ABŞ Müdafiə Nazirliyinin Aerokosmik Əməliyyatlar Departamentinin nəzdində olan "Skynet" yeraltı bunkeri dünyanın ən böyük və ən ciddi mühafizə olunan hərbi obyektldərindən biridir. Mir.Az Daily Mail-ə istinadən bildirir ki, Kolorado ştatındakı Şayenn dağ kompleksində 1960-cı ildə tikilməyə başlamış bu bunker qranit qayaların altındadır. Bunkerdə Şimali Amerikanın Hava-Kosmik Müdafiə Komandanlığı (North American Aerospace Defense Command, NORAD) yerləşir. Norad ABŞ və Kanadanın birgə aerokosmik müdafiə sistemidir. Kolorado-Sprinqs şəhərinin yaxınlığındakı bu yeraltı bunkerdə 7 yeraltı tunel var. Maraqlı odur ki, yeraltı bunkerin bütün kompleksləri hər biri 450 kq ağırlığında olan 1319 dəmir yayın üzərindədir. Yeraltı bunker kompleksi 30 meqatonluq nüvə bombasının partlayışına davam gətirə bilər. Dağın altında, 540 metr dərinlikdə kompleksin "ürəyi" sayılan bunker var. Bu bunkerin 25 ton ağırlığındakı zirehli qapısı 20 saniyəyə bağlanır. Nüvə müharibəsi başlanarsa, kompleks tam muxtar fəaliyyət rejiminə keçir. Ümumi sahəsi 18 min m2 olan bunkerdə 1100 hərbçi çalışır. Mir.Az
↧