Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

İnsanlar Tay Adlı Süni İntellektə Söyüş Söyməyi Öyrətdilər

$
0
0
Microsoft tərəfindən yaradılan Tay adlı süni intellekt nümunəsi Twitter yazışmalarında söyüş söyüb, irqçi mesajlar atmağa başlayıb. Şirkət Tay adını verdiyi chatbot üçün Twitter profili açıb, insanları onunla söhbət etməyə çağırmışdı. Chatbot internet vasitəsilə sualları cavablandıra bilən süni intellekt proqramı vasitəsilə işləyir. Microsoft şirkətinin bu maraqlı layihəsi hədəf kütlə olaraq, 18-24 yaş qrupunu seçmişdi və məqsədin “gündəlik əyləncəli söhbətlər etmək” olduğunu demişdi: “Siz onunla nə qədər çox söhbət etsəniz, Tay bir o qədər qədər çox ağıllanacaq və inkişaf edəcək,” deyə Microsoft rəhbərliyi gəncləri onunla söhbət etməyə çağırmışdı. Ancaq aktivləşməsindən 24 saat keçməmiş süni intellekt Tay Nasizmi dəstəkləyən, irqçi və söyüşlü tvitlər atmağa başladı. Hadisələrin bu cür gedişatından sonra, Tay adı verilən bu sistemə Microsoft tərəfindən müdaxilə olunduğu deyilir. Şirkət bunu inkar edərək, sadəcə bəzi “düzəlişlər” etdiyini desə də insanlar artıq #justicefortay (Tay üçün ədalət) şüarı ilə müdaxiləyə etiraz etməyə başlayıb. Onlar şirkətdən müdaxilə etməmələrini istəyir, Tayın həqiqətləri özünün öyrənməli olduğunu deyirlər.

Viewing all articles
Browse latest Browse all 2950