Əvvəlcə zəm zəm bulağı haqqında bir araşdırmanın məlumatlarını verim, sonra faydalarını yazaram inşaAllah. Deməli, zəm zəm bulağı Allahın həzrəti İbrahim peyğəmbərin zövcəsi Həcər anamıza çölün ortasında bəxş etdiyi bir hədiyyədir ki, indiyədək bütün müsəlmanlar bu sudan faydalanırlar Əlhəmdülilləh. İngilis alimləri belə bir xəbər yayırlar ki, guya zəm zəm suyu içməli deyil və fikirlərini onunla əsaslandırırlar ki, Ərəb ölkələrində su quyunun dibindən yox divarlarından əmələ gəldiyi üçün bu suyun tərkibi tez-tez dəyişə bilir, ona görə də belə su içməli deyil. Bundan sonra belə alimlərə araşdırma aparmaq üçün icazə verilir və quyuya sürətli çəkən bir motor qoyurlar ki, quyudan suyu çəkib çıxarsın və sübut etsinlər ki, su həqiqətən divarlardan gəlir amma motor nə qədər çəkirsə su azalmır, sonra motoru dəyişib daha güclüsünü qoyurlar yenə alınmır, sonra daha nəhəng bir motor qoyurlar yenə alınmır və sonda belə nəticəyə gəlirlər ki, bu quyu adi quyu deyil, adi quyuda su gözlərdən gəlib quyunu doldurur, amma zəm zəm quyusunda bütün quyu enində su gəlir. Beləcə istəmədikləri halda bu quyunun Allahın bir lütfü olduğunu etiraf etməyə məcbur oldular. Bəli, zəm zəm başdan-başa şəfadır, bu suyu illərlə saxlayın heç vaxt xarab olmaz. Mənim evimdə 10 ildən çoxdur ki, saxladığım zəm zəm suyu var heç dadını dəyişməyib. Bir gün səhabələrimizdən biri aclıqdan 30 gün zəm zəm içmək məcburiyyətində qalır və Peyğəmbərimiz (Səlləlləhu Aleyhi Vəsəlləm) bu səhabəni görəndə kilo almışsan deyir, səhabə isə 30 gündür zəm zəmdən başqa dilimə nəsə dəymədi deyir. Peyğəmbərimiz (Səlləlləhu Aleyhi Vəsəlləm) belə buyurur: “zəm zəm həm sudur, həm yemək.” Zəm zəm suyu bədəni təmizləyir, öd və böyrək daşlarını tökür, əsəbləri sakitləşdirir, zəm zəm suyu içən adamların tərlərindən pis qoxu gəlmir, başağrılarını götürür, mədə bağırsaq yaralarına çox sağaldıcı bir təsir edir, çünki zəm zəm suyunda mikroblar inkişaf etmir, bakteriyalar və göbələklər yayılıb çoxala bilmir. Suyun tərkibində bol gümüş vardır ki, beyin inkişafına çox yaxşı təsir edir.
↧