, oğlan Guoya 16 min dollar borclu olub. Oəlan da, bu borcdan xilas olmaq yolunu sevgilisini öldürməkdə tapıb. Gəncin sevgilisini kanalizasiya quyusuna atması anbaan müşahidə kameralarına düşüb. ANS PRESS həmin videonu təqdim edir
↧