Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

İki Qara Dəlik Toqquşduqda, Nə Baş Verə Bilər?

$
0
0
Kosmosun ən böyük qorxusu halına gəlmiş qara dəliklər barədə düşündükdə, bir çox insan vahiməyə düşür. Bu nəhəng dəliklər fikrimizi sonsuz boşluğa doğru aparır və bu da təbii olaraq qorxulu təsirini üzərimizdə qoyur. Hələ bu dəliklərin bir-biriylə toqquşmasını düşünəndə, bu qorxu birə-beş artır. Bəs həqiqətən də belə bir hadisə baş versə, nəticəsi nə ola bilər? Ötən ilin əvvəllərində kəşf edilən PG 1302-102 adlı qara dəlik cütlüyü, aralarındakı 320 milyard kilometrlik məsafəylə bu günə qədər kəşf edilmiş bir-birinə ən yaxın olan qara dəliklərdir. Bu kiçik məsafənin bağlanıb, cütlüyün bir-birinin içinə keçərək toqquşması da “bir göz qırpımında” baş verəcək – təxminən bir milyon ildən daha az bir zamanda. Bu toqquşmanın nəticələrini əvvəlcədən tam dəqiqliyi ilə müəyyən etmək nə qədər qeyri-mümkün olsa da, bu mövzuda bəzi ehtimallar və iddialar mövcuddur. Gözlənilən toqquşmanın şiddətindən meydana gələcək parıltının 100 supernova partlayışına bərabər olacağı da bu ehtimallar arasındadır. Aramızda olan 3.5 milyard işıq ili qədər məsafəni nəzərə alsaq, atəşfəşanlığı izləmək üçün hələ səbr etməli olduğumuzu deyə bilərik. NASA Galex və Hubble Kosmik teleskoplarında gələn məlumatların dəyərləndirilməsindən sonra, alimlərin gəldiyi maraqlı nəticələr var. Hər iki teleskopun ultrabənövşəyi işıq dalğalarında etdikləri ölçüləri nəzərdən keçirdikdə, bu qara dəliklərin bir-biriləri ətrafında fırlanmasının 5 ilə baş verdiyini demək mümkündür. Bu məqamda ən böyük kəşfin bizə PG 1302-102 ilə bağlı ölçülərdən daha çox, bu ölçü sisteminin düzgünlüyü və gələcəkdəki faydalarını hesab etmək olar.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş