Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

İkiyə bölünmüş qadın "Black Dahlia" (18+)

$
0
0
Bədbəxt hadisələrdən heç bir zaman yaxa qurtara bilməyən bu qadının cəsədi 1947-ci ilin yanvar ayında Los Angelesdə boş bir ərazidən tapıldı. Bettinin cəsədini tapan adam əvvəlcə onu atılmış bir vitrin mankeni zənn edib. Belindən tamamilə qopmuş, qanı boşaldılmış, əl və ayaq biləklərində işgəncəyə məruz qaldığına dair kəndir izləri, bədəninin müxtəlif yerlərində kəsiklər olan qadının döşləri doğranmış, üzərində siqaret söndürülmüşdü. Polis qeydlərinə görə meyidin cinsi orqanı ot ilə doldurulmuş cinsi əlaqədə olunmuş, sol ayağında olan gül döyməsi romb şəklində kəsilərək çıxarılmışdı. Yaşına görə yetkin və cazibəli görünən Elizabeth Betty Shortun digər adı ilə "Black Dahlia"nın film ulduzu olma xəyalı ilə yaşadığı Los Angelesdə 22 yaşında vəhşicəsinə öldürülməsi, detektiv tarixində həll edilməmiş bir sirr olaraq qalır. Anası ilə atası ayrılan Betty, heç bir şəkildə yola getmədiyi və alkoqol problemi olan atasında qalır. Bir gün atasının maşını körpünün birində tərk edilmiş halda tapılır. Borclarından ötrü intihar etdiyi düşünülür. Dolanışıq sıxıntısı yaşayan Betty pəjmürdə bir həyatın içinə düşür, çəkdiyi çətinliklərdən özünü içkiyə vurur və içki içməkdən də həbs olunur. İntihar etdiyini düşünən atası ortaya çıxır və Betty başı bərk qarışır. Tez-tez yer dəyişdirir, ofisiantlıq başda olmaq üzrə müxtəlif işlərdə çalışır. Həyatını yoluna qoyur. Bu vaxtlarda həyatının eşqi ilə qarşılaşır. ABŞ hava qüvvələrində vəzifəli "Flying Tiger" ləqəbli mayor Matt Qordonla nişanlanır. Həyat sevinci ilə dolan gənc qadın, həyatının sevgisi ilə evlilik hazırlıqları edərkən pilot Qordonun 1945-ci ilin təyyarəsinin qəzaya uğraması ilə ölməsindən sonra Betty sarsılır. Özünü yenidən toplayan Betty şansını aktyorluqda sınamaq istəyir. Hollivuda üz tutur, yeni bir həyat qurur və kiçik rollarda görünməyə başlayır. Gözəlliyi ilə diqqət çəkən Bettynin aktyor Con Ueyn ilə eşq yaşadığı da deyilir.Bir gün sınaq çəkilişinə getmək üçün evdən çıxan Bettyden altı gün ərzində məlumat almaq mümkün olmur. Tarlada ikiyə bölünmüş halda tapılan cəsədin halı isə insanları şoka salırdı. Ortadan ikiyə ayrılmış bir bədən, çox saylı zərbələr, bədənin müxtəlif yerlərinin kəsilməsi, ağzın bir "kloun gülüşü"nə bənzər şəkildə qulaqlarına qədər kəsilməsi və saysız hesabsız işgəncələr...Cinayət araşdırmaçıları beldəki təmiz kəsik və boşaldılmış qandan yola çıxaraq qatilin tibbi biliyə sahib olduğunu təxmin edir. Zəka qabiliyyəti yüksək, əsas niyyəti seks olan, qısqanc və ölü sevici bir qatil profili çəkirlər.İşgəncə və əzab dolu yaralama ayinlərinin çoxluğu, seksdə onlar tamahkarlıq, hərislik, acgözlüklə əlaqələndirilir. Bu cür qatillərdə cinayət sayısı artdıqca işgəncə və şiddətin ölçüsü də artır.Black Dahlia cinayətində, cəsədin müəyyən bir vəziyyətdə yerləşdirilməsi və üzünün gülümsəyir kimi kəsilməsi qatilin fantaziyaları sevdiyini və elə olmasa da özünü cinsi olaraq zəif gördüyünü göstərir. O tarixdəki yaxın keçmişdə işlənmiş oxşar cinayətlərlə Black Dahliya cinayəti arasında əlaqə yaradılmağa çalışıldı. Bunlardan ilki, 1934 -1938 illəri arasında Klivlenddə, əksəriyyətinin kimliyi müəyyən edilməyən və geriyə yalnız 13 nəfərin bədən hissələrinin qaldığı dəhşətli "Torso (gövdə) Cinayətləri", ikincisi, fidyə üçün qaçırılan, balaca bədəni zərər görmüş halda tapılan 6 yaşlı Suzan Degnanın cinayəti (Lipstick qatili Uilyam Heirens). Şöhrət Bettini Kaliforniyadakı bir qəbiristanlığda basdırıldıqdan sonra tapdı. Mətbuatın "Blue Dahlia" adını verdiyi dəhşətli cinayətin qurbanı, "Hollivud bulvarında Macəra axtaran bir gənc qız" kimi aylarla ön səhifə xəbəri oldu. Mətbuatda yer almaq üçün Los Angeles polis departamentini saxta etiraf telefonları ilə məşğul edən 50-dən çox adam ortaya çıxdı. Bunların bir qismi məqalələrinin davamını təmin etmək istəyən jurnalistlər idi. Betty haqqında daha sonra onlarla kitab yazılıb, filmlər çəkilib. ("The Blue Dahlia" (1946) "The Black Dahila" (2006) "The Black Dahlia") Atasının əşyaları arasında Black Dahliayanın fotosunu tapan keçmiş LAPD Detektivi Stiv Hodel, o vaxt cinayətin baş şübhəsi olan və Filippinə qaçan atası Doktor Corc Hodelin, aralarında Yelizaveta Shortun da olduğu çox sayda adamın ölümündən məsul bir silsilə cinayətlər törədən qatil olduğu iddasını ortaya atdı. Bu iddianı araşdırmaq üçün "Kabus Ovçusu" adlı bir proqramla əlaqəyə keçən Hodelin evində araşdırma aparılıb. Xüsusi öyrədilmiş itlər evdə cəsəd ola biləcəyinin işarəsini verdilər lakin yerdən alınan nümunələrdən çıxan insan parçaları iddanı sübut etməyə yetmirdi. Çünki Doktor Hödel buranı klinika kimi istifadə edirdi. Beləcə burdan da bir nəticə çıxmadı və Black Dahlia cinayəti tarixin tozlu rəflərində sirri açılmamış cinayətlər arasında öz yerini aldı. Ondan geriyə qalan isə qan donduran hekayəsi, şəkilləri və "Chelsea Smile" olaraq adlandırılan makyaj stili (Ağzının qulaqlarına qədər kəsilməsi əsasən Gothic insanların üstünlük verdiyi bir makyaj stilinə çevrildi).

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ