Bu hadisə Facebookda ən ürküdücü real hekayə sayılır. Nathan adlı gənc 5 il birlikdə olduğu sevgilisi Emilyni 7 avqust 2012 ci ildə avtomobil qəzasında itirir. Emily asosial və internet bağlısı olan biri idi , Nathan da o öldükdən sonra Emlynin bütün sosial şəbəkə hesablarını bağlayır. Ancaq ölümündən 13 ay sonra , 4 sentyabr 2013 cü ildə Emilynin hesabı aktiv edilir və Nathana mesaj gəlir. Dialoq bu şəkildədir: E : Salam N : Sən kimsən ? Emilynin hesabından mesaj gəlməsi çox qəribədir N : yaxşı onda hər kimsinizsə mənə öz hesabınızdan mesaj yazın E : Salam N : Susan ? Emilynin hesabını istifadə edən sənsən ? E : Salam bu bazar bir yerə gedək ? N : Sən kimsən ? E : Avtobusdakı təkərlər N : Xahiş edirəm kim oldugunu de ? Nathan ilk başlarda bunun Emilynin anası Susan tərəfindən göndərildiyini ya da dostlarının bir zarafatı oldugunu düşünür. Lakin Emily ölməmişdən əvvəl gedəcəkləri bir gəzinti üçün yolda dinləməyə seçdikləri Wheel on The Bus mahnısını Nathana göndərəndə Nathan artıq qorxmaga başlayır. Bir ümddət sonra Emily Nathanın bütün şəkillərinə özünü etiketləməyə başlayır. Dostları Emilyni unfriend etsədə Nathan Emilynin onla əlaqə qurmaq istədiyini düşünüb heçnə etmir. Daha sonra mesajlara əlaqəsiz cavablar yazmaga başlayan Emilynin facebooku bir müddət sonra Nathanın mesajlarını təkrar olaraq özünə göndərməyə başlayır. Nathan fərq edir ki bütün bunları , mahnını və .s məlumatları əvvəlki mesajlarda danışıblar deyə kimsə ordan götürüb zarafat edə bilər. Nathan Emilynin hesabına giriş edilən yerləri axtarır və tapır ki bu yerlər Nathanın evi , iş yeri və Susanın evidir. Bütün bunlardan dəhşətə gələn Nathan artıq dəli olacaq həddə gəlir çünki sonraki mesajlar sadəcə onunla Emilynin bildiyi şeylərdən bəhs edirdi ki bunlar heç facebook mesajlarında da yox idi. Son olaraq isə Emily digər mesajlardan əlaqəsiz bir mesaj göndərir E : İdman ayaqqabıları quruducuda və hava çox soyuqdu - dogurdan soyuqdu - soyuqdu - soyuqdu - Nathan - Xahiş edirəm dayan - soyuqdu - Donuram - Nələr olur bilmirəm Hər şeydən artıq gecələr yata bilməyəcək hala gələn Nathanın son günü isə qarajda keçir. Ona gələn mesaj Emilydən idi və mesajda Nathanın evinin çöldən çəkilmiş bir şəkliydi. Bu şəkli göndərən zaman nathan qarajda idi və planşetdən dostuna yazdığı son söz " Dostumda qalacam , evdə qalmağa qorxuram " Nathan qarajda ölü tapılır.
↧