Bu yazıda sizə bütün dünya və ayrıca Azərbaycan zonasında insanların internetdə daha çox nəilə maraqlandığını öyrənməkdir. Ümid edirəm, sizə də maraqlı gələr. Başlayaq bütün dünya üzrə trend mövzular, axtarış sistemində insanların maraqlarından. Bütün dünya üzrə son 10 ildə insanların googleda ən çox maraqlandığı mövzular Ebola, ALS, BMW-GMC-Honda şirkətləri, transgender, Yunanıstan böhranı, Harvard University, Rice University, selfie kimi mövzular təşkil edib. Məsələn, ebola ilə bağlı daha çox Liberiya ölkəsində axtarış verilib. Ebola ilə bağlı daha çox axtarılan mövzular onun simptomları, qorunma yolları, ebola virusu haqqında informasiya, ebola haqqında xəbərlər üstünlük təşkil edir. Dünya əhalisinin ən çox maraqlanığı universitetlər göründüyü kimi Harvard və Rice Universitetidir. Bu universitetlərlə bağlı maraqlananlar ilk növbədə ABŞ əhalisinin özüdür. Sonrakı yerləri isə Cənubi Koreya, Sinqapur, Çin, Hindistan, Tayvan, Kanada kimi ölkələr tutur. Lakin maraqlı olan bir məqam var ki, 2005-ci ildə bu tərəfə Harvard Universiteti ilə maraqlananların sayı hər il azalır və 2015-ci il ilə müqayisədə 2015-ci ildə bu universitet ilə bağlı axtarışlar 2 dəfədən çox azalıb. ALS (amiotrofik lateral skleroz) xəstəliyi ilə maraqlananlar elə də çox olmasa da, qısa müddətdə verilən axtarışlara görə, özünə ən çox maraqlanan mövzular arasında yer edə bilib. ALS ilə bağlı partlayış dolu axtarış 2014-cü ilin avqust ayını əhatə edir. Yəqin yadınızdadır, bir ara məşhurlardan tutmuş, adi insanlara kimi hər kəs başına soyuq su töküb ALS xəstələrinə dəstək olduğu ilə bağlı video roliklər hazırlayırdı. İndi isə həmin mövzu ölmək üzrədir. ALS-la daha çox Almaniya, Hollandiya və Avstriya əhalisi maraqlanıb. İnsanları ən çox maraqlandıran maşın markaları GMC, BMW və Hondadır. Lakin axtarış və maraqlara görə Honda BMW şirkətini ötür. Buna baxmayaraq trend son 10 ildə stabil olaraq qalıb. GMC ilə daha çox amerikan, kanadalılar və Səudiyyə Ərəbistan vətəndaşları maraqlanır. BMW ilə Almaniya özü və Cənubi Afrika, Honda isə daha çox malaziyalıların, indoneziyalıların və amerikanların diqqətini çəkir. Selfie bir trend mövzu olaraq 2013-cü ildən populyarlaşmağa başladı. Lakin qısa zamanda virus kimi yayılaraq, ən çox axtarılan sözlər və maraqlar sırasında yer alıb. Selfie ilə maraqlananların çoxsu Bruney, Filippin, Avstraliya əhalisidir. Dünya əhalisinin ən çox maraqlandığı mövzulardan biri də transgender bərabərliyidir. Transgendrin nə olduğu, qadın transgenderlər, transgender əməliyyatları ilə daha çox məlumat axtaranlar ABŞ, Nigeriya, Kanada, Avstraliya, Hollandiya əhalisidir. Yunanısta böhranı, Yunanıstanın avrozonadan çıxmaq istəyi ilə bağlı mövzular qısa müddətdə dünyada trend mövzuya çevrilmişdi. Lakin bu mövzu da demək olar ki, ölmək üzərədir. Son 10 ildə dünyada ən çox axtarılan sözlər (informasiya) facebook, youtube, google, hotmail, yahoo kimi mövzulardır. 2015-ci il üçün isə əlavə olaraq xəbərlər (news) və free kimi sözlər də daxildir. Görünür, 2015-ci ildə insanlar daha çox internetdən xəbər axtarışı, xəbər oxumağa meylli olub. Həmçinin pulsuz yükləmələrə. İndi isə keçək Azərbaycana. Azərbaycan internet məkanında ən çox nə ilə maraqlanırlar? Son 10 ildə azərbaycanlıların ən çox maraqlandığı mövzular sırasında mp3, youtube, video, odnaklassiniki, boxca, oyunlar kimi mövzular yer alır. Bundan əlavə, kurtlar vadisi, oyunlar yüklə, şəkillər kimi maraqlar da üstünlük təşkil edir. Son bir ildə (2015-ci il) insanların maraqlarına iliski durumu karisik, gunesin kizlari, tatli kucuk yalancilar, kirgin cicekler, cilek kokusu, kiralik ask, sungurler, paramparca, whatsapp, instagram, baku 2015 kimi mövzular daxildir. Lakin ən çox axtarılan göründüyü kimi türk seriallarıdır. Azərbaycanlıların son 3 ay ərzində olan maraqları sırasında bu türk serialları ilk 10-da yer alır. Başqa sözlə desək, 2015-ci ilin azərbaycanlısı axtarışdan daha çox adı çəkilən türk seriallarını izləmək üçün istifadə edib. Son bir ayın tredinə Azerbaycan üzrə periscope, qurban bayramı, kurtlar vadisi pusu da daxil olub. İndiyə kimi çoxsunun tanımadığı periscope proqramı ilə bağlı facebookda yayılan videodan sonra azərbaycanlılar kütləvi şəkildə periscope proqramını yükləmək üçün axtarış sistemlərinə üz tutublar. Və bu artım 450% təşkil edir. Mir.Az
↧