Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mini ötür. Mir.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "The Business Year" jurnalına müsahibəsində məlumat verib. "2015-ci ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları $20 mlrd.-ı ötüb, 1995-2015-ci illərdə isə $220,4 mlrd. təşkil edib ki, bunun da təqribən yarısı xarici investisiyaların payına düşüb", - Ş.Mustafayev bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən 177-si ölkədə, 84-ü isə xaricdəolmaqla ümumilikdə261 tədbir keçirilib. Mənbə: "İnterfaks-Azərbaycan"
↧