1 Xaşxaşilərin tarixi Ələmuq Qalasının almaqla başlayır. 2000 Metr hündürlükdəki qala qayanın üzərində, sıldırım və əyri-üyrü bir cığırla çıxılan bir yerdə yerləşir. Həmçinin mükəmməl qalanı bir damla belə qan tökmədən iti zəkasıyla almışdır. 2. Tarixə intihar etməyi öyrədən adam: Həsən Sabbah Rəvayətə görə; Həsən Sabbah, qalasını ziyarət edən qonaqlara həm şou olsun deyə həm də müridlərinin ona bağlılığını göstərmək məqsədiylə, təpədə olan fədailərindən 3-ə işarə edərək özlərini atmalarını deyərmiş; onlar da tərəddüd belə etmədən özlərini atanda qonaqları çox təsirlənmişlər. Təriqətdə xaşxaş istifadə edildiyinə dair dəlil xüsusiyyətində ən çox verilən nümunələrdən biri budur. Çünki belə bir şeyi ayıq olan kimsənin edə bilməyəcəyi düşünülmüşdür. 3. Həsən Sabbahın arxasınca düşən kəllə ovçularını bənzərsiz püskürtmə strategiyası Həsən Sabbah yalçın bir dağın təpəsindəki bir adam. Qartal yuvası bir qalada yaşayır, Ələmuq qalasında. Krallıqları devirən ədalət paylayan, dəhşət saçan bir adam. O zamanın Səlcuqlu Sultanı Selahattin, bu Həsən Səbbah Tərəfindən dalınca kəllə ovçularını göndərmiş, Həsən Səbbahın kəlləsini istəmiş. Gəl zaman get zaman Həsən Səbbah Tərəfindən elçisi sultana gedib. Elçi gəlib , deyib ki; "Sultana bir sözümüz olacaq" Sultan "buyur de" deyib. Elçi ətrafa baxıb; Deyib ki, "bu izdiham olmaz". Sultan hərkəsi göndərib. Elçi deyib ki; "Bu qarovullar da getsin sözüm sənədir" deyib. Sultan elçinin sözünün nə olduğunu öyrənmək üçün qaravullarıda göndərib. Elçi sultanın yanındakı iki cangüdənədə baxıb. Deyibki; "Onları da göndər". Sultan; "Onları göndərmərəm. Onlar mənim oğullarımdı, ən çox onlara güvənirəm. Biz üçümüz bir adamıq" deyib. "Di de, yaxud da get". O vaxt ultanın oğullarına dönüb və deyib; Onda sizə silahlarınızı çəkin və hökmdarı öldürün desəm nə edərsiniz"? İki adam tərəddüd belə etməmiş, "Baş üstə" deyib. Bunun üzərinə elçi arxasına belə baxmadan çıxıb gedib . Sabahsı gün Sultan Selahattin, Həsən Səbbahın ardınca göndərdiyi kəllə ovçularını geri çağırıb. 4. Tarixin ilk suiqəstçilərini yetişdirən Həsən Sabbahın sirri nədir? Ətrafına güclü və gənc kişilər yığır və onlara cənnətin açarını bəxş edəcəyini deyərmiş. Bağçasında qızları huri roluna hazırlayarkən, digər tərəfdə əsgərlərinə möhtəşəm bir təhsil verirmiş. Tək etdiyi şey, əsgərlərə xaşxaş verib bağçaya göndərmək idi. Orada o qədər gözəl qızları ilk dəfə görən gənc kişilər ovsunlanırmışlar, o qədər intizamlı bir əsgər həyatından sonra inanmamaları üçün heç bir səbəb yoxdur. Yenidən gerçək dünyaya qayıdan əsgər dünyada xoşbəxtdir, bir an əvvəl ölümü istəyir. Bax, beləcə, ölümdən qorxmayan suiqəstçilər yetişir. 5. Həsən Səbbaınh fədailərindən biri dövrün Hələb-Türk əmrini öldürmüşdür. Bu dəfə dərviş libasında fədailər. Mosul Ulu məscidində heç kəsin şübhəsini oyatmadan, bir küncdə cümə namazını qılırdılar. Mosul və Hələbin Türk Əmiri Əl Porsuki də namaz qılanlar arasında olub. Ətrafı təpədən dırnağa silahlı adamlarla əhatə olunmuşdu. Nə qılınc, nə də bıçağın deşə biləcəyi hörmə bir zireh geyinirdi. Amma bunlar işə yaramadı. Dərviş paltarındakı fədailər, zəhərli bir bıçaq ilə əmirin boğazını kəsdilər. İstəsələr məsciddəki təlaşdan istifadə edib qaça bilərdilər, amma buna çalışmadılar belə. Sanki namazdan qalxmış kimi sakit, xoşbəxt və sevinc içində ölümü qarşıladılar. Əmirin mühafizəçiləri onları oradaca parçaladı. 6. Rəvayətlərə əsasən qala, Deyləm krallarından biri tərəfindən inşa edilmişdir. Kral, qartalını buraxmış və qartalın qoyduğu yerə bir qala tikdirmişdir. Bu səbəblə Ələmuq Qalasına "Qartal Yuvası (Təlimi)", bəzi mənbələrə görə də "Cəzalandırma Yuvası" deyilir 7. "Mən istəməzdimmi ki, o xəncər sərt daşa deyil, sultanın lap yumşaq sinəsinə sancsın"! Məlikşahın ölümündən sonra taxta keçən Sultan Sunqur, ismaililərin üzərinə qoşun göndərməyə hazırlaşdığı vaxt, bir gün səhər yastığının üstündə sancmış bir xəncər görür . Ertəsi gün saraya gələn elçi Sunqura bir mesaj verir. Mesajda belə deyilirdi: "Mən istəməzdimmi ki o xəncər sərt daşa deyil, sultanın lap yumşaq sinəsinə sancsın! Bizimlə mübarizədən əl çək". Xəncəri sancan, Həsən Səbbahın hazırlanıb saraylara satdığı kənizlərdən biridir. Həsən Səbbahın gözəl qadınları, bir tərəfdən saraylarda nökərlik edərkən, bir tərəfdən də şeyxlərinə xidmət edirlər, əmrlərini yerinə yetirirdilər. Sultan Sunqur, Həsən Sabbahla baş edə bilməyəcəyini anlayanda özünü geri çəkir. 8. Həsən Sabbahın məğlub edilməz döyüşçüləri Müridlər, yalnız sədaqətləri ilə deyil; Eyni zamanda güclü fədailər olmaları da ad qzanmışdılar. Həsən Səbbahın da çox güclü bir döyüşçü olmasının yanında, müridləri də çox ağır təlimlərdən keçirdilər. Ancaq o təlimlərdən sonra məğlub edilməz fədai olurdular. Döyüş taktikalarındna başqa, İslam, incəsənət, tarix, coğrafiya kimi sahələrdə də təhsil alan fədailər, rəvayətə görə; Həsən Səbbahın əmrilə, nəfəslərini, huşlarını itirənə qədər tutaraq dözümlülüklərini gücləndirmiş. 9. Zəhərli xəncərlə keçirilən suiqəsdlər Fədailər qurbanlarını xüsusilə xalq içərisində, hamının görə biləcəyi yerdə, boyunlarına zəhərli xəncər sancaraq öldürürdülər. Həmçinin tutulan heç bir fədai olmamışdır; Çünki yaxalanan şəxs, xəncəri əvvəl qarşısındakına, sonra özünə sancırdı. 10. Kompüter oyunlarina ilham verən adam Həsən Sabbahın müridlərinin, tək bir işarəsiylə tərəddüdsüz intiharı, "Assassin 's Creed" adlı məşhur video oyununun təməli olmuşdur. 11. Tarixin ilk siyasi cinayət əzmetdiricisi Nizamül-Mülk illər sonra Ələmuq Qalasını 4 ay qədər mühasirəyə almış, amma uğursuz olmuşdur. Sonra Nizamül-Mülkün, çadırında, bir Ələmuq fədaisi tərəfindən öldürüldüyü deyilmişdir. Bunun, Həsən Səbbahın əmri ilə gerçəkləşən bir sui-qəsd olduğu düşünülmüş və buna görədə "Dağın Şeyxi Həsən Sabbah" kitabında, "tarixin ilk siyasi qətl əzmetdiricisi" olduğu dilə gətirilib. Mir.Az
↧