Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Sirkənin faydaları haqqında məlumat

$
0
0
Sirkəni təkcə salatlarınızda sous kimi istifadə edirsinizsə, çox şey itirirsiniz. Çünki sirkə soyuq dəymədən iştahsızlığa, böyrək daşından qan azlığına kimi bir çox dərdin dərmanıdır. Xüsusilə alma sirkəsi sağlamlığınız üçün çox faydalıdır. Bundan əlavə, sirkəni qazanları təmizləmək, kirəci yox etmək və saçları parıldatmaq üçün də istifadə edirlər. Lakin sirkənin sağlamlığımıza faydası və xeyri daha çoxdur. Biz də bu yazıda həmin faydalardan bəhs edəcəyik. Qripə qarşı Sirkə qədim zamanlarda vəbadan qorunmaq üçün istifadə edilirmiş. Qripə qarşı sirkəli qarışığın reseptini sizə təqdim edirik. Lazım olanlar: 2 litr qırmızı və ya ağ üzüm sirkəsi 1 ovuc dəniz duzu 1 ovuc ardıc üzümü 1 ovuc sədəfotu yarpağı 3 baş xırda doğranmış sarımsaq 30 qram döyülmüş mixək 45 qram doğranmış tütəkotu kökü Hazırlanması və istifadəsi: Bu qarışığı qalın bir şüşə qaba tökün. Ən az 15 gün günəşdə saxladıqdan sonra süzün. Səhərlər bir qurtum için. Müəyyən fasilələrlə əllərinizə vurun və burnunuza çəkin. Bu qarışıq qrip və digər yoluxucu xəstəliklərdə çox təsirli və faydalıdır. Mikrob öldürücü Bütün sirkələr salmonella, streptokok kimi bakteriyaları bir dəfəyə öldürəcək qədər güclüdür. Buna görə də Amerikada bəzi xəstəxanalar digər dezinfeksiya edici vasitələr yerinə sirkədən istifadə etməyə başlayıblar. İştah açıcı Sirkə, su və bal qarışığının iştahı açmaq və həzmi yaxşılaşdırmaq təsiri vardır. İştahsız insanların yeməklərdən yarım saat əvvəl bu qarışıqdan içmələri faydalı olacaqdır. Böyrək daşına qarşı Bolca az minerallı su için. Bundan əlavə, gündə iki-üç dəfə bir yemək qaşığı alma sirkəsini su ilə qarışdırıb için. Beləliklə, böyrək daşının yaranmasının qarşısını alacaqsınız. Astma və nəfəs yolları xəstəliklərinə qarşı Bal və alma sirkəsi bu xəstəliklərin müalicəsində çox yaxşı nəticə verir. Lakin bu zaman balın təbii, işlənməmiş və isidilməmiş olmasına diqqət yetirilməlidir. Bir qaşıq sirkəni bir qaşıq balla qarışdırıb ilıq suya əlavə edin. Gündə 3-4 dəfə bu qarışıqdan için. Bronxitə qarşı Bronxitə qarşı da sirkə olduqca faydalıdır. Ballı isti suyun içinə bir çay qaşığı sirkə əlavə edib gündə 3-4 dəfə için. Müntəzəm olaraq içildiyində yaxşı nəticə verdiyinin şahidi olacaqsınız. Yoluxucu xəstəliklərə qarşı Bir çay qaşığı saf sirkəni eyni miqdarda balla qarışdırıb gündə iki dəfə çeynəmək sizi yoluxucu xəstəliklərdən qoruyacaqdır. Əgər artıq xəstəliyə yoluxmusunuzsa, bu qarışımı gündə 3-4 dəfə çeynəyin. Bundan əlavə, 3 yemək qaşığı sirkəni bir miqdar isti suyun içinə tökün, dəniz duzu da əlavə edərək qarqara edin. Həmçinin bir dəsmalı sirkəylə isladaraq gün ərzində müəyyən vaxtlarda iyləmək də yoluxucu xəstəliklərdən qorunmaqda təsirli üsuldur. Qan azlığına qarşı Sirkə anemiyaya qarşı çox təsirli vasitə olan dəmir, B12 vitamini və fol turşusunu bədənin asanlıqla qəbul edəcəyi formada özündə cəmləşdirir. Sirkənin tərkibində turşuluq çox olduğundan, mədəyə zərər verməməsi üçün çoxlu miqdarda istifadə etməməyə çalışın. Gündə bir dəfə ilıq ballı suyun içinə bir çay qaşığı alma sirkəsi əlavə edərək içməklə qan azlığı problemini həll etmiş olarsınız. Qanaxmanı dayandırmaq Sirkənin qanı sulandırmaq xüsusiyyəti ilə yanaşı, buna zidd olan qanaxmanı dayandırmaq xüsusiyyəti də var. Həddindən artıq menstruasiya qanaxmaları və hemoroid nəticəsində yaranan qanaxmalara qarşı yeməklərdən əvvəl ilıq ballı suya bir çay qaşığı sirkə əlavə edilib içilməsi tövsiyə edilir. Burnun qanaması zamanı isə sirkəyə batırılmış pambıqla tampon etmək kifayətdir. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ