Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

ABŞ tarixinin ən məşhur qatili --- ZODİAK

$
0
0
Zodiak — 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının şimal bölgəsində fəaliyyət göstərmiş seriyalı qatil. Zodiak Amerika cinayətkarlıq tarixinin ən məşhur qatillərindən biri hesab olunur. Onun məşhurlaşmasının səbəblərindən biri bu günə qədərdə kimliyinin müəyyənləşdirilə bilməməsi və mətbuata göndərdiyi şifrəli-zəhərli məktublar olmuşdur. Zodiak tərəfindən törədildiyinə inanılan ilk cinayət hadisəsi 1968-ci ilin dekabr ayında baş vermişdir. Ümumən Kaliforniya ştatının Benikia, Vallexo və San-Fransisko şəhərlərində cinayətlər baş vermişdir. Qatilin qurbanlarından biri olan Rick McCormickin cəsədinin arxa ciblərindən 2 kağız parçası və orda 30 sətrlik hərf ve rəqəmlər qrupundan ibarət şifrə tapıldı. Şifrənin həll edilməsində FBI çətinlik çəkdi və şifrəni tapana mükafat vəd etdi. 1968-ci ilin dekabr ayından 1969-cu ilin oktyabr ayına qədər davam edən silsilə cinayətlər zamanı 16-29 yaş arası dörd kişi və üç qadın hədəf alınmışdır. Qatil Zodiak adını cinayətlətləri törətdiyi zaman San-Fransisko Körfəz Bölgəsinin qəzetlərinə göndərdiyi şifrəli məktublar əsnasında əldə etmişdir. Məktublar şifrələnmiş olmaqla yanaşı eyni zamanda zəhərli idi. Bu günə qədər Zodiak tərəfindən göndərildiyinə inanılan məktublardan sadəcə birinin şifrəsi açılmışdır. İndiyəcən yalnız bir dəfə qatilə çox yaxınlaşmaq mümkün oldu. O da taksi sürücüsü Paul Stine cinayəti zamanı oldu. Bu zaman polislərə "qatilin zənci olduğu" anonsu keçildi ve buna görə də polislərin yanından keçən hətta onlarla 2 dəqiqə danışan qatildən kimsə şübhələnmədi. Qatildən geriyə yalnız şahidlərin çəkdirdiyi yuxarıdakı fotoşəkil, cəsədlərin cibindən tapılan şifrələr, və bir də qatilin imzası qalır. Bir çox şübhəlinin adı polis tərəfindən aparılan istintaq zamanı səsləndirilsədə, konkret bir dəlil tapılmamışdır. 2004-cü ildə San-Fransisko Polis Departamenti cinayət işinə xitam vermişdir. Ancaq iş 2007-ci ilin mart ayında yenidən açılmışdır. Cinayət işi istər Vallexo şəhərində istərsədə Napa və Solano ərazilərində hələdə davam edir. Kaliforniya Ədalət Departamenti 1969-cu ildən bəri açıq qalan prosesə hələdə davam etməkdədir. Xatirladaq ki, 2007-ci ildə bu sirli cinayətlər haqqında "Zodiac" adlı film də çəkilmişdir.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ